Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

ZƏNGƏZUR QIRĞINLARI

Erməni-daşnak quldur dəstələrinin 1918-ci ildən 1920-ci ilin aprelinə qədər Zəngəzurda azərbaycanlılara qarşı törətdiyi soyqırımları.

 

Bu müddət ərzində erməni quldur dəstələrinin həmin qəzanın müsəlman əhalisinə qarşı zorakılıq aktları hərdən səngisə də, zaman-zaman daha qəddarlıqlarla təkrar olunmuşdur. Dağlıq bölgədə yerləşən bu qəzanın əlaqələri Şuşa qəzası ilə tamamilə, Cəbrayıl qəzası ilə isə qismən kəsilmişdi. Azərbaycan kəndləri erməni kəndlərinin arasında qaldığından, bir-birləri ilə yalnız həmin kəndlər vasitəsilə əlaqə saxlaya bilirdilər. Qəzanın müsəlman əhalisinin vəziyyəti Azərbaycanın başqa əyalətlərinə nisbətən bir də ona görə ağır idi ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada Andronikin mütəşəkkil erməni əsgər və zabitlərindən ibarət nizami qoşunları da var idi. Nizami qoşunu və erməni quldur dəstələrini ətrafında cəmləşdirmiş Andronik Ermənistan Respublikası hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxulub, müsəlman əhalidən ya Ermənistan hökumətinə tabe olmağı, ya da guya “Ermənistan Respublikasına daxil olan” bu qəzanın ərazisindən çıxmağı tələb edirdi. Qəzanın, demək olar ki, xarici aləmdən təcrid olunmuş və çox zəif silahlanmış müsəlman əhalisi Andronikin bu tələblərini rədd etdikdə ermənilər həmin əhaliyə qarşı görünməmiş vəhşiliklər törətmiş, kütləvi soyqırımları həyata keçirmişdilər.

 

Fövqəladə təhqiqat komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdıldığı göstərilir. Həmin kəndlərdə 3257 kişi, 2776 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı.

 

Şahidlərin ifadələri əsasında tərtib olunmuş məruzədə ermənilərin törətdikləri cinayətlər haqqında ətraflı məlumat verilmişdir. Vaqudi kəndində erməni vandalları 400-dən yuxarı azərbaycanlı əhalinin sığınacaq tapdığı məscidə əvvəlcə əl qumbaraları atmış, sonra isə ona od vuraraq, adamlarla birlikdə yandırmışdılar.

 

Qaniçən quldurlar həmin kənddən qaçıb, canını qurtarmaq istəyən uşaq və qadınların başlarını qılınc və xəncərlərlə üzmüş, İmişli kəndini qətl-qarət edərkən südəmər uşaqları süngülərə taxaraq göyə qaldırmış, öldürülənlərin meyitlərini tikə-tikə doğramışlar.

 

Göstərilənlər ermənilərin törətdikləri vəhşiliklərin cüzi bir hissəsi idi. Şahidlərin dediyinə görə, bütün bu cinayətlər bilavasitə Andronikin başçılığı ilə həyata keçirilmişdir.

 

Zəngəzurun müsəlman əhalisinə qarşı erməni basqınları, vəhşilikləri 1919-cu ilin dekabrından etibarən yenidən şiddətləndi. Müsəlmanlar yaşayan Oxçu, Şabadan, Atqız, Pordavdan kəndlərinə qarşı geniş hərbi əməliyyatlar başlandı. Özü də bu vaxt əməliyyatlarda artıq erməni Ararat Respublikasının rəsmi nizami ordusu da iştirak edirdi. Lakin Ararat Respublikası hökuməti riyakarcasına bu işlərlə heç bir əlaqəsinin olmadığını, bu vəhşiliklərin guya ancaq Andronikin dəstəsi və başqa erməni quldur dəstələri tərəfındən törədildiyini bildirirdi.

 

Andronikin “döyüşçüləri”nin vəhşilikləri misli görünməmiş həddə çatmışdı. Şahidlərin söylədiklərinə görə, Vaqudi kəndində 15 gözəl qız erməni yaraqlılarına paylanmışdı. Onlar mənəvi və fıziki işgəncələrdən ölmüşdülər. Həmin kənddə ermənilər qadımları öldürməzdən əvvəl zorlayır və döşlərini kəsirdilər. Meyitlər o qədər eybəcərləşdirilmişdi ki, onları tanımaq mümkün olmurdu.

 

Quldur dəstələri bütün müdafiəsiz müsəlman kəndlərini talan etdikdən sonra hər yeri və hər şeyi oda qalayırdılar. Kəndlərdən hansısa biri müdafıə olunmağa cəhd göstərdikdə mühasirəyə alınır və yerlə yeksan edilirdi.

