Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

30 il öncəki QƏLƏBƏ – 4 iyulda Ağdərə AZAD EDİLMİŞDİ

30 il öncə – 1992-ci ilin 4 iyul tarixində Azərbaycanın keçmiş Ağdərə rayonu və ətraf kəndlər erməni silahlı birləşmələrinin işğalından azad edilmişdi… Təəssüf ki, o zaman cəbhədə əldə edilən mühüm qələbəni müxtəlif səbəblərdən qoruyub saxlamaq mümkün olmadı.
 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayana kimi Ağdərə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin 5 rayonundan birinin inzibati mərkəzi idi.


Modern.az-ın məlumatına görə,  Ağdərə rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub.
 

1989-cu ildə SSRİ tərəfindən aparılmış əhalinin son siyahıya alınmasına görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. 

İşğala qədər azərbaycanlılar Ağdərənin əsasən 14 kəndində – Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar kəndlərində və Gəncxana sovxoz qəsəbəsində yaşayıb.

Ağdərə ərazisində zəngin daş kömür, əhəngdaşı, qızıl və mis yataqları, qurğuşun, sink yataqları, habelə Tərtər çayı üzərində Sərsəng su elektrik stansiyası var. Keçmiş Ağdərə rayonunun 75059 min hektar ərazisi (44 faizi) nadir və qiymətli ağac növləri olmaqla meşə massivləri ilə örtülü idi.
 

Əsası 1240-cı ildə Həsən Cəlal tərəfındən qoyulmuş məşhur Gəncəsar alban məbədi də Ağdərə ərazisində Vəngli kəndindədir.

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli qərarına əsasən, Ağdərə rayonu ləğv edilmiş, ərazisi Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölüşdürülmüşdü.

Həmin qərara əsasən, Ağdərə rayonunun 8 kəndi Ağdam rayonunun, 23 kəndi Kəlbəcər rayonunun, Ağdərə şəhəri və 13 kəndi Tərtər rayonunun inzibati tərkibinə verilib.


Azərbaycan Ordusunun 1992-ci ildə həyata keçirdiyi uğurlu yay hərbi əməliyyatları  nəticəsində Ağdərə rayonunun böyük hissəsi Ermənistan silahlı birləşmələrindən azad edilmişdi. Bu, 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlərdən sonra mümkün olmuşdu. 

Hərbi mənbələrin məlumatına görə, Azərbaycan Ordusunun Ağdərə istiqamətindəki uğurlu əməliyyatı 16 iyun 1992-ci ildən sonra başlamışdı.

“Ağdərə əməliyyatı”nın məqsədi Qarabağ silsiləsinin Qərb və mərkəzi hissələrinə nəzarəti ələ keçirmək, Kəlbəcər-Ağdərə-Tərtər yolunu nəzarət altına almaq və strateji baxımdan əhəmiyyətli bəzi yüksəkliklərdə möhkənlənmək idi.

O zaman “Ağdərə əməliyyatı”nda Azərbaycan Ordusunun 16-dək həbi hissəsi iştirak etmişdi.

16-18 iyun tarixlərində hərbçilərimiz öncə Ağdərənin Madagiz (indiki Suqovuşan) və Tonaşen (indiki Təpəkənd) kəndlərinə daxil olmuşdular. Sonra Həsənqaya kəndi, ardınca Karmiravan (indiki Qızıloba) və Cerabert (indiki Çiləbürt) kəndləri erməni quldurlarından təmizlənmişdi.

Əməliyyatı dayandırmayan Ordu hisssələrimiz 29 iyun 1992-ci il tarixində təxminən 80 nəfərdən ibarət məşhur “Arabo” batalyonunu məhv etməklə ermənilərə ağır zərbə vurmuşdular.

Bundan sonra Levonarx (indiki Göyarx) kəndi düşməndən azad edilmişdi.

İyulun əvvəlində qoşunlarımızın Kəlbəcər istiqamətindən etdiyi hücum nəticədə Çapar və İmarət-Qərvənd kəndləri azad edilmişdi. Erməni qoşunları Aterk (indfiki Həsənriz) kəndinə doğru geri çəkilməyə məcbur olmuşdular. Sonrakı günlərdə Ermənistan silahlı birləşmələri Ağdərə şəhərinə doğru qaçmağa başlamışdılar.

