Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

““Smerç” düşmüşdü buraya?”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin "Smerç" raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun əvəzinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub. Prezidentlə icra başçısı və sakinin dialoqunu təqdim edirik:

Sakinləri salamlayan Prezident İlham Əliyev: Əvvəlki ev haradadır?

İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov: Əvvəlki ev buradadır. Oktyabrın 26-da şəhərin mərkəzinə atılan üç “Smerç” raketindən biri buraya düşmüşdü.

Prezident İlham Əliyev: “Smerç” düşmüşdü buraya?

Müstəqim Məmmədov: Bəli, “Smerç” düşmüşdü, yan-yana olan bu iki evi dağıtmışdı. Biri də oradadır.

Prezident İlham Əliyev: Əvvəlki ev budur?

Müstəqim Məmmədov: Bəli.

Prezident İlham Əliyev: Burada yaşayıblar?

Müstəqim Məmmədov: Bəli. Kəlbəcər rayonunun Susuzluq kəndindən.

Prezident İlham Əliyev: Buraya mərmi düşəndə harada idiniz?

Sakin: Təxminən 15-20 dəqiqə əvvəl sığınacağa getmişdik.

Prezident İlham Əliyev: Ümumi 30 mindən çox mərmi düşüb, 16 mini Tərtərə.

Müstəqim Məmmədov: Bəli.

Prezident İlham Əliyev: İndi bərpa işləri necə gedir?

Müstəqim Məmmədov: Cənab Prezident, demək olar ki, 62 ev dağılmışdı. Onların 36-sı tamamilə hazırdır, təhvil verilib, 26-da isə son tamamlama işləri yaxın günlərdə başa çatacaq.

Prezident İlham Əliyev: Məndəki arayışda göstərilir ki, Tərtərdə bərpa olunan yaşayış fondunun 84 faizi artıq təmin edilib.

Müstəqim Məmmədov: Bəli, tamamilə təmin olunub.

Prezident İlham Əliyev: Yəni, bir il ərzində 84 faizi.

Müstəqim Məmmədov: 82 yaşayış binasının hamısı dam örtüyü ilə təmin olunub.

Prezident İlham Əliyev: Məktəblər necə? Burada 17 məktəb dağılıb.

Müstəqim Məmmədov: Bəli, 17 məktəb təmir olunub. Sizin Sərəncamınızla modul tipli bir məktəb tikilir, hazırdır. 5 saylı şəhər məktəbinin isə artıq layihə-smeta sənədləri hazırlanıb, yaxın günlərdə inşasına başlayacağıq.

Prezident İlham Əliyev: Sonra sahibkarlıq obyektləri?

Müstəqim Məmmədov: 184 sahibkarlıq obyekti dağılmışdı, onların da artıq hamısı təmir olunub. 301 qeyri-yaşayış sahəsi dağıdılmışdı. Möhtərəm Prezident, əmlakına dəyən ziyana görə Sizin Sərəncamınızla bütün insanlara 6 milyon 202 min manat kompensasiya ödənilib, 545 baş heyvan üçün kompensasiya ödənilib. Ümumilikdə 6 milyon 794 min 200 manat verilib. Hətta əkin sahələrinə ziyan dəyənlərə də ödənilib. Yəni, əkin sahələrində səngər qazılanlara, mərmi düşməsi nəticəsində dağılanlara. Yəni, insanların bütün təbəqələrinin hamısına kompensasiyalar ödənilib.

Prezident İlham Əliyev: Nə ilə dolanırsınız, nədir işiniz?

Sakin: Dolanışığımız tingçiliklədir.

Müstəqim Məmmədov: Tingçilik, heyvandarlıq.

Prezident İlham Əliyev: Heyvandarlıq? Mal-qara saxlayırsınız?

Sakin: Bəli. Ürəyimiz elə Kəlbəcəri deyir, cənab Ali Baş Komandan.

Prezident İlham Əliyev: Kəlbəcər kimi gözəl yer bəlkə də dünyada yoxdur.

Sakin: Bəli.

Prezident İlham Əliyev: Gəlin, burada şəkil çəkdirək.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Oktyabr 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031