Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Xocavənd

ÜMUMİ MƏLUMAT

 

 

   Xocavənd rayonu 26.11.1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Rayonun ərazisi 1.46 min km2, əhalisi 42,3 min(01.10.2012) nəfərdir. Xocavənd rayonu ilə Bakı arasında olan məsafə 334 kilometrdir. Xocavənd rayonu 1 şəhər(Xocavənd), 2 iri qəsəbə(Hadrut, Qırmızı Bazar) və 81 kəndi birləşdirir. Kəndləri bunlardır – Şexer,  Şıx Dursun,  Dağdöşü, Edişə, Qırmızıqaya, Qoçbəyli, Tağaser, Vəng, Ağkənd, Axullu, Arakül, Bünyadlı, Cilən, Daşbaşı, Zərdanaşen, Müşkapat, Kiş, Köhnə Tağlar, Yemişcan, Qarqar, Xərxan, Zavadıx, Tağaverd, Çağadüz, Mülküdərə, Arpadüzü, Azıx, Zoğalbulaq, Binə, Binədərəsi, Sor, Böyük Tağlar, Bulutan, Xırmancıq, Məlikcanlı, Cəmiyyət, Çaylaqqala, Arpagədik, Petrosaşen, Çiraquz,  Məmməddərə, Tsakuri,  Dərəkənd, Ağcakənd,  Hakaku, Qağartsi, Quzumkənd, Qarazəmi, Mirikənd Avdur, Tuğ, Ataqut,  Kuropatkin, Şahyeri, Dolanlar, Edilli, Ağbulaq, Düdükçü, Əmiranlar, Gavahın, Ağbulaq, Güneyxırman, Çörəkli, Quzeyçartar, Quzeyxırman, Günəşli, Quşçular,  Heşan, Xanoba, Xocavənd, Kəndxurd, Qarıtəpə, Qaradağlı, Qarakənd, Muğanlı, Salakətin, Sos, Cütcü, Susanlıq, Yenikənd, Güneyçartar.

   Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında üzümçülük, taxılçılıq və heyvandarlıq mühüm yer tuturdu. Rayonda axan dağ çayları füsunkar gözəlliklə bərabər, bağçılıq və bostançılıq üçün əlverişli şərait yaratmışdır. Əsrlərdən bəri əhali bu torpaqlarda meyvə bağları salmış, müəyyən təsərrüfat işləri ilə məşğul olmuşlar.

    Xocavənd rayonu 02.10. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.

 

 

 

COĞRAFİYASI

 

 

   Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir. Relyefi əsasən dağlıqdır. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədərdir.

   Özünəməxsus təbii sərvətləri, təbiət abidələri olan qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min m3 olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro; ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı; proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları var.

   Xocavənd rayonunda Qırmızı bazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 il və diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 2000 il yaşlı Şərq çinarları təbiət abidəsi kimi qorunurdu.

   Xocavənd rayonunun Qarakənd kəndində Respublikanın “Qırmızı kitab”ına düşmüş 0,5 ha III dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi.

    Xocavənd rayonunun istifadəyə yararlı yeraltı su ehtiyatlarını qiymətləndirmək məqsədi ilə həmin rayonun ərazisində 1983-1985-ci illərdə kompleks hidrogeoloji tədqiqatlar aparılmış, nəticədə 9 perspektiv sahə seçilmiş və həmin sahələr üzrə IV, Təbaşir və Yura dövr sulu komplekslərinin 83 min m3/gün həcmində yeraltı su ehtiyatları aşkar edilmişdir. Bundan başqa bulaq axımı moduluna əsasən 7,34 min m3/gün həcmdə yeraltı su ehtiyatları hesablanmışdır. Beləliklə, Xocavənd rayonu ərazisində istifadəyə yararlı yeraltı sular 90,34 min m3/gün təşkil edir.

   Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınmış, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilmişdir.

   Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə – tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Xocavənd ərazisində istifadəyə yararlı yeraltı su ehtiyatlarını qiymətləndirmək məqsədilə bir vaxtlar kompleks hidrogeoloji tədqiqatlar aparılıb. Nəticədə 9 perspektiv sahə seçilib və həmin sahələr üzrə IV dövr, Təbaşir və Yura sulu komplekslərinin 83 min kubmetr/gün həcmində yeraltı su ehtiyatları aşkarlanıb. Bundan başqa bulaq axımı moduluna əsasən 7,34 min kubmetr/gün həcmdə yeraltı su ehtiyatları hesablanıb. Beləliklə, rayonun ərazisində istifadəyə yararlı yeraltı sular 90,34 min kubmetr/gün təşkil edir. İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.

 

 

TARİXİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ

 

    Xocavənd şəhərində 71 arxeoloji, memarlıq abidə dövlət qeydiyyatından keçmişdir. Hadrut şəhərində olan Hadrut Tarix-Diyarşünaslıq muzeyində 3200 eksponat mövcud olmuşdur. Həmin muzey və eksponatlar işğalçıların nəzarəti altındadır. Əldə olan məlumatlara görə, Ermənistan Elmlər Akademiyasının əməkdaşları adı çəkilən eksponatları erməni tarixi ilə əlaqələndirmək üçün saxtalaşdırma işləri ilə məşğuldurlar.

   Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Həmin rayonun Mets-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Tağlar mağarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir.

   Xocavənd rayonunun həm qədimliyi, həm mədəniyyəti ilə seçilən yurdlarından biri Tuğ kəndidir. Mərhum akademik Ziya Bünyadovun “Azərbaycan VI-VIII əsrlər tarixi” əsərində Tuğ kəndinin adı çəkilir. Tuğ kəndini qədimliyi onun tarixi abidələri ilə sübut olunur. V əsrə aid məbəd, tuğ dağının zirvəsində məbəd, b.e.ə aid  olan qəbiristanlıq, X əsrə aid tarixi Qırmızı məbəd buna əyani sübutdur. Kəndin coğrafi adları – Hatut dərəsi, Dəyirman dərəsi, Kənd yeri, Qızaran düz, Güngörməz, hacı bağları, adları çəkilən bu yerlərin adı sırf türk mənşəli adlardır.

    Bizim eranın IV əsrinin əvvəllərində Sos kəndində tikilmiş Amaras monastırı bu rayonun ərazisindəki ən maraqlı tikililərdən biridir. Alban kilsəsinə aid bu abidə hazırda Xocavənd rayonunda yerləşir. Həmin monastr əsrlər boyu Qafqaz Albaniyasının kafedral kilsəsi olmuşdur. V əsrdə monastrda məktəb açılmışdır. Amaras monastırı kompleksinin tikintisi bir çox mənbələrdə IV əsrə aid edilir. Amaras kilsəsi IX əsrdə Xaçın knyazları tərəfindən əsaslı bərpa edilmiş, XIII əsrdə isə yenidən qurulmuş, monastr kompleksinə çevrilmişdir. Düzbucaqlı plan quruluşu olan bu kilsə yaxşı yonulmuş ağ daşlardan səliqə ilə hörülmüşdür. İkimaili daş dam örtüyünün üstündə altı sütunlu ratonda yüksəlir. Monastrın düzbucaqlı həyətini əhatə edən və dörd dairəvi bürcü olan qala divarları kobud yonulmuş daşlardan hörülmüşdür. Həyətdə qala divarlarına bitişik yaşayış və təsərrüfat otaqları inşa edilmişdir. Kilsənin fasad hissəsində giriş qapısının üstündə ensiz pəncərə qoyulmuş, onun üstündə isə iri barelyef xaç düzəldilmişdir.

