Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Xüsusi təyinatlımız Cəbrayıl döyüşləri ilə bağlı SİRLƏRİ AÇDI: Bərxudarov kövrələrək məni qucaqlayıb dedi ki…

Bu gün – oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından təmizlənməsindən 1 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olundu. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancıldı. Düşmən əsirliyində qalan doğma torpağımız 27 ildən sonra Vətən oğullarını salamladı. Rəşadətli ordumuzun ayaq səsləri Cəbrayıla nəfəs verdi.

27 illik işğaldan sonra Cəbrayıla nəfəs verən oğullardan biri ilə həmsöhbət olmuşuq.

Qəhrəmanımız Cəbrayılın azad olunmasına qədər keçdikləri bütün mərhələlərdən danışıb, şəhərin necə azad edildiyindən bəhs edib.

Cəbrayılın azad olunması xüsusi təyinatlı kəşfiyyatçı, kiçik gizir Asim Əliyevin dili ilə

Publika.az-a danışan kəşfiyyat baş idarəsinin xüsusi təyinatlılarında qrup komandiri kimi döyüşlərdə iştirak edən Asim Əliyev döyüşlərin ilk günündən Cəbrayılın azad olunmasına qədər düşmənə ağır zərbələr endirib, şəhərin azad olunmasında iştirak edib, qəhrəmanlıq göstərib. Xüsusi təyinatlı kəşfiyyatçımızın döyüş yolu Cəbrayıldan sonra da davam edib. O, Hadrutun və Qubadlının azad olunmasında yaxından iştirak edib, bir neçə dəfə yaralanıb, ancaq sağalaraq yenidən Şuşaya qədər davam edib.

Üç istiqamətdən Cəbrayıla hücum

“Əvvəl qrup komandirinin müavini idim, birinci qrupda idim, 27-si qrup komandirimiz Kənd Horadizdə düşmənin xüsusi təyinatlıları ilə döyüş zamanı yaralandı. Sonra isə 27-dən Qubadlının alınması gününə qədər mən qrup komandiri olaraq iştirak etdim. Döyüşlər Araz qırağından Lələtəpə yüksəkliyi, Vilayət postu və Yastı təpə yüksəkliyi istiqamətində başladı. Əslində cəbhəboyu hücumlar var idi. Əsas düşməni aldatmaq üçün manevrlər edirdik, gücü başqa yerdə göstərib başqa yerdən hücum etmək lazım idi. Ona görə də əsas qeyd etdiyim 3 istiqamətdən hücuma başladıq. Bu, Cəbrayıl şəhərinin azad olunması üçün başladılan əməliyyat idi. Sentyabrın 27-də Yastı təpə istiqamətindən hücuma keçdik. Mən kəşfiyyat baş idarəsinin xüsusi təyinatlılarında qrup komandiri kimi döyüşlərdə iştirak edirdim. Kənd Horadizi aldıq, oradan Nüzgar kəndinə sola doğru hərəkət elədik, soldan fırlanıb Quycaq kəndinə, daha sonra isə Şeybey kəndi və bu istiqamətdə də Cəbrayıl şəhərinə doğru irəlilədik. Qeyd etdiyim kəndlər ilk gün adı açıqlanan azad olunan kəndlər idi. Onları biz azad etdik. Həmin gün Kənd Horadiz, Füzulinin bir neçə kəndi, Cəbrayılın Çaxırlı, Quycaq, Şeybey kəndləri azad olundu.

Düşmənin müdafiə xətlərinin yarılması

A.Əliyev bildirir ki, düşmənin əsas birinci müdafiə xətti Böyük Cocuq Mərcanlı, Kənd Horadiz istiqamətində yerləşirdi. Onların Cəbrayıla getmələrində də əsas mane məhz bunlar olub: “Biz ön xətti yarandan sonra ikinci müdafiə xətti qurulmuşdu, bundan əlavə, Quycaq kəndi istiqamətində düşmənin daha böyük – üçüncü müdafiə zolağı var idi. Onları yarandan sonra tam sərbəst və sürətli şəkildə Cəbrayıl şəhərinə doğru irəliləyə bildik. Biz oktyabrın 2-dən 3-nə keçən gecə Quycaq kəndini keçib, Cəbrayıla doğru hərəkət edirdik. Əsas gecə hərəkət edib mövqelənirdik. Düşmənlə bizim qoşunların təmas vaxtını bilirdik. Məsələn, bizim piyada qoşunlarımız səhər 07:30-da hücuma keçəcək, həmin vaxt biz arxadan manevr edib düşməni məhv edəndən sonra qoşunlarımızın qarşısı açılırdı və sürətlə irəliləyə bilirdilər. Cəbrayıla doğru 3 xüsusi təyinatlı kəşfiyyat qrupu, 6 kəşfiyyat-diversiya qrupu var idi. Qruplarda 12 nəfər olurdu. Yaralılar da var idi, buna görə də say 12-dən aşağı ola bilərdi”.

