Şuşa rayonunda 01 aprel 2022-ci il vəziyyətinə kənd təsərrüfatı işlərinin gedişi haqqında
01 aprel 2022-ci il vəziyyətinə Şuşa rayonunda 2157.8 hektar əkin sahəsi əkilmişdir ki, bundan da 2099.8 hektarı payızlıq, 58.0 hektarı yazlıq əkin sahəsidir. Payızlıq əkin sahəsinin 684.8 hektarı buğda, 1337.2 hektarı arpa, 77.8 hektarı isə yaşıl yem, yəni xəsil sahələridir. Yazlıq əkin sahəsinin isə 48.0 hektarında tərəvəz, 10.0 hektarında buğda əkilmişdir.
Yazlıq əkin hal-hazırda davam edir.
2022-ci ilin yanvar-mart aylarında heyvandarlıq sahəsində rayon üzrə bütün təsərrüfat kateqoriyalarında 4912 baş iribuynuzlu mal-qara, o cümlədən, 2419 baş inək və camış, 36298 baş qoyun və keçi mövcud olmuşdur.
01 aprel 2022-ci il tarixə mövcud olan mal-qaranın baş sayını ötən ilin müvafiq dövrü ilə müqayisə etsək görərik ki, keçən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qara 0.6%, o cümlədən, inək və camış 0.7%, qoyun və keçilər isə 1.1% çox olmuşdur.
2022-ci ilin yanvar-mart aylarında Şuşa rayonu üzrə ət istehsalı 1024.0 sentner (diri çəkidə), süd istehsalı 5278.0 sentner, yumurta istehsalı 309.0 min ədəd olmuşdur. Bu da keçən ilin müvafiq dövrünə nisbətən ət 29.0 sentner, yəni 2.9% çox, süd 18.0 sentner, yəni 0.3% çox, yumurta isə 2.0 min ədəd, yəni 0.7% çox olmuşdur.
2022-ci ilin I rübündə kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 987.5 min manat, yəni keçən ilin müvafiq dövrünə nisbətən 13.9% çox olmuşdur.
Heyvanların baş sayı Cədvəl 1
|
2022-ci ilin I rübü |
2021-ci ilin I rübü |
2022-ci ilin I rübü 2021-ci ilin I rübünə nisbətən, faizlə |
İri buynuzlu |
4912 |
4884 |
100.6 |
O cümlədən: inək və camışlar |
2419 |
2403 |
100.7 |
Xırda buynuzlu |
36298 |
35910 |
101.1 |
Kənd təsərrüfatı heyvandarlıq məhsulları istehsalı Cədvəl 2
|
2022-ci ilin I rübü |
2021-ci ilin I rübü |
2022-ci ilin I rübü 2021-ci ilin I rübünə nisbətən, faizlə |
Ət (sentner) |
1024.0 |
995.0 |
102.9 |
Süd (sentner) |
5278.0 |
5260.0 |
100.3 |
Yumurta (min ədəd) |
309.0 |
307.0 |
100.7 |
Şuşa Rayon Statistika İdarəsinin rəisi
Anar Xəlilov