Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Bələdiyyələrin təaliyyətinin təbliği” İctimai Birliyi Lerik bələdiyyələrinin iştirakıyla görüşlər keçirib

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoturizmin təbliğində bələdiyyələrin rolu” adlı layihənin icrasını davam etdirir.

Quba, Qusar, Astara rayonlarının ardınca 16-20 may 2022-ci il tarixlərində Lerik rayonunun bələdiyyələrinin iştirakı ilə Lerik rayon Heydər Əliyev mərkəzində görüş keçirilmişdir.

Lerik rayonunda keçirilən görüşlərdə iştirak edən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli (Cəfərov) çıxışında bildirib ki, layihənin əsas məqsədi ekoturizmin təbliğində bələdiyyələrin rolunun artırılması istiqamətində Quba, Qusar, Astara və Lerik rayon bələdiyyələri, turizm şirkətləri ilə görüşləri təşkil etməklə müzakirələrin aparılmasına və ekoturizmin təbliği sahəsində bələdiyyələrin öz işlərini daha da səmərəli qurmasına nail olmaqdır. Bu günədək Quba, Qusar və Astara rayonlarında bu məzmunda və geniş tərkibdə görüşlərin keçirildiyini qeyd edən sədr hazırda bələdiyyələrin adıçəkilən istiqamətdən bələdiyyələrə hər hansı maliyyə vəsaitinin daxil olmamasından təəssüfləndiyini, lakin ciddi şəkildə addımlar atılarsa yaxın gələcəkdə bu sahədən bələdiyyə büdcəsinə maliyyə vəsaitinin daxilolma ehtimalının yüksək olduğunu qeyd edib.

Görüşdə bildirildi ki, 29 Lerik bələdiyyəsinin ötən il ərzində cəmi 68 min manat büdcə gəlirinin olması bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə səy göstərmələriylə yanaşı, onların yeni maliyyə istiqamətləri üzərində işləmələrini zəruri edir.

Görüşdə iştriak edən Lerik RİH-in ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin, Dövlət Turizm Ağentliyinin Lənkəran Destinasiya Menecmenti Təşkilatının, Ədliyyə Nazirliyinin Lənkəran Regional Ədliyyə İdarəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının, layihənin eksperti və Lerikdə formalaşan 29 bələdiyyənin sədrləri ekoturizimin təbliği ətrafında ciddi fikir mübadilələri aparılmışlar.

Görüşlərin sonunda bələdiyyə sədrlərini maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihə 01 fevral – 01 iyun 2022-ci il dövrünü əhatə edir.

Məlumat üçün bildiririk ki, Ədliyyə Nazirliyi tərəfindən 2010-cu ilin fevral ayında dövlət qeydiyyatına alınan ictimai birliyin təsis edilməsində əsas məqsəd yerli özünüidarəetmə orqanlarının-bələdiyyələrin fəaliyyətini təbliğ etmək, onların problemlərini ictimailəşdirmək və onların səmərəli fəaliyyətlərinə yardımçı olmaqdır.

İctimai birlik 2012-ci ildən etibarən hər il olaraq Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihələri uğurla başa çatdırmışdır. Ən uğurlu layihələrdən biri isə www.belediyye.info internet resursunun istifadəyə verilməsi olmuşdur. Artıq yeddinci ildir ki, sayt fəaliyyətdədir və saytda bələdiyyələrin fəaliyyəti geniş şəkildə öz əksini tapmaqdadır.

 Belediyye.info

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031