Düşmənə sarsıdıcı zərbə

Asim və döyüş yoldaşları Kənd Horadizdə düşmənin bir piyada qoşunlarını məhv edirlər, daha sonra isə xüsusi təyinatlı 3 erməni qrupunu darmadağın edirlər:

“Quycaq kəndində düşmənin üçüncü müdafiə zolağı var idi, orada müqavimət göstərirdilər. Əsas çətinliyimiz ac və susuz olmağımız, 6 gün hərəkətdə olmağımız, Nüzgar kəndində mühasirədən çıxmağımız idi ki, bu da bizi çox yormuşdu. Buna görə də onların bizə yüngül müqaviməti də ağır gəlirdi. Ancaq Cəbrayıl şəhərinə yaxınlaşdıqca düşmən qaçırdı”.

Cəbrayıla gedən yolda mühasirə

Asim Əliyevin qrupu və digərləri Cəbrayıla doğru irəliləyərkən Nüzgar kəndi istiqamətində dörd tərəfdən mühasirəyə düşürlır, orada 17 şəhid verirlər: “Mühasirədə olduğumuz zaman artilleriya qoşunlarını çağırırdıq. Artilleriya qoşunları yerdəyişmə edirdi və ehtiyat mövqeyə keçirdilər. Biz artilleriyanın yerdəyişmə etdiyi bir zamanda mühasirəyə düşdük. Hər tərəfdən mərmilər üstümüzə yağış kimi yağırdı. Biz artilleriyanı çağıranda hərbi hava qüvvələrinin pilotu kapitan Səfərov 2-ci qrupun komandiri ilə əlaqəyə çıxdı və ona bildirdik ki, bizə iki istiqamətdən kömək lazımdır. Kapitan isə bir istiqamətdən kömək edə biləcəyini dedi və Nüzgar kəndi istiqamətindən atdı, düşmən qüvvələrini həmin istiqamətdə məhv etdi. Sonra isə oranı yarıb Quycaq kəndinə çıxdıq”.

Azərbaycan əsgərinin ayağı Cəbrayıldadır

A.Əliyev şəhərə daxil olmalarını bu cür xatırlayır: “Şəhərə sol tərəfdən xüsusi təyinatlı qüvvələrimiz yaxınlaşdı. Biz xüsusi təyinatlı kəşfiyyatçılar Gənclər bulağı ərazisindən Cəbrayıla yaxınlaşdıq. Düşmən artıq hər şeylərini atıb qaçmışdı. Şəhərdə hərbi hissənin içərisində bir növbətçi və bir qadın qalmışdı. Biz qadını əsir götürdük, sonra isə o, təhvil verildi. Cəbrayılın mərkəzi dairəsində sol tərəfə onların yerləşdiyi kiçik hərbi şəhərcik var idi, ermənilər oranı tərk edib qaçmışdılar. Stolun üstündə yeməkləri isti idi. Avtomobillərini də atıb getmişdilər. Ermənilər Əlipaşa yüksəkliyinə çəkilmişdi və oradan bizə artilleriya ilə ara-sıra müqavimət göstərirdilər. Elə də güclü müqavimət yox idi. Şok atəşindən sonra sürətli hücumla qarşılaşmışdılar. Müharibənin ilk həftəsində bir rayonu azad etməyi hər ordu bacarmaz, bunu Azərbaycan ordusu etdi”.

