“Qarabağ” Çempionlar Liqasının pley-offunda

Ətraflı

Vədlərini yerinə yetirməyən Ermənistan: Ölkəni idarə edə bilməyən hökumət – ŞƏRH

Ətraflı

Arayikin “nümayəndəsi” erməniləri Laçındakı evləri yandırmağa ÇAĞIRDI

Ətraflı

“Rəsmən deyirəm, azərbaycanlılar Ermənistandan keçib Naxçıvana gedə bilər…”

Ətraflı

Laçın təxribatına Rusiya və Türkiyədən reaksiya – Paşinyan öz ayağını tapdalayır

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni separatçıları bu gün səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Ordumuzun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Separatçıların təxribatı nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. 

 

Ermənistan tərəfinin bu cür təxribata əl atmaları ilk dəfə deyil. Bundan öncə də müxtəlif vaxtlarda ordumuzun mövqeləri dəfələrlə atəşə məruz qalıb.

 

Təxribatların davam etməsi nədən xəbər verir? Rusiya sülhməramlıları atəşkəsin pozulmasına niyə göz yumur?

 

 

"Arxont" elmi jurnalının baş redaktoru, rusiyalı politoloq Anton Bredixin Modern.az-a açıqlamasında bildirib ki, Moskva Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşməsində maraqlı deyil:

 

“Qarabağda təxribatlara yol verməmək lazımdır. Belə olan halda Qarabağdakı erməni hərbçilərinin "statusu" məsələsi gündəmə gələ bilər. Onlar İrəvana, Bakıya, yoxsa Moskvaya tabedirlər? Həmin hərbi dəstələr regionda müstəqil qüvvə kimi mövcud ola bilməzlər. Əks halda atışmaların və təxribatların qarşısını almaq mümkün olmaz. Onların Qərb dövlətləri tərəfindən kor-koranə istifadə edilməsini görürük.

 

Fikrimcə, Rusiya sülhməramlı kontingentinin bölgədə olduğu müddət ərzində Qarabağdakı erməni ordusu Rusiya hərbi komandanlığının nəzarətinə keçməlidir. Yalnız bu seçim vəziyyəti sabitləşdirməyə və təxribatlardan qaçmağa kömək edəcək. Onu da qeyd edək ki, bu təxribatların İrəvana heç bir faydası olmayacaq. Paşinyan artıq öz ayağına basır”.

 

 

Türkiyənin ehtiyatda olan ordu generalı Ərdoğan Karakuş isə Modern.az-a deyib ki, Ankara erməni separatçılarının Azərbaycan ərazilərindən çıxarılmasına yardım edəcək.

 

“Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda olan separatçı qüvvələrə regionu tərk etmələrini bildirmişdi. Amma təəssüf ki, bu gün erməni təxribatları ilə qarşılaşırıq. Bəzən hadisələr istədiyimiz kimi olmur. Burada bir neçə qüvvənin istəkləri var. Belə hadisənin olması həm Azərbaycan, həm də Türkiyə üçün təəssüf doğurur. Lakin bildirmək istərdim ki, iki ölkənin bununla bağlı səyləri davam edəcək. Türkiyə Azərbayacana separatçı qüvvələrin Qarabağdan çıxarılmasında dəstək verəcək. 

 

Bizim doğru yolda olduğumuzu hamı bilir. Təxribatların baş verməsi həmin ərazidə Türkiyənin varlığının olmaması ilə əlaqədardır. Hər kəs bilir ki, Türkiyə qüvvəsi orada güclü olarsa, separatçı qüvvələr ərazidən çoxdan çıxarılardı. Təəssüflər olsun ki, Rusiya bunu bacarmadı. Azərbaycan ərazısindən separatçı qüvvələr çıxarılana qədər Türkiyə qardaşına yardım edəcək”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 10.08.2022, 15:07

1935-1989-cu illərdə Ermənistanda minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir

• 10.08.2022, 14:48

Ağalı sakini: “Doğma yurdun əvvəlki gözəlliyini bərpa edəcəyik”

• 10.08.2022, 14:42

“Avqustun 25-də Laçın şəhərində və kəndlərimizdə Azərbaycan bayrağı dalğalanacaq” AÇIQLAMA

• 10.08.2022, 0:01

“Qarabağ” Çempionlar Liqasının pley-offunda

• 09.08.2022, 17:24

“Şuşa mədəniyyətinin inciləri” layihəsində Şəmsi Bədəlbəyli yad edilib

• 09.08.2022, 17:19

Ceyhun Bayramov: “Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq”

• 09.08.2022, 17:17

Erməni qadının Azərbaycan Prezidentindən xahişi – VİDEO

• 09.08.2022, 17:13

Vədlərini yerinə yetirməyən Ermənistan: Ölkəni idarə edə bilməyən hökumət – ŞƏRH

• 09.08.2022, 15:14

Arayikin “nümayəndəsi” erməniləri Laçındakı evləri yandırmağa ÇAĞIRDI

• 09.08.2022, 14:59

Ermənistanın ilk baş naziri O.Kaçaznuninin söylədikləri

• 09.08.2022, 14:26

“Qisas əməliyyatı 2″ – Ermənistanla müharibə qaçılmaza çevrilir?

• 09.08.2022, 13:22

1827-1829-cu illər: böyük köçürülmələrin başlanğıcı

• 09.08.2022, 13:20

Qarabağda iki erməni separatçısı YARALANDI

• 09.08.2022, 13:19

Ermənistan bankları Qarabağ ermənilərinə kredit verməyi DAYANDIRIB

• 06.08.2022, 12:48

Şəhid Samir son mənzilə yola salındı – FOTOLAR

• 06.08.2022, 12:43

Buzdux dağı və ətrafındakı yüksəkliklər nəzarətimizə KEÇDİ

• 04.08.2022, 15:23

Azərbaycan döyüş təyyarələrini havaya qaldırdı

• 04.08.2022, 15:18

Ağalı kəndinin 30 sakini özünüməşğulluq proqramına cəlb edilib – FOTOLAR

• 04.08.2022, 15:16

“Rəsmən deyirəm, azərbaycanlılar Ermənistandan keçib Naxçıvana gedə bilər…”

• 04.08.2022, 15:14

“Qisas” əməliyyatı – regionun təhlükəsizliyini təhdid edənlərə cavab

• 04.08.2022, 15:11

Rusiya hərbçiləri Ermənistanda təlimlər keçirəcək

• 04.08.2022, 15:09

NATO-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

• 03.08.2022, 17:32

“Qərbi Azərbaycan İcması” adlı yeni təşkilat yaradılıb

• 03.08.2022, 17:31

Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisi yekunlaşır

• 03.08.2022, 17:27

Tofiq Musayev “Karapapak Fight club & Promotion”un vitse-prezidenti seçilib

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Avqust 2022
BE ÇA Ç CA C Ş B
« İyl    
1234567
891011121314
15161718192021
22232425262728
293031