Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Vədlərini yerinə yetirməyən Ermənistan: Ölkəni idarə edə bilməyən hökumət – ŞƏRH

Ermənistan 44 günlük müharibədən dərs alana, nəticə çıxarana oxşamır. Daha doğrusu, özünü atəşkəs imzalanan gündəki kimi aparmır. Noyabrın 10-da sənədi imzalamaq üçün gözə görünməyən Baş nazir Nikol Paşinyan indi şərtləri yerinə yetirmir. Azərbaycan tərəfi rəsmi İrəvana öhdəliklərini yerinə yetirməyin vacibliyini müxtəlif vasitələrlə başa salır.

Ağır iqtisadi, siyasi, sosial, hərbi böhranla üz-üzə qalan İrəvan öhdəliklərinə əməl etmədiyi azmış kimi, əlavə şərtlər irəli sürür. Hadisələr bu ölkədə sabit hakimiyyətin, nizamlı ordunun olmadığını da isbatlayır. Bu hal Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə mane ola bilər. Odur ki, ölkənin silahlı qüvvələrində intiharlar, səbəbi bilinməyən ölüm halları böhrandan xəbər verir.

Ermənistan Baş Prokurorluğunun yaydığı məlumata görə, cari ilin yanvarından avqustun əvvəlinədək ölkənin silahlı qüvvələrində 19 hərbçi qeyri-döyüş şəraitində ölüb. Məlumata əsasən, onların 10-u hərbi xidmət zamanı, qalanları isə naməlum şəraitdə ölüb. Məsələn, avqustun 7-də N saylı hərbi hissənin hərbi qulluqçusu Arşaluys Ovannisyan naməlum şəraitdə ölüb. Onun ölüm səbəbi açıqlanmayıb. Yaxud Şirak rayon sakini, 31 yaşlı Azat M. Göyçə gölündə bataraq ölüb. Sonradan onun hərbi qulluqçu olduğu müəyyənləşib. Başqa mənbələr isə bildiriblər ki, bu ilin ilk 7 ayı və avqustun əvvəlində Ermənistan Silahlı Qüvvələrinin 19 deyil, 28 hərbçisi qeyri-döyüş şəraitində ölüb. Bundan əlavə, Ermənistan ordusunda onlarla hərbçi naməlum vəziyyətdə yaralanıb. Onların bir qismi qeydiyyata alınmayıb.

Ermənistan Silahlı Qüvvələrində nizam-intizam qaydalarına əməl olunmadığına dair də məlumatlar yayılır. Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisi əməkdaşlarının genişmiqyaslı əməliyyatı nəticəsində hərbçilərin, əsgərlərin müdafiə nazirinin əmrinə tabe olmadıqları aşkarlanıb. Məlum olub ki, əsgər və hərbçilər cib telefonları vasitəsilə xidmət həyatından şəkillər çəkərək sosial şəbəkədə paylaşım edirlər. Həmin hərbçilər inzibati məsuliyyətə cəlb olunublar.

Ermənistanın kapitulyasiya aktını imzalamasından iki ilə yaxın müddət keçməsinə baxmayaraq, ölkənin silahlı qüvvələrinin rəhbərliyi tam formalaşmayıb. İyulun 14-də Ermənistan müdafiə nazirinin birinci müavini və silahlı qüvvələrinə Edvard Asryan yenə rəis təyin edilib. O, bu vəzifədə 5 il müddətinə xidmət edəcək. Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsi başa çatandan sonra bir il ərzində Ermənistanın müdafiə naziri postuna dörd nazir təyin edilib: David Tonoyan (2018-2020), Vaqarşak Arutyunyan (2020-2021), Arşak Karapetyan (2021-ci il avqustun 2-dən noyabrın 15-dək) və Suren Papikyan (2021-ci il noyabrın 15-dən). Sadaladığımız faktlar Ermənistan ordusunda ruh düşkünlüyü, təlim-tərbiyənin, nizam-intizamın aşağı səviyyədə olduğunun göstəricisidir. Ordusu bu vəziyyətdə olan Ermənistanın Azərbaycana ərazi iddiası, yaxud onun torpaqlarında qanunsuz məskunlaşma aparıb onları müdafiə etmək cəhdi yersiz və mənasız görünür.