Ermənilərin hiyləsi, Azərbaycan əsgərinin qüdrəti

“Biz Cəbrayıla ilk Füzuli istiqamətindən, arxadan girmişik. Onlar Qubadlıya yaxınlaşanda müqavimət göstərdilər. Biz Cəbrayıla girəndə Kənd Horadizdə bir briqada qoşun buraxmışdılar ki, bizim arxamızı bağlasınlar. Biz o zaman şəhəri azad etmişdik. Amma həmin qoşunların hamısını bizim hərbi hava qüvvələrinin iki helikopteri, tank əleyhinə raket bölmələri məhv etdi. Cəbrayıldan Quycaq və Şeybey kəndləri istiqamətində gələn yolda onların xüsusi təyinatlılarının maşını hərəkətdə olan zaman “Bayraqdar” 12-13 maşın dolu erməniləri məhv etmişdi. Buna görə də əliyalın qaçmaqdan başqa seçimləri qalmamışdı. Şəhər azad olunandan sonra bizim qruplardan biri Əlipaşa yüksəkliyini ələ keçirməyə çalışırdı”.

Asim Əliyev 2016-cı ildə Lələtəpə yüksəkliyinə bayraq sancaq igidimizdir: “Müharibədə bayrağı asmaq üçün bayraqdar təyin edilirdi. 2016-cı ildə Lələtəpə yüksəkliyi azad olunanda mən bayrağı asdım. O zaman əsgərlərimiz üzərlərində bayraq gəzdirmirdi. Türkiyədən yeni gəlmişdim, üzərimdə bayraq var idi. O zaman çıxarıb bayrağı Lələtəpəyə sancdım”.

Cəbrayıldan sonrakı plan

Asim və döyüşçü yoldaşlarına Cəbrayıl şəhərini azad edəndən sonra Hadrut və Qubadlı istiqmətində hərəkət etmək tapşırığı verilir. O, Hadrutun və Qubadlının alınmasında iştirak edir. Müharibənin ilk günündə sol budundan güllə yarası alır. Cəbrayılda sol diz oynağından, Qubadlıda da sol diz oynağından, sol dirsəyindən və qarın nahiyəsindən qəlpə yarası alıb. Ancaq dayanmayıb, yaralı halda döyüşə davam edib. Müsahibim tapşırığı sona çatdırmadan öldü var, döndü yoxdur deyir.

Bərxudarovun tapşırığı

Ancaq 2-ci Ordu Korpusunun komandiri, general-mayor Mayis Bərxudarov onu yaralı halda görərək geri qayıtmasını tapşırır. Asim isə döyüşəcəyini deyir:

“Mən iki il general-mayor Mayis Bərxudarovun cangüdəni olmuşam. Əvvəl məni tanımırdı, sonra məni gördü. Əlipaşa yüksəkliyini götürəndən sonra mən yolun istiqamətini müəyyənləşdirirdim ki, istehkamçılar ora yol çəksin. Məni gördü, yeriyə bilmirdim, axsayırdım. Dedi nə olub. Kəşfiyyat rəisi dedi ki, yaralanıb. Məni qucaqladı və kövrəldi, dedi ki, get. Amma mən qayıtmadım. Dedi niyə getmirsən, dedim siz də yaralanmısınız, amma getmirsiniz. Dedi ki, mən Laçında müəllimimə – Əliyar Əliyevə söz vermişəm. Dedim ki, mən də söz vermişəm. Soruşdu ki, kimə. Dedim ki, sizə söz vermişəm, Lələtəpədə bayrağı mənə verəndə dediniz ki, Laçında, Şuşada dalğalandırasan. İndi istiqamətimiz Laçındır. Bundan sonra dedi ki, yarana baxacam. Gördü ki, yaram çirk edib, göndərdi, yenə getmədim.

Son döyüşüm Qubadlı şəhərində oldu. Oranın da azad olunmasında iştirak etdim. Döyüş tapşırığımı tam qurtardı. Məni hospitala göndərdilər, iki saatdan bir ağrıkəsici vurulurdu, dayana bilmirdim. 1 həftə orda qaldım, sonra geri qayıtdım. Sonra Şuşa istiqamətinə getdim. Kəşfiyyat dəstəsinin irəliləməsinə və mühafizə olunmasına yardım edirdim. Sonra Şuşa istiqamətində getdim, 3 gün sonra qələbə oldu. Yenidən hospitala təxliyə olundum. Müharibə artıq bitmişdi”.

Asim Əliyev iki dəfə “İgidliyə görə”, , “Azərbaycan bayrağı” və “Rəşadət” ordenləri ilə, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “ Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Akqabay Mıradov

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031