“Qarabağ” Çempionlar Liqasının pley-offunda

Ətraflı

Vədlərini yerinə yetirməyən Ermənistan: Ölkəni idarə edə bilməyən hökumət – ŞƏRH

Ətraflı

Arayikin “nümayəndəsi” erməniləri Laçındakı evləri yandırmağa ÇAĞIRDI

Ətraflı

“Rəsmən deyirəm, azərbaycanlılar Ermənistandan keçib Naxçıvana gedə bilər…”

Ətraflı

Qarabağ qaziləri nazirliyin qarşısında ETİRAZ ETDİ

Bu gün bir qrup Qarabağ qazisi etiraz məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Onlar nazirliyin binasına daxil olaraq etirazlarını bildiriblər.

 

İlkin məlumata görə, qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmaması, komissiyaya gec çağırılmalarından şikayətçidirlər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov etirazçıların qarşısına çıxaraq onların suallarını cavablandırıb.

 

F.Talıbov deyib ki, Qarabağ qazilərinin və şəhid ailələrinin sosial təminatı daim diqqətdə saxlanılır:

 

"Qazilər mütəmadi olaraq nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilir. Bu gün də onların əlilliklə bağlı müraciətləri olub. Onların sağlamlıq vəziyyəti əlilik təyinatına əsas vermir. Əgər sizin sağlamlıq vəziyyətiniz əlillik təyinatına imkan vermirsə, burada qanundankənar hər hansı addım atmaq mümkün deyil. Bununla belə, hər bir müraciət qeydə alınacaq, araşdırılacaq və məlumat veriləcək. Qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. Onların problemləri mütəmadi şəkildə həll olunur. Vəziyyət araşdırılacaq".

 

F.Talıbov jurnalistlərin "Nazirin bu olanlardan xəbəri varmı" sualına cavabında bildirib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bütün günü iş başındadır:

 

"Bütün tədbirlər və Qarabağ qazilərinin əlillik məsələsi birbaşa nazirin xüsusi diqqətindir. Eyni zamanda, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsilə bağlı tədbirlər mütəmadi görülür. Qarabağ müharibəsində iştirak etmiş və yaralanmış 3 min şəxsə əlillik təyin edilib. Bu məlumatları nazirliyin rəsmi saytından da əldə edə bilərsiz".

 

Şöbə müdiri əlavə edib ki, həmin şəxslər ilk növbədə hərbi həkim komissiyasına müraciət etməlidirlər:

 

"Hər bir vətəndaşın sivil qaydada etiraz etmək, müraciət etmək hüququ var. Əgər məhkəmə qərarı varsa, heç kim onu bu hüquqdan məhrum edə bilməz. Bu komissiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bunun müharibə ilə əlaqədar olub-olmadığı müəyyən edilir. Daha sonra İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən müvafiq şəkildə “forma 88” sənədi rəsmiləşdirilir. Son olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin sənədlər əsasında əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul edir. Qeyd edim ki, əlilik təyinatı bütün xəstəliklərə görə aparılmır. Bununla bağlı Nazirlər Kabinetinin də qərarı var".

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 10.08.2022, 15:07

1935-1989-cu illərdə Ermənistanda minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir

• 10.08.2022, 14:48

Ağalı sakini: “Doğma yurdun əvvəlki gözəlliyini bərpa edəcəyik”

• 10.08.2022, 14:42

“Avqustun 25-də Laçın şəhərində və kəndlərimizdə Azərbaycan bayrağı dalğalanacaq” AÇIQLAMA

• 10.08.2022, 0:01

“Qarabağ” Çempionlar Liqasının pley-offunda

• 09.08.2022, 17:24

“Şuşa mədəniyyətinin inciləri” layihəsində Şəmsi Bədəlbəyli yad edilib

• 09.08.2022, 17:19

Ceyhun Bayramov: “Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq”

• 09.08.2022, 17:17

Erməni qadının Azərbaycan Prezidentindən xahişi – VİDEO

• 09.08.2022, 17:13

Vədlərini yerinə yetirməyən Ermənistan: Ölkəni idarə edə bilməyən hökumət – ŞƏRH

• 09.08.2022, 15:14

Arayikin “nümayəndəsi” erməniləri Laçındakı evləri yandırmağa ÇAĞIRDI

• 09.08.2022, 14:59

Ermənistanın ilk baş naziri O.Kaçaznuninin söylədikləri

• 09.08.2022, 14:26

“Qisas əməliyyatı 2″ – Ermənistanla müharibə qaçılmaza çevrilir?

• 09.08.2022, 13:22

1827-1829-cu illər: böyük köçürülmələrin başlanğıcı

• 09.08.2022, 13:20

Qarabağda iki erməni separatçısı YARALANDI

• 09.08.2022, 13:19

Ermənistan bankları Qarabağ ermənilərinə kredit verməyi DAYANDIRIB

• 06.08.2022, 12:48

Şəhid Samir son mənzilə yola salındı – FOTOLAR

• 06.08.2022, 12:43

Buzdux dağı və ətrafındakı yüksəkliklər nəzarətimizə KEÇDİ

• 04.08.2022, 15:23

Azərbaycan döyüş təyyarələrini havaya qaldırdı

• 04.08.2022, 15:18

Ağalı kəndinin 30 sakini özünüməşğulluq proqramına cəlb edilib – FOTOLAR

• 04.08.2022, 15:16

“Rəsmən deyirəm, azərbaycanlılar Ermənistandan keçib Naxçıvana gedə bilər…”

• 04.08.2022, 15:14

“Qisas” əməliyyatı – regionun təhlükəsizliyini təhdid edənlərə cavab

• 04.08.2022, 15:11

Rusiya hərbçiləri Ermənistanda təlimlər keçirəcək

• 04.08.2022, 15:09

NATO-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

• 03.08.2022, 17:32

“Qərbi Azərbaycan İcması” adlı yeni təşkilat yaradılıb

• 03.08.2022, 17:31

Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisi yekunlaşır

• 03.08.2022, 17:27

Tofiq Musayev “Karapapak Fight club & Promotion”un vitse-prezidenti seçilib

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyun 2022
BE ÇA Ç CA C Ş B
« May   İyl »
 12345
6789101112
13141516171819
20212223242526
27282930