Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR
Sosial şəbəkələrin erməni seqmentində 2020-ci ilin 44 günlük savaşı zamanı işğalçı ordunun raket zərbəsindən dağıdılmış Bərdə sakininin evi guya sentyabrın 13-də Ermənistanla sərhəddəki gərginlik zamanı bu qəsbkar ölkə ərazisində "Azərbaycan tərəfindən vurulmuş hayk evi" kimi təqdim edilib.Moderator.az xəbər verir ki, bu haqda məlumat Azərbaycan teleqram-kanallarında yayılıb.
44 günlük savaş zamanı Türkiyənin "Anadolu" agentliyi tərəfindən yayılmış fotonun ingilis dilindəki şərhində indi "erməni evi" kimi təqdim olunan yaşayış məkanının əslində 2020-ci il oktyabrın 8-də Bərdədə erməni silahlı birləşmələri tərəfindən atılmış raketlə dağıdılmış ev olduğu aydın bilinir…
Sultan Laçın