    El arasında Qaraca Çobanın oylağı kimi tanınan “Nərgiztəpə” abidəsi indiyə kimi öyrənilməyib. Sovet dövründə buna imkan verilməyib. Artıq abidə unudulmaq təhlükəsindədir. Xocavənd rayonu ərazisində yerləşən “Nərgiztəpə”ni yalnız yerli sakinlər tanıyır. Yerli tarixçilər abidənin eramızdan əvvəl səkkiz-beşinci əsrlərə aid olduğunu iddia edirlər. Deyilənə görə, “Dədə Qorqud” boylarından tanıdığımız Qaraca Çobanın qəbri də “Nərgiztəpə” məzarlığındadır. Məzar daşları üzərində insanların oyma üsulu ilə işlədikləri müxtəlif rəsm və yazılar var. Bu rəsmlər Qobustan rəsm qayalarında da təsvir olunub. Nəzərə alsaq ki, Qobustan rəsm qayalarının tarixi eramızdan əvvəl – 12-8-ci əsrlərə aiddir, onda, “Nərgiztərə” abidəsinin yaşı daha qədimdir. Azərbaycandan şərqdə gedən ipək yolu “Nərgiztəpə”nin yanından keçir. Təpənin ətrafında eni iki metr olan divar qalalarının qalıqları görsənir. Yerli tarixçilər buranın karvansara, bazar, bəlkə də, böyük şəhər olduğunu güman edilir. Məzarlığa çevrilməmişdən əvvəl ərazinin yaşayış məntəqəsi olduğu güman edilir. Çünki məzarlar pərakəndə şəkildədir. Bu da onu göstərir ki, qəbirlər eyni gündə hansısa döyüşdə həlak olanlara məxsusdur. Təssüf ki, hələ də bu gümanlara son qoyan yoxdur. Bu vaxta qədər “Nərgiztəpə” abidəsi araşdırılmayıb. Sovetlər dövründə tarixi abidənin yerləşdiyi ərazini ermənilər üzüm bağlarına çevirib. Abidənin itib-batmasına çalışıblar. Ərazi 90-cı illərdə beş dəfə düşmən tərəfindən zəbt olunub. Sonuncu – altıncı dəfə isə milli ordumuz ərazini geri alıb. Həmin vaxtlar “Nərgiztəpə” düşmən tərəfindən talan edilib. Qəbrlərin bir neçəsi açılıb, bəzi yerlərdə isə səngər qazılıb.

 

İŞĞAL

 

    1988-ci il 12 fevral günü ermənilər iyrənc niyyətlərini açıq şəkildə bəyan etdikdən sonra başlanan hadisələrdə başı müsibətlər çəkən rayonlardan biri də Xocavənd rayonudur ki, bu müharibədə 145 nəfər şəhid vermişdir. Onlardan 13 qadın, 13 uşaq olmuşdur. 123 nəfər müxtəlif dövrlərdə girov götürülmüş, onlardan 57 nəfər girovluqda öldürülmüş, 66 nəfər isə böyük çətinliklə azad edilmişdir. 70 nəfərə yaxın isə sağlamlığını itirərək əlil olmuşlar.

  Xocavənd rayonunda ən çox itki verən, böyük döyüş yolu keçən kəndlərdən biri Qaradağlıdır. Dörd il öz kəndlərini tək başına müdafiə edən Qaradağlılar kəndin hər daşı, hər qayası uğrunda can verdilər, 800-ə yaxın əhalidən bu yolda 77 nəfər şəhid oldu, lakin öz məğrurluqlarını itirmədilər.

