Paşinyan köməkçisini baş prokuror vəzifəsinə gətirir
Ermənistanda hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyası baş prokuror vəzifəsinə Anna Vardapetyanın namizədliyini irəli sürüb.
Modern.az xəbər verir ki, bunu iyunun 16-da Ermənistan parlamentində “Mülki müqavilə” partiyasının parlament fraksiyasının rəhbəri Hayk Konjoryan bildirib.
Anna Vardapetyan hazırda baş nazir Nikol Paşinyanın köməkçisi postunu tutur.
Ermənistanda baş prokuror, o cümlədən ədliyyə orqanlarının bəzi vəzifəli şəxsləri parlament tərəfindən seçilir.