KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi üzvləri Azərbaycan və Ermənistan sərhədində hərbi əməliyyatlara müdaxilə etmək qərarına veto qoyublar.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Belə ki, Qazaxıstan, Qırğızıstan və Tacikistan Ermənistanın tələblərini rədd edərək əməliyyatlara qarışmaqdan imtina ediblər.
KTMT-nin birgə qərargahının rəhbəri Anatoli Sidorov keçirdiyi brifinqdə bildirib ki, onun rəhbərlik etdiyi qrup bu gün axşam saatlarında İrəvana gələcək.