Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Beriya necə müsavatçı idi?

LAYİHƏ: GİZLİNLƏR RESPUBLİKASI 

Biri var tarix, biri də var keçmiş… Tarix bizə danışılanlardır, keçmiş isə olanlar… Ya siyasət, ya rəyasət, ya da cəhalət səbəbindən insanlar tarixə inanır. 

Və tarix yeganə elmdir ki, onun rəsmi forması var. Rəsmi tarix keçmişdən çox fərqlənir. Gizlinlər Respublikası isə tarixdən yox, keçmişdən bəhs edir. 

Onda rəsmi tarixin donuqluğu yoxdur, keçmişin hərəkəti var. Onda həqiqət yoxdur, həqiqətlər var. Onda idillik yoxdur, gerçək var. Onda səhvsiz insan yoxdur, qanlı-canlı insan var. Və Gizlinlər Respublikasında heç kim ideallaşdırılmır və heç kim itirilmir…

23 aylıq Cümhuriyyətimiz, bizi biz edən respublikamız haqda “Gizlinlər Cümhuriyyəti” silsiləsi qaranlıqlara tuşlanan fənər olacaq.

Silsilənin 4 iyunda başlamasının rəmzi mənası var. 4 iyun 1918-ci ildə Osmanlı ilə Cümhuriyyət arasında Batum sazişi imzalanıb. Keçmiş keçmir… Tarix təkrar olunur…

“Gizlinlər Respublikası”-nın “Rəsulzadənin ifşa olmuş dəhşətli sirri” adlı ilk məqaləsində Beriyanın müsavatçılıqda günahlandırılaraq məhv edilməsi barədə yazılanlar xüsusi maraq doğurduğu üçün bu məsələ ayrıca araşdırmaya  ehtiyac duyur.

Bu fakt təkcə SSRİ-də yox, dünyada bədnam şöhrətə malik Beriyanın bioqrafiyasının son pərdəsidir. 

Beş il qabaq Böyük Britaniya və Fransanın ortaq istehsalı olan “Stalinin ölümü” adlı film nümayişə çıxarıldı.

Stalinin ölümündən sonra Kremldə baş verənləri sarkastik, bir az da yumoristik dillə təsvir edən film Rusiyada qadağan edildi.

Nəyə görə isə Azərbaycanda da…

Film tarixi həqiqətlərə sədaqət iddiasında deyildi, misal üçün, gerçəklikdə Beriya həbsxanada ölsə də ssenari müəllifləri Siyasi Büronun iclasından sonra onun üstünə neft töküb yandırırlar. 

Təbii ki, onun ifşa edilməsində müsavatçılıq məsələsi qoyulmurdu.

Biz isə o vaxt “Stalinin başı”na baxırdıq…

Ancaq Beriya doğrudan da AXC-nin xüsusi xidmət orqanında, başqa sözlə desək, gənc cümhuriyyətimizin ən məxfi qurumunda çalışmışdı.

Cümhuriyyətimizin xüsusi xidmət orqanı "Əksinqilab ilə mübarizə təşkilatı” adlanırdı.

Bu cür kommunist adı olan təşkilatda Beriyanın çalışması da təbii qəbul edilməlidir.

Zira, Beriya elə o günlərdə də kommunist idi və bunu bilməyən yox idi.

Sonralar o, “müsavatçılıq”da ittiham edildikdə xüsusi xidmət orqanına partiyanın tapşırığı əsasında girdiyini deyərək özünü müdafiə edəcəkdi.

Bunun doğru olub-olmadığını bilmək çətindir.

Ancaq Cümhuriyyətin bir çox dövlət orqanında o cümlədən parlamentdə kommunistlərin təmsil edildiyi də tarixi faktdır. 

Əliheydər Qarayev, Səməd bəy Ağamalıoğlu, Hacı Kərim Sanılı cümhuriyyətin deputatı idi.

Parlamentdə ən güclü fraksiyalardan olan Sosialist fraksiyasının tərkibində yer alan Hümmət təşkilatının qurucularından biri də Məhəmməd Əmin Rəsulzadə idi. 

Bu konteksdə Beriyanın "Əksinqilab ilə mübarizə təşkilatı”nda çalışması qəribə görünməməlidir. 

1919-cu ilin iyun ayında təsis edilən xüsusi xidmət orqanının – "Əksinqilab ilə mübarizə təşkilatı"nın rəisi vəzifəsinə Məmmədbağır bəy Şeyxzamanlı təyin olunub.

Bir müddət bu vəzifədə işlədikdən sonra Azərbaycan Demokratik Respublikasının ilk parlamentində Müsavat fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edildi.

Vəzifəsi doğma qardaşına  – Nağı bəy Şeyxzamanlıya həvalə edildi.

Beriyanın işə qəbulu da Nağı bəyin rəhbərliyi dövründə və onun şəxsi təşəbbüsü ilə baş vermişdi.

