Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda evdə “Nant”a qalib gəldikləri matçdan (3:0) sonra mətbuat konfransı təşkil edib. 

– Qalib gəlsək də, mənim üçün danışmaq asan deyil. Bu gün səhər saatlarında eşidəndə ki, 21 şəhidimiz var, öz bazamızda onun müzakirəsi gedirdi. Sanki bir az da futbolçularda həyəcan var idi. Çünki belə hallarda istər-istəməz 10 milyonluq xalqımız bizdən qələbə gözləyir. Oyunun məsuliyyətini dərk edirdik. İlk dəqiqələrdən hiss etdiniz ki, futbolçularda həyəcan çox idi. Amma get-gedə oyunu ələ ala bildilər. Allah şəhidlərimizə rəhmət etsin. Çox ağır gündür, hamımız üçün ağırdır. Allah ordumuzu qorusun. Bəzən kənardan baxanda sevinirik ki, qalib gəldik, amma inanın ürəyimiz ordadır, ordumuzun yanında. Qələbəyə görə çox məmmunam. Sırf bu günə görə. Xalqımız bizdən qələbə gözləyirdi. İstəyirdilər, dua edirdilər. Duaları da qəbul oldu. Rəqibə uğurlar arzu edirəm, futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə isə təşəkkür edirəm.
 
– Bu ağır günlərdə komandanı belə möhtəşəm hazırlamağı necə bacardınız?

– Qrup oyunlarına əvvəlcədən hazırlaşırdıq. Sadəcə olaraq, son günlərdə olan olaylar bizi daha da məsuliyyətli, həyəcanlı etdi. Futbolçular sağ olsunlar. Dünəndən hamımız bir yerdə olduq. Danışdıq ki, çox soyuqqanlı və diqqətli olmalıyıq. Sanki futbolçularla oyunun gedişatını danışırdıq. Onlara dedim ki, sizə güvənirəm və sona qədər rəqibi meydanda düzgün analiz etməliyik. Futbolçularıma təşəkkür edirəm. Oyun başlayanda çox gərgin anlar var idi. Amma soyuqqanlılıq göstərib, oyunu ələ ala bildilər. Desəm ki, böyük motivasiya vermişdim, yox. Bu matç üçün dost, yoldaş kimi münasibət qurmuşduq ki, hamı bizdən çox şey gözləyir. İstənilən halda meydanda üzərimizə düşən vəzifəni yerinə yetirməliydik. Futbolçulara mütləq udmalıyıq kimi fikirləri bildirmədim. Futbolçulardan razı qaldım. Şükürlər olsun ki, qələbə bizim tərəfimizdə oldu.
 
– İlk 20-25 dəqiqədə komandaya nə olmuşdu? Həyəcanı necə geridə qoydunuz?

– Səbəb son olaylar idi. Biz nə qədər futbol haqda danışmaq istəsək də, istər-istəməz cəbhədə olan hadisələr müzakirə edilirdi. Futbolçuların üzərinə getməyərək onlara fikrimi çatdırırdım. Çünki, üzərimizə düşən vəzifəni düzgün yerinə yetirməliyik. Oyunun əvvəlində rəqibin böyük pressinq edəcəyini gözləyirdik. Belə oyunlar çox olub. Avropa Liqasında olan təcrübə futbolçulara soyuqqanı olub, oyunu dəyişməyə kömək etdi. Desəm ki, əlavə nəsə etdim, yalan olar. Onlara demişdim ki, daim yanınızdayam.
 
– Bu qələbə 2020-ci ildə Avropa Liqasının pley-off mərhələsində "Legiya" üzərində 3:0 hesablı qalibiyyəti xatırlatdı. Bu iki görüşü necə müqayisə edərdiniz? 

– Bunlar elə oyunlardır ki, deyim həzz aldıq, ləzzət aldıq, düzgün çıxmaz. Həm "Legiya", həm də indiki matçlar belə oyunlardır. Allahdan istəyim o idi ki, matçı üzüağ başa vuraq. Belə günlərdə təcrübə çox vacibdir. Bu gün 0:3 uduza da bilərdik. Amma bəlkə də bu oyunu bu gün Bakıda oynamağımız uğurlu idi. Xalqımız bizimlə idi. Üstünlüklər çox idi. Müqayisə etmək istəməzdim. Hər iki oyundan üzüağ çıxdığımıza görə Allaha şükür edirəm.
 
– Fransa höküməti Azərbaycanı təcavüzkar ölkə kimi tanıtmaq istəyir. Siz isə bu gün Fransa klubunu məğlub etdiniz… 

– Siyasi tərəfdən fikir bildirməyim düzgün olmaz. Sırf buna uyğun UEFA və FİFA-nın qaydalarını bilmirəm. Bilmirəm ki, hansısa fikir bildirsəm, necə olar. Dəfələrlə belə hallar olub. Belə şeylərə fikir verməli deyilik. Çalışmalıyıq ki, hər şəraitdə idman prinsiplərini qoruyaq. Bunlara əməl etməliyik.

