Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Separatçı rejimi özbaşına buraxsaq, Zabuxdakı hayları Şuşanın kəndlərinə köçürəcəklər…”

“Necə ki, Laçın şəhərindəki yaşamadıqları salamat qalmış evləri uçurmağa, qaz borularını söküb daşımağa və s. başlayıblar…”

 

Böyük Qaladərəsinin “meri”: “Qorxmalı heç nə yoxdur. Nədən qorxaq? Bizim varlığımız türklərin əl-qolunu bağlayıb…”

 

Erməni mediasında  Laçın rayonunun hazırkı “dəhliz” ərazisində yerləşən Laçın şəhəri  və Zabux kəndində işğal dövründə qanunsuz məskunlaşmış hayların alternativ yolun istifadəyə verilməsindən sonra hara köçürüləcəyi məsələsinin müzakirəsi davam edir.

 

Moderator.az xəbər verir ki,  həmin mövzuda növbəti material bu səhər  “İravunk” nəşrində dərc olunub. 

 

Qəzetin yazdığına görə, hazırda Laçın və digər yaşayış məntəqələrinin sakinlərinin təxliyyəsi üzrə iş aparılmır. Bu barədə Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz "ombudsman"ı Geqam Stepanyan məlumat verib. O bir daha bildirib ki, əgər Zabuxun boşaldılması faktı meydana çıxarsa, mümkün variant kimi oradakı hayların Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərinə köçürülməsi müzakirə oluna bilər.  G.Stepanyanın sözlərinə görə  Laçındakı ermənilərə Ermənistanda mənzillər ayrılması da mümkündür.

 

Erməni  nəşrinin müxbiri  Şuşa rayonunun adı çəkilən kəndlərində guya Zabux kəndindən "məcburi köçkün" olacaq hayların yerləşdirilməsi üçün şərait və evlərin olub-olmaması ilə maraqlanıb. 

 

Böyük Qaladərəsi kəndinin qanunsuz "başçısı" David Davtyan  öncə "türklərdən qorxmadığını" bildirib.

 

“Qorxmalı heç nə yoxdur. Nədən qorxaq? Bizim varlığımız türklərin əl-qolunu bağlayıb. Düzdür, hər gün, hətta uzaqdan da silahlı barbarları görmək, belə yaşamaq çətindir. Çətindir, amma dözürük, torpaqlarımızı heç kimə vermək fikrində deyilik" -deyə D.Davtyan çərənləyib.

 

Qondarma kənd "rəhbəri" bildirib ki, guya "müharibədən əvvəl kənddə 114 sakin olduğu halda hazırda 75 sakin var. İtkilərin öhdəsindən gələ bilməyən çoxları müharibədən sonra geri qayıtmadı".

 

Zabuxdan köçəcək neçə hay ailəsini qəbul edə bilmələri  barədə sualı isə D.Davtyan belə cavablandırıb:

 

“Hazırkı durumda bizim kənddə köçkünlərin yaşamaları üçün imkan yoxdur. Köhnə qeyri-yaşayış binaları var, amma çox bərbad vəziyyətdədirlər, sadəcə, gəlib orada yaşamaq işləməyəcəklər. Onları təmir etmək və ya yenilərini tikmək lazımdır. Hazırda ailənin normal yaşayış şəraitinə uyğun verən ev yoxdur.

 

-Dediyiniz problemlər həll olunsa, neçə ailəni qəbul edə biləcəksiniz?

 

– Təxminən 20-25 ailə. Amma bizim ərazilərimiz var ki, orada yeni evlər tikilə bilər".

 

Kiçik Qaladərəsi kəndindəki erməni icmasının qeyri-qanuni "rəhbəri" Samvel Sarkisyan isə erməni müxbirin suallarına cavab olaraq bunları deyib:

 

"Müharibədən əvvəl kənddə 187 nəfər  yaşayırdı, indi onlardan yalnız 80 nəfəri qalıb, 26 ailə var. Kənd sakinlərinin qayıdışına və kənddə normal həyatın bərpasına əsas maneə Azərbaycan silahlı qüvvələrinin kəndlə üzbəüz yüksəklikdə olmasıdır(Söhbət Laçın rayonunun Ağanus kəndi ərazisindəki strateji Ağdaş yüksəkliyindən gedir-S.L.). Bu Azərbaycan postu kəndin mülki əhalisinin həyatı, fiziki və mənəvi bütövlüyü üçün birbaşa və danılmaz təhlükədir. Azərbaycan silahlı qüvvələrinin bu ərazilərdə olması təhlükəsizlik baxımından maneələr yaradır və kənd təsərrüfatı işlərinin aparılması, xüsusilə biçənəklərin təşkili, otlaqlardan istifadə və arı pətəklərinin saxlanılması baxımından birbaşa təhlükə yaradır.

 

 -Lazım gələrsə, hazırda neçə yeni kirayəçi qəbul edə bilərsiniz?

 

– 30-dan çox, 40-a yaxın boş mənzil fondumuz var. Ancaq onların təmirə ehtiyacı var. Bundan sonra köçkünləri yerləşdirə bilərik".

 

Zəruri şərh:

 

Göründüyü kimi, əgər Azərbaycan dövləti və ordusu separatçı rejimi özbaşına, yalnız Rusiya "sülhməramlı"larının nəzarətinə buraxsa, onlar doğrudan da Zabuxda qanunsuz məskunlaşdırılmış Suriya, Livan haylarını Şuşa rayonunun kəndlərində yerləşdirə bilərlər. Necə ki, alternativ yolun istifadəyə veriləcəyi xəbərindən sonra Laçın şəhərindəki yaşamadıqları salamat qalmış evləri uçurmağa, qaz borularını söküb daşımağa və s. başlayıblar…

 

Bu arada erməni mediasında yayılan digər məlumatlara görə, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Aspram Krpeyan iyulun 4-5-də Azərbaycanın Zəngəzur və Qarabağ torpaqlarına qanunsuz səfər edib. Səfər zamanı o, Laçın rayonunun Zabux kəndində də olub və kəndin qanunsuz "mer"i Andranik Çavuşyanla da görüşüb. 

 

Qeyd:

 

Fotodakı Zabux kəndinin üzdəniraq qanunsuz "mer"i Andranik Çavuşyan və onun ailəsidir…

 

Sultan Laçın

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031