İrəvan biolaboratoriyaları etiraf etdi: “Yalnız ermənilər çalışır”

Ətraflı

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

Ətraflı

Əliyev, Putin və Paşinyan görüşə bilər

Ətraflı

“Euronews” Şuşada keçirilmiş musiqi festivalına reportaj həsr edib – VİDEO

Ətraflı

Ermənistanla diplomatik əlaqə qurmayan ÖLKƏLƏR

Ermənistan BMT-nin üzvü olan 178 ölkə, eləcə də BMT müşahidəçiləri ilə diplomatik əlaqələr qurub. İndiyədək bu ölkədə 110 səfir, 26 beynəlxalq təşkilatın nümayəndəsi, 1 baş konsul, 34 fəxri konsul akkreditə olunub. Eyni zamanda Ermənistanın 73 ölkədə akkreditə olunmuş 43 səfiri, 22 beynəlxalq təşkilatda daimi nümayəndələri, 9 baş konsulluğu, konsulluq idarəsi və 39 fəxri konsulluğu fəaliyyət göstərir.

 

Amma bununla bərabər Ermənistanla diplomatik əlaqə qurmayan ölkələr də mövcuddur. Hazırda 17 ölkənin Ermənistanla diplomatik əlaqələri yoxdur. 

 

Modern.az İrəvanla diplomatik təmasda olmayan ölkələrlə bağlı məlumatları təqdim edir:

 

Azərbaycan

 

30 il erməni işğalına məruz qalan Azərbaycanın Ermənistanla diplomatik münasibətləri yoxdur. Qarabağ münaqişəsi səbəbindən Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələr qurulmayıb.

 

Azərbaycan və Ermənistan arasıda XX əsrdə 1918-1920-ci illərdə və 1988-1994-cü illərdə (Birinci Qarabağ müharibəsi) aparılan müharibələr münasibətləri daha da gərginləşdirib. Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ərtaf 7 rayonu işğal edilib. Azərbaycan torpaqlarında qondarma "Dağlıq Qarabağ Respublikası" yaradılıb.

 

1994-2020-ci illərdə Ermənistan atəşkəs rejimini dəfələrlə pozub. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanı ağır məğlubiyyətə uğradaraq işğal edilmiş ərazilərini azad edib.

 

2021-ci ildə sərhədlərin delimitasiyasında yaranan problemlər və Ermənitanın atəşkəsə əməl etməməsi nəticəsində Azərbaycan-Ermənistan sərhəd böhranı başlanıb. Hazırda əsas məsələ iki ölkə arasında sərhədlərin müəyyən edilməsidir. Tərəflər arasında bir neçə dəfə görüşlər keçirilsə də, iki ölkə arasında diplomatik əlaqələr bərpa edilməyib.

 

Türkiyə

 

Ermənistanla Türkiyə arasında da diplomatik əlaqələr kəsilib. Sərhədlər 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi, Ermənistanın qondarma soyqırımı və torpaq iddiası səbəb olub.

 

Pakistan

 

Bundan başqa, Pakistan və Ermənistan arasında diplomatik əlaqələr mövcud deyil. Bunun əsas səbəbi Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun Azərbaycana məxsus Qarabağ və onun ətrafında yerləşən əraziləri işğal etməsi olub. Pakistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq dəstəkləyir. Üstəlik iddia olunan dırnaqarası erməni soyqırımını tanımır. Pakistan İkinci Qarabağ müharibəsi dövründə və sonrakı proseslərdə Azərbaycanı dəstəkləyən ölkələrdəndir.

 

Bildiyimiz kimi, Ermənistan Hindistanla dost münasibətlərə sahibdir. İrəvan Kəşmir problemində Hindistanın mövqeyini dəstəkləyir və Pakistan əleyhinə siyasi xətt yürüdür. Bu mənada Pakistan dünyada yeganə dövlətdir ki, Ermənistanın müstəqilliyini tanımır. Rəsmi İslamabad bu addımı Qarabağ məsələsində Azərbaycana dəstək məqsədilə atdığını dəfələrlə bəyan edib.