Heç şübhəsiz, rəsmi İrəvan torpaqları işğal altında saxlayanda da, indi də Azərbaycanla bağlı iddialarında haqlı deyil. Ermənistan və havadarlarının anlamaq istəmədiyi bir aksioma var: Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının bölünməz tərkib hissəsidir. Ərazisində öz vətəndaşlarının hüquqlarını müdafiə etmək isə Azərbaycanın müstəsna hüququdur. Vətəndaşları ilə münasibətləri tənzimləmək, yaxud onların təhlükəsizliyini təmin etmək üçün vasitəçiyə ehtiyac yoxdur. Ancaq Ermənistan şərtlərə əməl etməməklə Cənub Qafqazda əməkdaşlığın və əlaqələrin qurulması, iqtisadiyyatın inkişafı, təhlükəsizliyin təmin edilməsinə mane olur.

Rəsmi Bakı 10 noyabr Üçtərəfli Bəyanatına əsasən Azərbaycan torpaqlarında qanunsuz məskunlaşan ermənilərin, qanunsuz silahlı birləşmələrin, eləcə də Ermənistan hərbçilərinin çıxmasını tələb edir. Bununla bağlı maraqlı və təminatçı tərəflərə müraciət edib. Azərbaycan humanistlik göstərərək qanunsuz məskunlaşan ermənilərin və erməni silahlıların çıxması üçün avqustun 25-dək möhlət verib. İşğal dövründə Ermənistan və havadarları Azərbaycan kəndlərinə Suriya və Livandan köçürülən ermənilər yerləşdiriblər. Ermənilər iddia edirlər ki, Laçında və onun Sus, Aşağı Sus, Zabux kəndlərində ermənilər yaşayır. Onlar həmin əraziyə torpaqlar Ermənistanın işğalında olan zaman yerləşdiriliblər. İndi də bu kəndlərdəki ermənilər (bəlkə də muzdlu döyüşçülər) “özünümüdafiə” məqsədilə silahlı dəstələr təşkil etməyə çalışırlar.

Ermənistan Demokratik Həmrəylik Partiyasının sədri Suren Petrosyan Zabux kəndinə gələrək burada “dəstələr”in formalaşdırılması üçün işlərə başladığını bildirib. Onun avantürasına qoşulanların olduğuna dair məlumat yayılıb. Bu “müqavimət”lə ermənilər öz aləmində dünyaya “evlərindən zorla çıxarıldıqları”nı car çəkmək istəyirlər. Halbuki həmin ermənilər o torpaqlarda qanunsuz olaraq yaşadıqlarını gizlədirlər. İrəvanda, Göyçədə, Zəngəzurda, Xankəndidə və Azərbaycanın indiki və tarixi başqa yerlərində də belə məskunlaşıblar. Sonralar həmin yerləri özlərinki bilib nağıllar uydurmağa, saxta tarixlər yazmağa başlayıblar. Nə yaxşı bu dəfə süni məskunlaşma uzun sürmədi…

Bu sayaq informasiyalar Ermənistanda xaosun, mövcud hökumətin hadisələrə nəzarət, vədlərinə əməl edə bilmədiyini ehtimal etməyə əsas verir. Belə hesab etmək olar ki, Ermənistanı Nikol Paşinyan hökuməti deyil, kənar qüvvə idarə edir. Bu qüvvənin çaldığı zurnanın havasına Ermənistanın həm hakimiyyəti, həm də koçaryanlar, sarqsyanlar, vanesyanlardan ibarət müxalifəti oynayır. Əks halda bölgədə Ermənistanın və ermənilərin də faydalana biləcəyi böyük quruculuq işlərinə süni, mənasız, məntiqsiz maneələr yaranmazdı…

“Report İnformasiya Agentliyi

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031