Azərbaycanda Milli Müdafiə Universiteti yaradıldı – EKSKLÜZİV
Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, Universitet Prezident İlham Əliyevin tapşırığı ilə aprel ayının 5-də yaradılıb. Lakin bu barədə mətbuata məlumat verilməyib.
Müvafiq qərara əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün hərbi məktəb və liseylər Milli Müdafiə Universitetinin tabeliyinə verilib.