 

Səudiyyə Ərəbistanı

 

Pakistanla yanaşı, Səudiyyə Ərəbistanının da Ermənistanla diplomatik təmasları yoxdur. Azərbaycanla dostluq münasibətində olan Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edib. 

 

Eyni zamanda, Barbados, Botsvana, Yəmən, Kiribati, Lesoto, Marşal Adaları, Papua, Yeni Qvineya, Samoa, Sao Tome və Prinsipi, Solomon Adaları, Tonqa, Trinidad və Tobaqo və Cənubi Sudan Ermənistanla diplomatik əlaqələr qurmayıb. 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 19.05.2022, 16:18

İrəvan biolaboratoriyaları etiraf etdi: “Yalnız ermənilər çalışır”

• 19.05.2022, 15:34

Ermənipərəst müğənninin Bakı konserti LƏĞV OUNDU

• 19.05.2022, 14:27

KTMT PA-nın İrəvan toplantısının vaxtı elan olundu

• 19.05.2022, 14:24

Azərbaycanda Milli Müdafiə Universiteti yaradıldı – EKSKLÜZİV

• 19.05.2022, 14:20

QHT nümyəndə heyəti Ərdoğanla görüşdü

• 18.05.2022, 16:26

“Ermənistanla sülh sazişi imzalamaq istəyirik” – İlham Əliyev

• 18.05.2022, 16:24

Şuşada iki günlük beynəlxalq konfrans keçiriləcək

• 18.05.2022, 16:21

Erməni deputat: “Ermənistanda 2500-dən çox telegram kanalı narkotik dövriyyəsi ilə məşğuldur”

• 18.05.2022, 14:46

İrəvanda gərgin anlar: Etirazçılar metronu BAĞLADI

• 18.05.2022, 14:43

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

• 17.05.2022, 16:43

Azərbaycan Laçın dəhlizinin yanında işıq dirəkləri qoyur – Ermənilər təşvişdə

• 17.05.2022, 16:41

“Azərbaycana mübarizəsində hər zaman dəstək vermişik, bundan sonra da dəstəkləyəcəyik”

• 17.05.2022, 16:38

İrəvanda etiraz aksiyaları zamanı saxlanılanların sayı 414 nəfərə çatıb

• 17.05.2022, 16:34

Əliyev, Putin və Paşinyan görüşə bilər

• 17.05.2022, 16:06

İctimai Şuranın növbəti iclası keçirilib

• 17.05.2022, 16:02

Rusiya XİN: Ermənistandakı hadisələrə qarışmırıq

• 17.05.2022, 16:00

Anar Xəlilov: “Bəziləri karyerasını düşünərək ictimai şuralara üzv olmaq istəyir”

• 17.05.2022, 15:57

“Euronews” Şuşada keçirilmiş musiqi festivalına reportaj həsr edib – VİDEO

• 16.05.2022, 14:04

Rizedə Türk rüzgarı, Şuşa Bəyannaməsi və dünyaya ünvanlı “Biz hər zaman bir yerdəyik” icmarıcı

• 16.05.2022, 14:01

Paşinyan Moskvadadır – Putinlə görüşəcək

• 16.05.2022, 13:59

“Qarabağ” əsrin rekorduna imza atdı

• 16.05.2022, 13:58

Litva prezidenti Əliyev və Paşinyanla görüşəcək

• 16.05.2022, 13:55

“Oğluma dedim ki, əsir düşsən özünü öldür” – Şəhid anasından ürək dağlayan SÖZLƏR – VİDEO

• 16.05.2022, 13:53

Emin Həsənli Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu Komandanı ilə görüşüb

• 11.05.2022, 16:31

Karapetyan cinayəti: Ordumuz Xankəndiyə girə bilər

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
May 2022
BE ÇA Ç CA C Ş B
« Okt    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031