   Qaradağlı kəndi Xocavənd və Xankəndi yolunun üzərində yerləşirdi. 4 il 4 ay idi ki, Qaradağlı mühasirədə vuruşurdu. 14.02.1992-ci ildə ermənilər Xankəndində yerləşən Sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə köməksiz qalan Qaradağlı kəndinə qəti və sürətli hücuma keçdilər. Artıq məsələnin sonluğu məlum idi, qarşıda iki yol dururdu: şərəfli ölüm və ya təslim olma. Onlar birinciyə üstünlük verdilər. Şərəfli ölüm. Bu yolu seçən qaradağlılar son patronlarına qədər 4 gün döyüşdülər. Döyüş vaxtı onlarla erməni yaraqlısı məhv edildi. Silah-sursatı tükənən soydaşlarımızı sonda ermənilər əsir götürdü və bu insanların növbəti məşəqqəti başlandı. Bəylik bağı adlanan yerdə əksəriyyəti gənclər olmaqla, 23 nəfər vəhşicəsinə güllələnərək, əksəriyyəti yaralı halda diri-diri “silos” quyusuna tökülərək üstlərini torpaqlayırlar. Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində əsirlər maşınlardan düşürdülür və hamının gözü qarşısında güllələnirdilər. Əsir götürülənlərdən 54 nəfəri Xankəndi və Əsgəranda 2 aydan artıq əsirlikdə saxlanılmış, ermənilər tərəfindən verilən ağır işgəncə və əzabların, keçirdikləri sarsıntıların nəticəsi olaraq, əksəriyyəti əsirlikdən azad olunduqdan sonra müxtəlif vaxtlarda vəfat etmişlər. Sağ qayıdanlar erməni vəhşiliklərindən söhbət açdıqca insan vahimələnir, diri-diri insanların basdırılması, dişlərinin çəkilməsi, ac-susuz qalmaları, döyülərək öldürülməsi insanlığa sığmayan haldır. Bu hadisələr zamanı həmçinin 10 qadın, 8 məktəbli qətlə yetirilmişdir. İşğal nəticəsində Qaradağlı kəndində 200 yaşayış evi əşyalarla birlikdə, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, xəstəxana, inzibati binalar və s. dağıdılmışdır. 2 ailədən hər birində 4 nəfər şəhid olmuşdur. 140 uşaq yetim qalmışdır. Bu müharibədə Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri şəhid olmuşdur. 

   Beləliklə, XX əsrdə Qaradağlı kəndi beş dəfə dağıdılmışdır. 1905, 1907, 1915, 1918, 1992-ci illər.

   Qaradağlı kimi Xocavənd rayonunun Xocavənd kəndi, Muğanlı, Kuropatkin, Əmiranlar,  Tuğ və s. azərbaycanlılar yaşayan onlarla  kəndləri də bu müharibə nəticəsində işğal olunaraq amansızcasına dağıdılaraq yer üzərindən silinmişdir.

 

GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ

 

·       Mir Mehdi Xəzani(1819-1894) – Şair, görkəmli maarifçi.

·       Xudat bəy Ağabəy oğlu Məlikaslanov – ADR-nın Dəmir yol və Rabitə naziri, ictimai-siyasi xadim.

·       Cavad bəy Rza bəy oğlu Məlikyeqanov – Bakı və Lənkəranın qubernatoru(ADR dövrü), ictimai-siyasi xadim.

·       Zülqədər Cahangirov – İqtisad elmlər doktoru, professor.

·       Niftalı Məlikaslanov – Texnika elmləri doktoru, professor.

·       Xosrov Məlikaslanov – Texnika elmləri doktoru, professor.

·       Püstə Məlikaslanova – Tibb elmləri doktoru, professor.

·       Tura Məlikyeqanova – Arxitektor, professor.

·       Allahverən Quliyev – Təbiətşünaslıq elmləri doktoru, professor.

·       Qəhrəman Qəhrəmanov – Geoloq, professor.

·       Mübariz Əliyev – Tibb elmləri doktoru, professor.

·       Muxtar Aslanov – Texnika elmləri doktoru, professor.

·       Azəri Məlikaslanov – İqtisad elmlər doktoru, professor.

·       Fikrət Yeqanov – İqtisad elmlər doktoru, professor.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930