Ağdərədə azərbaycanlının maşını ilə erməni taksisi toqquşdu
Ağdərə ərazisində azərbaycanlı sürücünün idarə etdiyi yük avtomobili ilə sükanı arxasında erməninin olduğu taksi toqquşub.
Modern.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Məlumata görə, hadisə nəticəsində taksi kimi fəaliyyət göstərən avtomobil dərəyə yuvarlanıb. Bildirilir ki, qəza baş verən ərazidə yol dardır. Hadisə zamanı xəsarət alan olmayıb.