Ərdoğan İlham Əliyevə təşəkkür etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində (TBMM) çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Modern.az-ın məlumatına görə, Ərdoğan çıxışında Rize-Artvin Hava Limanının əhəmiyyətindən söz açıb.
Onun sözlərinə görə, yeni hava limanı “1915-ci il Çanaqqala Körpüsü” kimi bu il həyata keçirilən nəhəng layihələrdən biridir:
“Mən Azərbaycan Prezidenti İlham Əliyevə bu həyəcanı bizimlə bölüşdüyünə görə təşəkkür etmək istəyirəm”.
Qeyd edək ki, Rize-Artvin Hava Limanının açılışı mayın 14-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər.