Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rövşən Rzayev BMT-nin rezident-əlaqələndiricisini azad olunmuş ərazilərə səfərə dəvət edib

Sentyabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, rezident əlaqələndirici xanım Vladanka Andreyeva ilə görüşüb.

 

Vladanka Andreyevanı ölkəmizdə yeni və vacib vəzifədə fəaliyyətə başlaması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona işlərində uğurlar arzulayıb.

 

Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Məcburi köçkünlərin təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür. Həmçinin qeyd edilib ki, Ermənistanla Azərbaycan arasındakı keçmiş münaqişənin ilk illərində ümummilli lider Heydər Əliyevin müraciəti əsasında beynəlxalq təşkilatların, eləcə də BMT təsisatlarının yardımı nəticəsində ölkəmizdə humanitar fəlakətin qarşısı alınıb.

 

Ölkəmizlə BMT və onun qurumları arasındakı uzun illərə söykənən münasibətlərin uğurlu nəticələrindən danışılarkən birgə əməkdaşlıq sahəsində bundan sonra da səmərəli iş aparılacağına inam ifadə olunub. Bildirilib ki, ötən ilin payızında Ermənistanın işğalına son qoymaqla Azərbaycan həm də BMT-nin məlum qətnamələrini icra edib. Müharibənin başa çatmasından sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən də ətraflı bəhs olunub. Məcburi köçkünlərin könüllü və təhlükəsiz şəraitdə, ləyaqətlə doğma yurda qayıdışını təmin etmək məqsədi ilə həmin ərazilərin minalardan və partlayıcı qalıqlardan təmizlənməsinin vacibliyi qeyd olunub. Diqqətə çatdırılıb ki, Ermənistanın minalanmış ərazilərin müfəssəl xəritəsini verməkdən imtina etməsi prosesin uzanmasına və insan itkilərinə səbəb olur. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur qurulacaq, məcburi köçkünlər üçün müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda olduğundan da gözəl qəsəbələr salınacaq. Qayıdış prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq, BMT təsisatları ilə birgə fəaliyyət mühüm əhəmiyyət kəsb edir.

 

BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva səmimi qəbula görə təşəkkürünü bildirib. Qeyd edilib ki, BMT təsisatlarının Dövlət Komitəsi ilə əməkdaşlığı 20 ildən çoxdur davam edir: “İnanırıq ki, əməkdaşlıq bundan sonra da yüksək səviyyədə davam edəcək. İlk təcrübə kimi Kosovada məcburi köçkünlərə işləmişəm. Buna görə də məcburi köçkün problemləri mənə çox tanışdır. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə görülən işlər insanı valeh edir”.

 

Vladanka Andreyeva həmçinin bildirib ki, mina xəritələri ilə bağlı məsələlər barədə məlumatlıdır və məsələ BMT Təhlükəsizlik Şurası səviyyəsində qaldırılıb.

 

Sonda repatriasiya və reinteqrasiya məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Dövlət Komitəsinin sədri Vladanka Andreyevanı bərpa-quruculuq işləri ilə tanış olmaq üçün işğaldan azad edilmiş ərazilərə səfərə dəvət edib.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930