 

Bu hadisələrin iştirakçısı olan A.Lalayan yazırdı: “Türk qadınlarının və uşaqlarının, qocaların və yeniyetmələrin məhv edilməsində daşnak dəstələri… maksimum “şücaət” göstərdilər. Daşnak dəstələrinin ələ keçirdiyi kəndlər canlı insanlardan “azad olunur” və eybəcərləşdirilmiş meyitlərlə dolu xarabazarlığa çevrilirdi”.

 

Erməni millətçilərinin Zəngəzurdakı dəhşətli cinayətləri və onlara layiqli cavab verilməməsi azərbaycanlı əhali arasında ümidsizlik doğururdu. 1920-ci il yanvarın 23-də Cəbrayıldan müəllim Hüseyn Axundzadə və başqaları tərəfındən Azərbaycan Cümhuriyyəti Parlamenti və Hökuməti adına göndərilən teleqramda deyilirdi: “Ikinci dəfə olaraq, teleqraf edirik. Zəngəzur müsəlmanları sarıdan başınız sağ olsun. Zəngəzurlular nə qədər ağladılarsa da, nalələri Zəngəzur dağları, dərələri və obaları arasından bir tərəfə çıxmadı… Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş, onların namuslarına təcavuz edilmişdir. Zəngəzurda düşmən müqabilində bir az kişi qalıb. Lakin onlar da ümidsiz vəziyyətdədirlər. Heç bir tərəfdən kömək gəlməmişdir. Ermənilərin nizami orduları on min nəfərə çatmışdır və qüvvələri hər an artmaqdadır “.

 

Həmin gün Cəlil Sultanovdan da Azərbaycan Parlamentinə və Hökumətinə aşağıdakı məzmunda teleqram daxil olmuşdu: “Indicə aldığım məlumata görə, yanvarın 19-da erməni nizami ordusu 10 top və çoxlu pulemyotlarla Xocahan və Qaladərəsi arasındakı bir sıra tatar (Azərbaycan) kəndlərinə hücum etmişlər. Dünənə qədər 15 kənd məhv edilmişdir“.

 

C.Sultanov əməliyyat yerindən Parlamentə göndərdiyi üçüncü teleqramda yazırdı: “Bu gün axşam vaxtı qəza rəisi ilə birlikdə Cəbrayıla gəldim. Açıq səma altında Zəngəzurdan təzəcə gəlmiş on minlərlə lüt, ac qadın və uşaq qaçqınları gördüm. Zəngəzur qəzası Irəvandan on top və pulemyotlarla gəlmiş nizami ordıı tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır… Aldığımız məlumata görə, sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşmək, nəticədə, Naxçıvanla əlaqəni tamamilə kəsmək, beləliklə də, həm Qarabağ, həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Qarabağın dağlıq hissələrinin erməniləri sürətlə üsyana hazırlaşırlar”.

 

Yanvarın 24-də C.Sultanovun Cəbrayıldan göndərdiyi son teleqramda deyilirdi: “Bütün teleqramlarıma əlavə olaraq, hərbi əməliyyat yerindən məlum edirəm ki, Zəngəzur sarıdan başınız sağ olsun. Ermənilər öz qüvvələrini Cəbrayıl qəzasının sərhədində cəmləşdirirlər. Qarabağı xilas etmək lazımdır. Erməni xəyanəti və hiyləgərliyi qurbanlarının sayı hesaba gəlməzdir”.

 

Aprel işğalından (1920) sonra sovet Rusiyasının Zəngəzur məsələsi ilə bağlı yeritdiyi siyasət Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra köklü şəkildə dəyişdi. Belə ki, 1920-ci il aprelin sonunda 11-ci Qırmızı ordunun siyasi rəhbərliyi və Azərbaycan İnqilab Komitəsi sədrinin müavini M.D.Hüseynovun Ermənistan daşnak hökumətinə notasında Qarabağı və Zəngəzuru erməni qoşunlarından təmizləmək tələb olunurdusa, artıq həmin ilin dekabrında Azərbaycan Zəngəzuru Ermənistana “bağışlamağa” məcbur edildi. Bu, sovet Rusiyasının bölgədə yeritdiyi yeni müstəmləkəçilik siyasətinin təzahürü idi. Məkrli planlarını onilliklərlə irəlicədən hesablayan ermənilər daim azərbaycanlıları bu bölgədən sıxışdırmış, nəhayət, ötən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyindəki himayədarlarının köməyi ilə onları əzəli Azərbaycan torpağı Zəngəzurdan son nəfərinə kimi çıxarmışlar.

 

 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, II cild, Bakı, 2005, s.461-462

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031