Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

1827-1829-cu illər: böyük köçürülmələrin başlanğıcı

1827-ci ildə Rusiya iki böyük müsəlman imperiyasının — Osmanlı imperiyasının və İranın işğalı ilə ciddi məşğul olmağa başladı. İki qısa müharibədə Rusiya əvvəlcə İran, sonra isə türklər üzərində qələbə çaldı.

1826

 

Rusların qəniməti Cənubi Qafqaz torpaqları oldu. Bundan sonra Rusiyaya ələ keçirdiyi ərazilərdə əhalinin yeni tərkibini formalaşdırmaq yolu ilə sakitliyi təmin etmək lazım idi.

Çarizmin işğal etdiyi yeni ərazilərə ruslar və digər slavyanlar köçürülürdü ki, bu da tez-tez yerli türkdilli əhalinin qovulması itə mü­ şayiət olunurdu. Rus ərazilərinin uzaqlığı və Cənubi Qafqaza köçməyə qadir olan və bunu istəyən slavyanların kifayət qədər olmaması üzündən ruslar erməniləri həmin ərazilərə köçməyə təhrik edirdilər. Qovulmuş türklərin və digər müsəlmanların torpaqlarını ermənilər böyük həvəslə tuturdular. 38 İrəvan quberniyasında əhalinin tərkibinin dəyişməsi buna əyani misaldır.

1827-ci ildə İran imperiyasının əyaləti olmuş İrəvan quberniyası indiki Ermənistan SSR-dır. Bunun nəzərə alınması böyük əhəmiyyə malikdir. Bu əyalətin əhalisinin əksəriyyətini müsəlmanlar, əsasən türklər təşkil edirdi. İşğal zamanı ruslar İrəvan xanlığmm müsəlman əhalisinin təxminən 30 faizini məhv etdilər, yaxud öz torpaqlarından qovdular. Onları İrandan və Osmanlı imperiyasından olan ermənilərlə əvəz etdilər. Bununla belə, ancaq XIX əsrin ikinci yarısında (sonrakı qovulmalar və köçürmə­ lər nəticəsində) indiki Ermənistan ərazisində əhalinin tərkibinə görə ermənilər üclünlük təşkil etdilər. 1827-1829-cu illər müharibələrinin nəticələri hələ sonralar baş verəcək hadisələrin prototipi oldu. Çoxlu müsəlmanlar, əsasən də türklər öz torpaqlarından ruslar tərəfindən qovuldu. Digərləri rus təbəəsi olmaq istəmədikləri üçün öz doğma vətənlərini tərk etdi.

Osmanlı imperiyasında rusların Ərzuruma çatdıqları rus-türk müharibəsi dövründə bütün işğal olunmuş əraziləri onlarm əldə saxlaya biləcə­ yinə ümid edən ermənilərin bəziləri rus qoşunlarına kömək edirdi. Avropa dövlətləri Rusiyanı işğal etdiyi torpaqları qaytarmağa məcbur etdikdə isə ermənilərin çoxu rus qo­şunları ilə getdi. Sözsüz ki, onların bəziləri öz həyatı üçün təşviş keçirir, digərləri isə sultan hakimiyyəti ilə müqayisədə çar hakimiyyətinə üstünlük verirdi. İrəvanı tərk edən mü­ səlmanlar kimi, onlarm da loyallığı dini xarakter daşıyırdı. Onların ruslarla getməsinin səbəbi də bundan irəli gəlirdi. Bir çox mənbələrin məlumatlarına görə o zaman 10 min erməni ailəsi Şərqi Anadolunu tərk edərək Rusiya tərə­findən işğal olunmuş torpaqlara köçmüşdü.

