Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Elə bilirdim, Şuşanın hər daşını, yerini, ağacını tanıyıram… “

Azərbaycan həqiqətlərini daim təbliğ edən, Azərbaycan sevdalısı özbək şairəsi Xasiyyət Rüstəm Bakıya növbəti səfəri çərçivəsində “Yeni Müsavat” Media Qrupunun qonağı olub. Xasiyyət Rüstəm səfərinin məqsədi haqda danışıb, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərə həsr etdiyi “44 gün” adlı kitabından, Şuşa səfərindən, bu və digər məsələlərdən söz açıb. yknews.az müsahibəni Musavat.com-a istinadən təqdim edir:

– Bu Bakıya neçənci səfərinizdir və budəfəki gəlişinizin əsasən məqsədi nədir?

– Azərbaycana çox gəlmişəm. Hətta səfərlərimin sayını itirmişəm, bəlkə də onuncudur. Mayın 9-da Cəfər Cabbarlı adına İrəvan Dövlət Teatrında həyat yoldaşım, yazıçı-dramaturq Qoçqar Norqobilin əsəri əsasında “Beş dul qadın və rəis” adlı bir hissəli komediya nümayiş olunacaq. Əsasən həmin tamaşanı izləməyə gəlmişik. Neçə gündür ki, bu əsər tamaşaya qoyulacaq deyə çox həyəcanlıyıq. Əsər bir iş yerində qadınlar və rəisdən bəhs olunur. Daha ətraflı məlumat vermək istəməzdim, hər kəsi tamaşanı izləməyə dəvət edirəm, gəlib əsər ilə yaxından tanış ola bilərsiniz.

1989.jpg (95 KB)

– Ötən ilin avqustunda işğaldan azad olunmuş Şuşa şəhərində olmuşunuz. Təəssüratlarınız necədir?

– Şuşada heç vaxt olmamışdım, bu ilk səfərim idi. Şuşanı görmək bizim hamımızın arzusu idi. Ora gedəndə sanırdım ki, Şuşanı əvvəlcədən tanıyıram. Şuşanı görəndə də bu hissləri yaşadım. Çünki dostlarımdan Şuşa haqqında soruşur, maraqlanırdım. Ona görə də Şuşa ilə bağlı təsəvvürlərim var idi. Bu səbəbdən Şuşa mənə yad gəlmədi. Orada hər kəs, hər yer mənə tanış idi. Hətta ağaclar da çox tanış gəlirdi.

Yenidən Şuşaya səfər etmək arzusundayam. Bakıya gələn heyətimiz isə hələlik Şuşada olmayıb, onlar da Şuşanı görmək arzusundadırlar. Bu arzumuz həyata keçsəydi, çox gözəl olardı.

– Bilirik ki, Özbəkistanda Şuşanın işğaldan azad olunmasını insanlar göz yaşları ilə qarşılayıblar.

4.jpg (61 KB)

– Tamamilə doğrudur. Özbəkistan, demək olar ki, həmin 44 gündə yaşamadı. Fəqət 44 gün evlərimizdə, küçədə, hər yerdə Azərbaycandan gələn xəbərləri böyük həyəcanla izləyirdik. Çox ağır günlər idi. Hər an internetdən, sosial şəbəkələrdən yaxşı xəbərlər gözləyirdik. Prezidentimiz İlham Əliyevin hər bir çıxışını həyəcanla, gözümüzdə yaşla dinlədik. Bu çox böyük zəfər idi.

– Azərbaycanın Qarabağ zəfəri ilə bağlı “44 gün” adlı kitab da nəşr etmişiniz…

– Bəli, bu kitab mənim 44 günlük Vətən müharibəsi ilə bağlı gündəlik qeydlərimdir. Təsəvvür etməyə çalışdım ki, bu 44 gün ərzində mən hansı hisləri keçirmişəm. Kitabda hələ müharibədən əvvəl yazdığım “Adı Lalə idi o qızın” poeması, “Rahatsız keçən 44 gün” əsəri, “Yuxuma girir Qarabağ” gündəliyi, “Qələbə dastanı” dərc olunub. Azərbaycanın qazandığı qələbə bizim, bütün türk dünyasının qələbəsi idi. Uzun illər biz bu qələbəni gözləyirdik.

2.jpg (76 KB)

 

– 2022-ci il Azərbaycanda “Şuşa ili” elan olunub, 2023-cü ildə isə Şuşa Türk Dünyasının Mədəniyyət Paytaxtı olacaq. Bununla bağlı Şuşada hansı tədbirləri görmək, iştirak etmək istərdiniz?

– Hansı tədbirlərin olacağını bilmirəm, amma istənilən keçiriləcək tədbirdə olmaq istərdim. Çünki Şuşa deyəndə ürəyimiz qabarır. Biz bu günlərə çox ağır günlərdən keçərək gəldik.

– Özbəkistanda Azərbaycan ədəbiyyatı nə qədər tanınır?

– Bizdə Azərbaycan şair və yazıçılarını çox sevirlər. Məsələn, mən gəncliyimdən yazıçı Anarı, Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Nigar Rəfibəylini, Rüstəm Behrudini, Sabir Rüstəmxanlını, Elçini tanıyır, əsərlərini sevirəm. Həmçinin sizin klassik şairlərini öz şair və yazıçılarımız qədər sevir, bilirik.

– Bəs Özbəkistan dərsliklərində azərbaycanlı şair və yazıçıların əsərləri salınıbmı?

– Əlbəttə ki, var. Özbəkistanın istənilən kitab dükanlarına getsəniz, bunu görə bilərsiniz.

– Bakını bu dəfə necə gördünüz?

– Bizim hər zaman dediyimiz bir söz var – vətəndən vətənə gəlirik. Yəni, biz bura başqa ölkəyə getmiş kimi deyil, öz vətənimizə gəlmiş kimi hiss edirik, insanları da sanki öz qohumlarımızdır. Yəni, Azərbaycanda heç bir qəriblik duymuram”.

Xalidə Gəray
Məğrur Mərd
Elçin Əkbərov
Musavat.com

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031