Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Qisas əməliyyatı 2″ – Ermənistanla müharibə qaçılmaza çevrilir?

Yəhudi analitikin fikrincə, Ermənistan xoşluqla sülhə gələn deyil və daha bir müharibə ola bilər; Elxan Şahinoğlu: “Yenə məsələni uzatsalar, toqquşma qaçılmaz olacaq”

Keçən həftə ordumuz Qarabağda bir neçə şəhid verdi. Bununla belə, şəhidlərimiz canları ilə yeni hərbi uğurlarımıza vəsilə oldu. Yeni əraziləri azad elədik və daha uğurlu mövqelərə çıxdıq, yüksəklikləri götürdük. “Qisas” əməliyyatı təzədən köhnə iddialara qayıtmaq istəyən düşmənə, separatçı tör-töküntülərə sözün əsl mənasında qəfil və ağrılı, eyni zamanda ayıldıcı zərbə oldu.

“Yeni Müsavat” bildirir ki, Bakının səbri ilə oynamağın nə dərəcədə təhlükəli olduğunu nümayiş etdirdi. Özlərini yaxşı aparmasalar, Azərbaycan Prezidentin xəbərdarlıq mesajlarını yenə tərs anlasalar, heç kimin, hətta rusların belə onlara kömək edə bilməyəcəyini bütün dünyaya göstərdi.

Azərbaycanda İsrail casusları yoxdur" - Mixail Finkel Yeni Sabah

 Mixail Finkel

Azərbaycan qalib və haqlı tərəfidir. Şərtləri də o diktə edəcək, kapitulyant ölkə yox. Başqa sözlə, “Qisas əməliyyatı – 1" hər an ”Qisas əməliyyat – 2"yə keçə bilər. Qalır qarşı tərəfin nəticə çıxarıb-çıxarmayacağına. İrəvan baş verənlərdən, nəhayət, ciddi dərs götürməlidir. Götürəcəkmi? Azərbaycanın son antiterror əməliyyatını şərh edən tanınmış israilli politoloq Mixail Finkel deyib ki, Ermənistanın xoşluqla sülhə gələcəyinə inanmır və daha bir müharibə qaçılmaz olacaq. Bu ehtimal nə dərəcədə ciddidir?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycan aylardır Laçına alternativ yolun tikintisini aparırdı: “Bunu Qarabağ erməniləri, rusiyalı sülhməramlılar və İrəvan da görürdü. Rəsmi Bakı onu da elan etmişdi ki, yay aylarında alternativ yolun tikintisi başa çatacaq. İrəvan bunu da görür və etiraz etmirdi. Buna baxmayaraq, Nikol Paşinyan dəhlizin Ermənistan hissəsinin tikintisinə başlamırdı. Görünür, o, radikal müxalifətdən və Qarabağdakı erməni separatçılarının haray-həşirindən qorxurdu. İndi isə vəziyyəti özü üçün daha da mürəbkkəbləşdirib. Yol hazırdır, Laçını boşaldıb alternativ yoldan istifadə etməlidirlər. Ermənistana uzaqbaşı bir ay güzəşt edilə bilər, yenə məsələni uzatsalar, toqquşma qaçılmaz olacaq”.

Laçın şəhəri bizdə olacaq - bu tarixdə!!! Yeni yolla bağlı kritik gözlənti

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon söhbətində iki məqamı xüsusi vurğuladı: “Birincisi, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ünsurləri torpaqlarımızdan çıxarılmalıdır. Bu, Bakının erməni ordusunun qalıqlarının çıxarılması ilə yanaşı, separatçıların qondarma ”müdafiə ordusu" adı ilə fəaliyyət göstərən terror qruplarının da tərk-silah edilməsi tələbindən çıxış etdiyi deməkdir. İkincisi, Laçın dəhlizinə alternativ yolun inşasının və tikinti işləri başa çatandan sonra sülhməramlıların bu yola dislokasiya olunacağının Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılmasıdır. Laçın dəhlizinin alternativ yola köçürülməsinə qarşı çıxan rəsmi İrəvan bunu “üçtərəfli bəyanata əsasən Ermənistan alternativ yolun tikintisinə dair heç bir plana razılıq verməyib” iddiası ilə əsaslandırır. Əliyev Mişel vasitəsilə İrəvana mesaj verir ki, məsələ Rusiya ilə razılaşdırılıb və bu məsələdə Ermənistana heç bir pay düşmür. Azərbaycan öz ərazisində hansısa addımını Ermənistanla razılaşdırmamalıdır".

Qeyd edək ki, ermənilərin Laçın rayonunun Zabux kəndini tərk etdiklərinə dair videogörüntülər sosial şəbəkələrdə yayılıb. Videodan da göründüyü kimi, ermənilər Zabuxu tərk etmək üçün əşyalarını yığmağa başlayıblar. Qondarma rejimin “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan da bu yaxınlarda Zabuxda olub. O, sakinlərə kəndi tərk etmələri barədə xəbərdarlıq edib. Onu da deyək ki, avqustun 8-də erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub.  Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini snayper tufəngindən və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bildiririk ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031