Növbəti günlərdə Azərbaycan qoşunları Akop Kamari (indiki Lüləsaz), Minqrelsk (indiki Meqrelalay), Mağavuz (indiki Çardaqlı), Canyataq və Gülyataq kəndləri azad edilmişdi.

Bu əməliyyatlar zamanı erməni ordusu ciddi itkilər vermiş, onların məşhur komandirləri öldürülmüşdü.

İyulun 3-dən 4-nə keçən gecə Ağdərə şəhərini tərk edən ermənilər Qasapet kəndi istiqamətində geri çəkilmişdilər.


Nəhayət 4 iyul 1992-ci il tarixində səhər tezdən Azərbaycan Ordusunun dəstələri Ağdərə şəhərinə daxil olmuşdular. 

Növbəti günlərdə Tərtər istiqamətindən irəliləyən Azərbaycan qoşunları Nerkin Oratağ (indiki Aşağı Oratağ), Ağabəyyalı, Dəmirli, Metsşen (Ulu Qarabəy), Qasapet, Mehmanə kəndlərini, eləcə də Qlobus və Qasapet yüksəkliklərini ələ keçirmişdi.

Kəlbəcər istiqamətindən irəliləyən Azərbaycan qoşunları Aterk (Həsənriz), Zəylik, Umudlu kəndlərini, daha sonra Tərtər çayını keçərək Vaquas (indiki Qozlu) kəndini azad etmişdi.

9 iyul 1992-ci ildə Ordumuzun hissələri Drmbon (indiki Heyvalı) kəndinə daxil olmuşdular.

Təəssüf ki, Azərbaycan Ordusunun uğurlu gedişləri o zaman da erməniləri himayə edən xarici qüvvələrdə ciddi narahatlıq yaratmışdı.

Nəticədə 9 iyul 1992-ci ildə o zamankı ATƏM (ATƏT) nümayəndəsi Mario Rafaellinin vasitəçiliyi cəbhədə 30 günlük atəşkəs elan edilmişdi.

Atəşkəs dövründə ermənilər Rusiyadan aldıqları həbi güc sayəsində toparlanaraq, sonrakı aylarda Ordumuza qarşı yeni hücumlara start verib, cəbhədə müəyyən üstünlüklər qazana bildilər.

Ağdərə istiqamətində qanlı döyüşlər 1 il davam etdi.

1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verdi. Qarabağ cəbhəsində döyüşən ordu birləşmələrindən birinə rəhbərlik edən qiyamçı polkovnik Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı üsyan edərək Bakıya doğru hücuma keçdi. Məhz onun rəhbərlik etdiyi ordu bölmələri Ağdərə istiqamətində öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldu. Bundan məharətlə istifadə edən erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və ətraf kəndləri yenidən işğal etdi. 

Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində (1993-cü il 7 iyul) Azərbaycan xalqına məxsus mədəni irs talan edildi, xüsusiyyətləri saxtalaşdırıldı və infrastrukturu dağıdıldı.    

2016-cı ilin aprelində Qarabağda gedən qanlı döyüşlərin əsas istiqamətlərindən biri keçmiş Ağdərə rayonunun ərazisi oldu. Silahlı Qüvvələrimiz Qarabağda atəşkəsi pozan Ermənistan ordusuna qarşı cavab tədbiri zamanı bu istiqamətdə Seysulan kəndinini və Talış kəndinin ətrafındakı yüksəklikləri azad etdi. Lakin Seysulana nəzarəti əldə saxlamaq mümkün olmadı.

2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində keçmiş Ağdərə rayonunun ərazisindəki Madagiz (hazırda Suqovuşan qəsəbəsi) və Talış kəndi düşməndən tamamilə azad olundu.

Təəssüf ki, keçmiş Ağdərə rayonunun Kəlbəcər, Ağdam və Tərətərə verilmiş kəndləri, eləcə də Ağdərə şəhəri hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi zona kimi erməni separatçılarının əlində qalır.

A.Qorxmaz

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyul 2022
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031