“Qarabağ” Çempionlar Liqasının pley-offunda

Ətraflı

Vədlərini yerinə yetirməyən Ermənistan: Ölkəni idarə edə bilməyən hökumət – ŞƏRH

Ətraflı

Arayikin “nümayəndəsi” erməniləri Laçındakı evləri yandırmağa ÇAĞIRDI

Ətraflı

“Rəsmən deyirəm, azərbaycanlılar Ermənistandan keçib Naxçıvana gedə bilər…”

Ətraflı

“Kəlbəcərdə çay içəcəyimə inanmazdım” – Səfirlərin səfər TƏƏSSÜRATLARI

Azərbaycanda fəaliyyət göstərən xarici ölkə diplomatları bu gün Kəlbəcərə səfər edib. Səfərdə 80-dən çox diplomat və hərbi attaşe iştirak edib.

 

Səfər çərçivəsində diplomatik korpus nümayəndələri “Kəlbəcər-1” Su Elektrik Stansiyası, yeni inşa edilən Murovdağ tuneli, Bayraq meydanı, Tarix-diyarşünaslıq muzeyi, Qədim daş heykəlləri, Şahmat məktəbinin binası və “İstisu” sanatoriyasını ziyarət ediblər.

 

Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Kəlbəcərdə törətdiyi vəhşiliklərlə və cinayət izləri ilə tanış etməkdir.

 

Xarici diplomatlar Kəlbəcərə səfərlə bağlı təəssüratlarını bölüşüblər.

 Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı ilk dəfə Kəlbəcərdə olduğunu deyib:

 

“Bu gün ilk dəfədir ki, Kəlbəcərdəyəm. Bu şəraiti yaratdığına görə, cənab Prezidentə, xarici işlər nazirinə dərin minnətdarlığımı bildirirəm. Azad Kəlbəcərdə olmaq bizim üçün olduqca əlamətdar bir haldır. İnanıram ki, çox yaxın zamanda buranın əhalisi öz doğma torpaqlarına dönəcək.

Bir daha Murovdağın zirvəsindən bu qələbəni qazanan şəhidlərimizin ruhunu yad edir, şəhid ailələrinə, qazilərimizə salamlarımı və minnətdarlığımı göndərirəm”.

İsrail səfiri Corc Dik azad olunmuş ərazilərdə mükəmməl işlərin görüldüyünü söyləyib:

 

“İki il öncə kimsə Kəlbəcərdə çay içəcəyimi söyləsəydi, buna inanmazdım. Qısa zaman ərzində enerji infrastrukturlarının inşa və bərpa edilməsi, Murovdağ silsiləsinin altından keçən tunelin tikinti işlərinin aparılması, ümumiyyətlə, buraya qoyulan investisiyalar Kəlbəcərin gözəlləşdirilməsi üçün görülən işlərdir. Ölkələrimiz arasında, xüsusilə günəş və külək enerjisi sahələrində işlər görülə bilər.

 

Regionda, həmçinin su ehtiyatları sahəsində əməkdaşlığımızı davam etdirə bilərik. Ötən ay İsrail və Azərbaycan arasında bu regionda su ehtiyatlarının strateji planının hazırlanması ilə bağlı anlaşma imzalanıb. Kəlbəcər su ehtiyatları ilə zəngindir və düşünürəm ki, bu ərazilər ölkələrimiz arasında işlərin görülməsi üçün çox gözəl ərazilərdir".

Fələstinin ölkəmizdəki səfiri Nəssir Əbdül Kərim Kəlbəcərə səfərin təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib:

 

“Gözəl təbiətə malik Kəlbəcər rayonu turistik gələcək vəd edir. Azərbaycanın bu əraziləri gələcəkdə çox böyük turizm mərkəzi olacaq. Həmçinin xırdabuynuzlu heyvanları, inəkləri gördüm. Bu isə o deməkdir ki, artıq insanlar buradadır, onlar bu torpaqlardan istifadə edir.

 

Eyni zamanda, infrastrukturu, çəkilən yolları, elektrik xətlərini qeyd edə bilərəm. Çox təsirlidir ki, bu infrastruktur qısa zamanda tikilib. Biz həm də tunellə tanış olduq. Düşünürəm ki, tunel çox vacibdir. Bu tunel Kəlbəcəri Azərbaycanın digər hissələrinə bağlayır”.