O zamanlar Beriya çox gənc idi, cəmi 21 yaşı vardı.

Beriyanın işə götürülməsi üçün zəmanət də Hümmət Partiyası tərəfindən verilmişdi. 

Senzura şöbəsinə işə qəbul olunan Beriya bir müddət sonra şöbə müdiri vəzifəsinə yüksəlir.

Yüksək təşkilatçılıq qabiliyyətinə, dərin savada malik olan Beriyanın yüksəlişi də milli kadrların çatışmazlığı fonunda aydın şəkildə izah edilir.

Heç 40 yaşına çatmamış SSRİ-nin daxili işlər naziri təyin edilən Beriya heç şübhəsiz ki, bacarıqlı bir kadr idi.

Bakıdakı fəaliyyəti də uğurla davam edirdi, yeri gəlmişkən Beriya Bakı Politexnik Məktəbində də oxumuşdu. 

Ancaq Azərbaycanın başını kommunist təhlükəsi aldıqca istər-istəməz xüsusi xidmət orqanı da fəaliyyətini azərbaycanlı kommunistlərin gizli fəaliyyətlərinə yönəltməli olmuşdu.

Beriya özü də kommunist olduğundan bu ona xoş gəlmirdi və rəislərinə xəbər vermədən işdən uzaqlaşdı.

Nağı bəy onun maaşını anasına göndərmişdi.

Beriya anası ilə yaşayırdı.

Elə bu illərdə Mir Cəfər Bağırovla tanış oldu, onları Moskvada “Siam ekizi” adlandırırdılar. 

Bağırov Fövqəladə Komissiyanın (FK) rəhbəri olduqda Beriyanı da özünə müavin təyin etmişdi. 

(Beriyanın bir müddət Bağırovun bacısı ilə evli olduğu barədə dəqiqləşməmiş məlumatlar da var)

FK da kommunistlərin xüsusi xidmət orqanı idi, rus dilində tam adı belə idi: “Всероссийская чрезвычайная комиссия по борьбе с контрреволюцией и саботажем”.

"Çekist" adı da bu idarənin adından götürülmüş, idarənin adı dəfələrlə dəyişsə də "çekist" adı qorunub-saxlanılmışdı.

Bağırov tərəfindən Stalinə təqdim edilən Beriya hakimiyyət pillələrində sürətlə irəlilədi və SSRİ-nin ən mühüm şəxslərinin birinə çevrildi.

Çoxları da bilmir ki, bu gün Putinin bütün dünyanı hədələdiyi atom silahı məhz Beriyanın birbaşa rəhbərliyi altında hazırlanmışdı.

Stalin ölkənin ən mühüm layihəsinin icrasını ona həvalə etmişdi.

Beriya Stalin dövrünün ən qüdrətli fiqurlarından biri idi və onun bu qüdrəti Bağırovun hakimiyyət koridorlarındakı nüfuzunu da möhkəmləndirmişdi.

Mərkəzi Komitə işçiləri Bağırovun qorxusundan Azərbaycana təftişə belə gələ bilmirdilər, Bağırov onlarla çox kobud rəftar edir, bəzən isə qovurdu.

Müharibə qəhrəmanı, marşal Jukovun köməyi ilə Siyasi Büroda qiyam qaldıran Xruşşov Beriyanı həbsə göndərdi.

Ona verilən ittihamlardan biri də müsavatçılıq idi. 

Beriya son sözündə bu barədə də danışmışdı: “Bəli, mən Müsavatın xüsusi xidmət orqanında çalışdığımı gizlətmişəm. Ancaq orda partiya əleyhinə heç bir fəaliyyətlə də məşğul olmamışam”.

O bu sözləri dediyi gün də güllələndi…

Burda iki məqamı xüsusi qeyd etməyə ehtiyac var.

Birincisi, siyasi fəaliyyəti Bakı ilə sıx bağlı olan, bir neçə il Bakıda fəaliyyət göstərən Stalin heç şübhəsiz ki, Beriyanın keçmişi barədə məlumatlı idi.

O buna ya xüsusi əhəmiyyət vermir, ya da mühüm bir informasiya kimi gərəkli günə saxlayırdı. 

Nağı bəy Cümhuriyyətin süqutundan sonra İstanbula mühacirət etmişdi.

Yazdığı xatirələrdə təsadüfən tanış olduğu SSRİ-nin İstanbul konsulluğunda işləyən bir rusun ondan Beriyanın cümhuriyyətin xüsusi xidmət orqanındakı fəaliyyəti barədə məlumatlar xahiş etdiyini qeyd edir. 

Zaman 1950-ci il idi, Stalin hakimiyyətdə, Beriya isə vəzifədə idi.

Və Beriya əleyhinə olan sənədlərin Stalinin şəxsi seyfində mühafizə edildiyi də qeyd olunur.

Beriyanın müsavatçılıq hekayəti bundan ibarətdir… (publika.az)

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930