Ermənistan hökümətinin iclası təxirə salındı
Ermənistan hökumətinin bu günə nəzərdə tutulan iclası təxirə salınıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, iclas sabah saat 11:00-a təyin olunub.
Məlumata görə, baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçiriləcək iclasda Ermənistan-Azərbaycan sərhədindəki gərginlik müzakirə olunacaq.
Qeyd edək ki, bundan əvvəl iclasın bu gün saat 15:00-da başlayacağı bildirilmişdi.