Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiya hərbçiləri Qubadlı ərazisində də Azərbaycan hərbi karvanlarını müşayiət edir?..

Yoxsa bu da Rusiya MN əməkdaşlarının növbəti “texniki səhvi”dir?..

 

Azərbaycan Respublikasının Laçın rayonunun ermənilər üçün “dəhliz” edilmiş hissəsi və  Yuxarı Qarabağın ermənilərin məskunlaşdığı ərazisində müvəqqəti(!) olaraq yerləşdirilmiş Rusiya “sülhməramlı” kontingentinə aid dünən, 15 iyun Bakı vaxtı ilə axşam saat 20:00-a dair xəbər bülletenində növbəti gözlənilməz məqam qeydə alınıb.

 

Moderator.az xəbər verir ki,  Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “sülhməramlı” kontingentə dair bölməsində dərc olunmuş bülletendə  adəti üzrə həmin kontingentin öz məsuliyyət zonasında müşayiət etdiyi  Azərbaycan Silahlı Qüvvələrinin avtomobil karvanlarının siyahısı göstərilib. 

Diqqətçəkən və təəccüblü məqam ondan ibarətdir ki, bu dəfə Azərbaycan Silahlı Qüvvələrinin Rusiya hərbçiləri tərəfindən müşayiət edilmiş  karvanların siyahısında  Laçın dəhlizindən keçən şimal istiqamətində 2, cənub istiqamətində 2, Şuşa-Zabux və əks istiqamətdə 2 karvanın müşayiəti ilə yanaşı, Qubadlı-Qarıqışlaq(Laçın rayonunun rayon mərkəzindən təxminən 35-40 km məsafədə yerləşən kəndi) və əks istiqamətdə də iki karvanın müşayiət olunması qeyd edilib.

Halbuki, bildiyimiz kimi, istər Qubadlı rayonu ərazisi bütövlükdə, istərsə də, Laçın rayonunun dəhliz hissəsi istisna olmaqla digər hissəsi Rusiya “sülhməramlı” kontingentinin nəzarətində deyil. Və Qubadlı rayonu ərazisindən Laçın rayonunun Qarıqışlaq kəndinə gələn hər hansı hərbi və ya mülki kolonun müşayiət olunmasınu Rusiya sülhməramlıları cənub istiqamətində Laçın rayonunun dəhlizə daxil olan Ağanus kəndindəki nəzarət postlarından başlayaraq Laçın şəhərindən və Zabux kəndindən keçməklə uzağı eyni rayonun Cağazur kəndinin yaxınlığınadək  icra edə bilərlər…  

 

Bəs nəyə görə, hansı əsasla Rusiya hərbçiləri Azərbaycan dövlətinin və Silahlı Qüvvələrinin bilavasitə nəzarət etdiyi ərazidə ordumuzun maşın karvanlarını müşayiət edir? Məgər Azərbaycan ordusu özünün nəzarət etdiyi Azərbaycan Respublikasının suveren torpaqlarında öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil?  Düzdü, Qubadlıdan gələn yol Laçın rayonunun Qazıdərə kəndi yaxınlığından başlayaraq təxminən 9-10  km məsafədə Ermənistanla sərhədə hava xətti ilə 200-300 metrlik məsafədən keçir. Ancaq axı həmin sərhəddə də Azərbaycan ordusunun yetərli sayda bölmələri və texnikası dayanır… Yoxsa bu da Rusiya MN əməkdaşlarının növbəti “texniki səhvi”dir?..

 

Bəhs edilən bu və digər suallara rəsmi cavab tapmaq üçün Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə zəng etsək də, əlimizdə olan şəhər və mobil nömrələrdən zənglərimizə cavab verən olmadı…

 

Ümid edirik ki, tezliklə məsələyə aydınlıq gətiriləcək…

 

Sultan Laçın 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930