Sonrakı 100 il ərzində baş verən demoqrafik dəyişikliklər 1827-1829-cu illər müharibələri dövründə olduğu kimi davam etmişdi. Baş verən müharibələrdə osmanlılar ruslara məğlub olurdu. Müharibələr zamanı Osmanlı imperiyasının ərazilərində yaşayan ermənilərin çoxu rus işğalçılarına kömək edirdi. Rus ərazilərində yaşayan müsəlmanların çoxu isə osmanlılara yardım edirdi. Ruslara işğal etdikləri torpaqlarda qalmaq imkanı verilmədi. Qüvvələr tarazlığının pozulmasından nigarançılıq keçirən digər Avropa dövlətləri onları bəzi torpaqları osmanlılara qaytarmağa məcbur etdilər.

Müharibə vaxtı olduğu kimi, ondan sonra da Rusiyanın zəbt etdiyi ərazilərdə yaşayan türklər və digər müsəlmanlar Osmanlı imperiyasına qaçırdı. Ruslar imtina etməyə məcbur edildikləri torpaqları tərk etdikdə ən azı on minlərlə erməni onlarla birlikdə getdi. Müharibələrarası dövrdə ermənilərin və türklərin bir çoxu öz ailələri ilə birləşmək, iş yeri tapmaq, daha az vergi vermək və s. səbəblərdən, yaxud sadəcə olaraq dini və etnik cəhətdən onlarla birlik təşkil edənlərlə bir yerdə yaşamaq məqsədilə mühacirət edirdilər.

Hətta müharibələr arası dövrlərdə belə Rusiya imperiyası erməniləri köçməyə şirnikdirirdi. Şirnikdirmə metodları isə indikindən fərqlənmirdi – vergi güzəştləri və işlə təmin olunma. Rusiyanın Qafqazdakı ucqar əyalətlərinə köçən ermənilər azad, yaxud ucuz torpaq sahəsi vermək və əsas rus vergilərindən azad etmək barədə vədlərlə şirnikdirilirdilər.

Bu vədlərin çox vaxt yerinə yelirilməməsinə və ermənilərin bir hissəsinin Osmanlı imperiyasına qayıtmasına baxmayaraq, ruslar mümkün qədər çox erməninin köçməyə cəlb olunması üçün kifayət edəcək qədər həvəsləndirici amil yaradırdılar. Daha böyük inkişaf səviyyəsi və deməli Osmanlı imperiyası ilə müqayisədə Rusiyadakı daha yüksək həyat səviyyəsi xususilə inandırıcı görünürdü. Osmanlıların vəziyyəti daha ağır idi. Onlar indi üçüncü ölkələrin iqtisadiyyatı adlanan sahədə islahatlar aparır və rusların təkrar olunan basqınlarım dəf edirdilər.

Nəticədə Rusiya ərazilə­rində mövcud olan üstünlükləri təmin edə bilmirdilər. Rusların Qafqazdakı əyalətlərində neft tapıldıqdan sonra ruslar neftlə zəngin olan Bakıda və ətraf rayonlarda əhalinin əsasən türklərdən ibarət olmasına baxmayaraq, erməni sahibkarlarına açıq-aşkar lütfkarlıq göstərirdilər. Əlbəttə ki, bu, ermənilərin köçüb gəlməsi üçün yaxşı iqtisadi maraq rolunu oynayırdı. Lakin ermənilər təkcə Rusiyaya mühacirət etmirdildər. Onlar Şərqi Anadoludan İstambula və Qərbi Anadolunun və Osmanlı Avropasının digər şəhərlərinə köçürdülər. Özü də, sonuncuların sayı Rusiyaya köçənlərdən olduqca çox idi. Bu onunla izah olunur ki, Şərqi Anadolu pis həyat şəraiti ilə seçilən region idi. Odur ki, ermənilər və digər xalqlar hələ Bizans imperiyası dövründən başlayaraq oram tərk edirdilər. Sonuncu yüzillik ərzində onlar digər xarici ölkələrə, xüsusilə də ABŞ-a köçürdülər.

Castin Makkarti, Karolin Makkarti “Türklər və ermənilər” (Bakı, “Səda”, 2010) kitabından

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031