“Ermənilər Təpəbaşı abidələrini də məhv edir” – AÇIQLAMA
“Qədim Azərbaycan şəhəri İrəvanın yüz illər boyu xalqımıza məxsus abidələrinin dağıdılması prosesi özünün son həddinə çatmışdır”. Bunu “Səs” qəzetinə açıqlamasında Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, xalqımıza məxsus axırıncı Təpəbaşı abidələri də dağıdılaraq məhv edilir: “İrəvanın nüvəsi olan Təpəbaşı məhəlləsində hündürmərtəbəli binaların tikilməsi adı ilə bu şəhərdə qalan sonuncu mədəniyyət abidələrimiz də sökülür. Vaxtilə bu məhəllədə Hüseynəli xan və Hacı İmamverdi məscidləri mövcud olub. Burada tarixi abidələr siyahısına daxil olan hamam və karvansaralar digər mədəniyyət abidələri mövcud olub. Məlum olduğu kimi, Rəvanqulu xan tərəfindən bünövrəsi qoyulan bu şəhərin, ümumiyyətlə, bütün tarixi abidələri Azərbaycan xalqına məxsusdur. XIX əsrdən başlayaraq Çar Rusiyasının istilasından sonra buraya köçürülən erməni köçəri tayfalarının zaman-zaman havadarlarının dəstəyi ilə azərbaycanlıları sıxışdırmaqla yanaşı, abidələrimizin də məhv edilmə prosesini aparmışlar. Sovet Hakimiyyəti illərində bu, özünü daha qabarıq surətdə büruzə vermişdir. Azərbaycan abidələri İrəvanda aparılan yenidənqurma layihələri adı altında tamamilə məhv edilmiş və ya erməniləşdirilmişdir. Məşhur Xan sarayı, Sərdar, Abbas Mirzə, Şah Abbas, Rəcəb paşa, Göy məscid, Zal xan, Təpəbaşı, Dəmirbulaq, Əmir Səad məscidləri dağıdılmış və ya fars abidəsi kimi qeydə alınmışdır. Bu gün demək olar ki, 400 il ərzində xalqımız tərəfindən tikilən bütün İrəvan abidələri son 100 il ərzində tarixdən silinmiş və məhv edilmişdir”.
A.Xəlilov onu da bildirdi ki, dünyanın vəhşi erməni xalqının əməlləri isə hələ də beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən pislənilmir, qarşısının alınması addımları atılmır: “Bu gün Təpəbaşı abidələrinin məhvi prosesi də YUNESCO, İSESKO kimi beynəlxalq təşkilatlar tərəfindən seyr olunur. Amma buna baxmayaraq Azərbaycan ictimaiyyəti öz səsini beynəlxalq səviyyədə ucaldır. Bu gün ziyalılarımız, ictimai xadimlərimiz, əlaqədar dövlət orqanları öz etirazlarını bu beynəlxalq təşkilatlara ünvanlayırlar. Ümid edirəm ki, beynəlxalq təşkilatlar ikili standartlardan çıxış etməyərək bu məsələdə ədalətli mövqe sərgiləyəcəklər”.