– Ovusu Kvabena qol vurandan sonra media tribuna, azarkeşlər tərəfə baxdınız. Ürəyinizdən nələr keçdi?

– Göz gəzdirdim. Bəlkə də insanların sevindiyini görmək istəyirdim. Çünki mən nadir hallarda baxıram. Sadəcə insanların sevincini görmək istəyirdim.
 
– Rəqibin sol cinahında yer alan futbolçunun bu cinahda oynaması sizin üçün sürpriz idi?

– Çox az dəyişiklik oldu. Rəqibin sol və sağ cinahı çox sürətlidir. Həmin futbolçunun sol cinahda oynaması bizim üçün sürpriz oldu. Amma gözləyirdik. Hətta lövhədə heyəti yazanda ox işarəsi qoymuşdum ki, bu futbolçu başqa cinahda da oynaya bilər. Bir-iki epizodda boşluqlar verdik. Amma get-gedə futbolçular bir-birlərinə kömək edirdilər. Bəzi epizodlarda, Qara, Kadi, Bəhlul gecikdi. Ancaq get-gedə bunları aradan qaldırdılar. Ondan sonra problemlər olmadı. Kiçik sürpriz idi.
 
– Bu qələbəni kimə həsr edərdiniz?

– Sözsüz ki, qələbəni şəhidlərimizə və ordumuza həsr edirəm. İnanın ki, bu onlar üçün onların etdiyinin zərrəsi də deyil. Allah şəhidlərimizə rəhmət etsin, ordumuzu qorusun.
 
– İlk hissədə xeyli qol epizodları var idi, amma yararlana bilmədik. Fasilədə futbolçulara nə dediniz?

– Hər oyunda fasilədə futbolçulara tapşırıqlar verilir. Rəqibin boşluqları barədə də danışırıq. Komandanın analitiki də stadionda oturur və ilk hissədən sonra düşür aşağı və bizə göstərir. Futbolçularla müzakirələr aparırıq. İkinci hissədə tempi artırmaq mütləq idi. Rəqib tərəf yorğunluqdan danışırdı. Amma çox yaxşı rotasiyalar edirdilər. Müzakirələr apardıq, tapşırıqlar verildi, pis alınmadı. Nə qədər desəm də, bunu icra edən futbolçulardır. Buna görə də onlar bunu düzgün və daha yaxşı yerinə yetirdilər.
 
– Qrupda ikinci yeri tuta bilərsiniz?

– Bunu çox istəyirik. Amma rəqibləri görürsünüz, hər biri çox ciddi rəqibdir, çox iddialıdır. Oyundan-oyuna bizə daha ciddi yanaşırlar. İrəliyə getmək üçün nə qədər imkanımız varsa, istifadə edəcəyik. Futbolçularım çox istəklidilər ki, Avropa Liqasında pley-off mərhələsinə yüksələk. İstəyirik. Amma qarşımızdakı rəqiblərə real baxmalıyıq. Onların gücünü hiss etməliyik. Buna baxmayaraq, rəqiblərdən çəkinməyərək, rəqiblərin üzərinə gedəcəyik ki, ən yaxşısını edək.
 
– Həssas məqamda elə komandaya qarşı oynayırdınız ki, Premyer Liqadakı bütün komandalar da sosial şəbəkə vasitəsilə "Qarabağ"ın ətrafında birləşmişdi…

– Hər birinə təşəkkür edirəm. Amma inanın ki, mən əvvəlki oyunlarda da bunu hiss etmişəm. Biz çox mehriban xalqıq. Dostluqda çox möhkəmik. Həmişə demişəm ki, 44 günlük zəfərimizdən sonra Azərbaycanda ümumiyyətlə, bir-birimizə olan münasibət çox dəyişib. Sanki uzun illər olub, amma son illər ümidsizlik var idi, birlik çatışmırdı. 44 günlük müharibədən sonra hiss etmişəm, hər yerdə bir-birimizə çox inamla, pozitiv yanaşırıq. Bu gün dediyiniz də buna sübutdur. Bütün klublar bizimləydi. İstəyirik ki, bütün klublarımız avrokuboklarda oynasın və biz də həmin klublara azarkeşlik edək. Əgər sosial şəbəkələrdə belə yazılıbsa, sağolsunlar, hər birinə də təşəkkürlər. Futbolumuzun inkişafı üçün bir olmalıyıq ki, düşüncələrimiz, gücümüz daha çox olsun.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930