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee də digər həmkarları kimi Kəlbəcərin gözəlliyinə heyran qalıb:

 

“Kəlbəcərin gözəlliyini görə bilirəm. Uca dağlar, yaşıllıqlar, buranın çox böyük potensialı var və bu yalnız turizmlə bağlı deyil, həm də Kəlbəcər təbii resurslarla zəngindir. Mən arzu edirəm ki, azərbaycanlı sakinlər azad olunan torpaqlara tezliklə geri qayıtsın, öz evlərinə geri dönsünlər. Ümid edirəm ki, tezliklə bu torpaqlarda infrastruktur inkişaf edəcək və bura dünyanın müxtəlif yerlərindən, o cümlədən Pakistandan turistləri cəlb edəcək”.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 10.08.2022, 15:07

1935-1989-cu illərdə Ermənistanda minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir

• 10.08.2022, 14:48

Ağalı sakini: “Doğma yurdun əvvəlki gözəlliyini bərpa edəcəyik”

• 10.08.2022, 14:42

“Avqustun 25-də Laçın şəhərində və kəndlərimizdə Azərbaycan bayrağı dalğalanacaq” AÇIQLAMA

• 10.08.2022, 0:01

“Qarabağ” Çempionlar Liqasının pley-offunda

• 09.08.2022, 17:24

“Şuşa mədəniyyətinin inciləri” layihəsində Şəmsi Bədəlbəyli yad edilib

• 09.08.2022, 17:19

Ceyhun Bayramov: “Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq”

• 09.08.2022, 17:17

Erməni qadının Azərbaycan Prezidentindən xahişi – VİDEO

• 09.08.2022, 17:13

Vədlərini yerinə yetirməyən Ermənistan: Ölkəni idarə edə bilməyən hökumət – ŞƏRH

• 09.08.2022, 15:14

Arayikin “nümayəndəsi” erməniləri Laçındakı evləri yandırmağa ÇAĞIRDI

• 09.08.2022, 14:59

Ermənistanın ilk baş naziri O.Kaçaznuninin söylədikləri

• 09.08.2022, 14:26

“Qisas əməliyyatı 2″ – Ermənistanla müharibə qaçılmaza çevrilir?

• 09.08.2022, 13:22

1827-1829-cu illər: böyük köçürülmələrin başlanğıcı

• 09.08.2022, 13:20

Qarabağda iki erməni separatçısı YARALANDI

• 09.08.2022, 13:19

Ermənistan bankları Qarabağ ermənilərinə kredit verməyi DAYANDIRIB

• 06.08.2022, 12:48

Şəhid Samir son mənzilə yola salındı – FOTOLAR

• 06.08.2022, 12:43

Buzdux dağı və ətrafındakı yüksəkliklər nəzarətimizə KEÇDİ

• 04.08.2022, 15:23

Azərbaycan döyüş təyyarələrini havaya qaldırdı

• 04.08.2022, 15:18

Ağalı kəndinin 30 sakini özünüməşğulluq proqramına cəlb edilib – FOTOLAR

• 04.08.2022, 15:16

“Rəsmən deyirəm, azərbaycanlılar Ermənistandan keçib Naxçıvana gedə bilər…”

• 04.08.2022, 15:14

“Qisas” əməliyyatı – regionun təhlükəsizliyini təhdid edənlərə cavab

• 04.08.2022, 15:11

Rusiya hərbçiləri Ermənistanda təlimlər keçirəcək

• 04.08.2022, 15:09

NATO-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

• 03.08.2022, 17:32

“Qərbi Azərbaycan İcması” adlı yeni təşkilat yaradılıb

• 03.08.2022, 17:31

Laçın şəhərindən yan keçən yeni avtomobil yolunun tikintisi yekunlaşır

• 03.08.2022, 17:27

Tofiq Musayev “Karapapak Fight club & Promotion”un vitse-prezidenti seçilib

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyun 2022
BE ÇA Ç CA C Ş B
« May   İyl »
 12345
6789101112
13141516171819
20212223242526
27282930