Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Dünya Bankı Qarabağla bağlı prioritetlərini açıqladı

Dünya Bankı Azərbaycanla əməkdaşlığa dair yeni tərəfdaşlıq çərçivə sənədi hazırlayır və yaxın vaxtlarda Azərbaycan hökuməti ilə müzakirələrə başlayacaq.

yknews.az xəbər verir ki, bunu Report-a Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirib.

"Bu strategiyanı biz “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsaslanaraq quracağıq”, – S.Maykl deyib.

Onun sözlərinə görə, bu, Dünya Bankının Azərbaycanla əməkdaşlıq üçün nəzərdə tutulan beşillik planıdır: "Növbəti bir neçə ayda biz hökumətin yeni strategiyada həm investisiya, həm də bilik mübadiləsi və potensialın yaradılması baxımından hansı prioritetlərə diqqət yetirmək istəyini müəyyənləşdirəcəyik.

İstər insan kapitalının inkişafı, özəl sektorun dəstəklənməsi, istərsə də Qarabağda bərpa və yenidənqurma, o cümlədən təmiz enerji baxımından ölkədə o qədər müxtəlif prioritetlər var. Beləliklə, müxtəlif tərəfdaşlarla görüşməliyik ki, onlar bizdən hansı sahələrə fokuslanmağımızı istədiyini bilək".

S.Maykl Dünya Bankının Azərbaycanın azad edilmiş ərazilərinə dəstəyi ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib: “Hazırda bəzi araşdırmalar mövcuddur, lakin bu istiqamətdə nəsə demək çox tezdir, çünki ərazilər minalardan təmizlənməlidir. Azərbaycan hökuməti Qarabağda yenidənqurma və bərpa işlərinə dəstək verməyimizi istəyirlər və biz buna hazırıq. Hesab edirik ki, bu əraziləri milli sistemlərə inteqrasiyası üçün böyük imkanlar mövcuddur, həmçinin regional ticarətin və əlaqələrin inkişafı üçün böyük imkanlar var. Beləliklə, biz hökumətlə bu istiqamətdə işləməkdən çox şad olarıq”.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri yeni layihələrdən danışarkən bildirib:

“Bizim çoxlu layihələrimiz var, amma biz hökumətin hansı layihə üzərində işləməyimiz ilə bağlı qərarını gözləyirik. Bizim keçmişdə Azərbaycanda su layihələri ilə bağlı çoxlu layihələrimiz olub və indi yeni əməkdaşlıq çərçivəsində hökumətin priorittelərini dinləmək prosesindəyik. Ola bilsin ki, su layihələri də yeni strategiyaya daxil edilsin, lakin bununla baglı müzakirələr hələ aparılmayıb”.

O əlavə edib ki, Dünya Bankı məşğulluğa və peşə hazırlığa, ikinci dərəcəli yol şəbəkələrin qurulmasına dəstək göstərir: “Həmçinin, məhdud imkanlara malik insanların cəlb etməklə səhiyyə sisteminin rəqəmsallaşmasından yol hərəkətinin təhlükəsizliyinin dəstəklənməsinə, “Yaşıl enerji”dən “Ağıllı kənd”lərə qədər çoxlu işlər görürük. Biz həqiqətən çox məsələlər üzərində işləyirik və bunları bu il və gələcək bir neçə il ərzində davam etdirəcəyik”.

Xatırladaq ki, Dünya Bankı bir müddət öncə Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının hazırlanması məqsədilə ölkə iqtisadiyyatının sistemli diaqnostikasına başlayıb. Hazırda bankın Azərbaycandakı əməliyyatları 2015-ci ildə təsdiq edilmiş Tərəfdaşlıq Çərçivəsi Proqramı (CPF) ilə tənzimlənir. CPF 2016-2020-ci maliyyə illəri üçün nəzərdə tutulmuşdu, lakin 2020-ci ildə onun effektivliyinin nəzərdən keçirilməsindən sonra iki prioritet istiqaməti təsdiq edilərək onun uzadılması qərara alınıb. Bunlar dövlət sektoru (idarəetmə və xidmətlərin göstərilməsi) və Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması və insan kapitalına, fiziki infrastruktura və daha güclü institutlara investisiyalar vasitəsilə xarici şoklara davamlılığının artırılması kimi strateji hədəflərə cavab verməli olan iqtisadi rəqabətqabiliyyətlilikdir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankına üzvdür. Son 30 ildə adıçəkilən maliyyə qurumu Azərbaycanın reallaşdırdığı 50-dən çox layihə üzrə 4 milyard ABŞ dollarından çox kredit ayırıb. Dünya Bankı 2023-cü ilin iyulun 1-dək Azərbaycana ayıracağı kreditlərə güzəştli faiz dərəcəsi tətbiq edə bilər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930