Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rəhman Hacıyev QHT nümayəndələri ilə görüşüb

Qarabağ Dirçəliş Fondu (QDF) Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT nümayəndələri ilə işğaldan azad edilən ərazilərdə sosial-iqtisadi və bərpa-quruculuq işlərinə həsr olunan fikir mübadiləsi görüşü keçirib.

 

Tədbirdə Milli Məclisin deputatı, QDF-in Müşahidə Şurasının üzvü Tural Gəncəliyev, QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, Prezident Administrasiyasının QHT-lərlə iş və Kommunikasiya şöbəsinin məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova və QHT-lərin digər nümayəndələri iştirak ediblər.

 

QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonra qarşıda duran mühüm missiyalardan danışıb. O, tədbir iştirakçılarına Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri, hazırki fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

 

Qələbənin ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratdığını deyən sədr, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində aparılacaq işlərə dəstək göstərmək məqsədilə QDF-ə edilən ianələrin həmrəyliyin birmənalı təzahürü olduğunu qeyd edib. Rəhman Hacıyev Qarabağda bərpa işlərinin daha sürətli aparılması üçün hər kəsi bu prosesdə aktiv iştirak etməyə dəvət edib.

 

Görüşdə daha sonra Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Milli Məclisin Deputatı, QDF-in Müşahidə Şurasının üzvü Tural Gəncəliyev, Fondun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Aybəniz İsmayılova, "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov, Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova çıxış edib.

 

Çıxışlar zamanı Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilmiş şəkildə geniş ictimaiyyətə çatdırılmasının, Qarabağın bərpası prosesinə daha çox insanın cəlb edilməsinin, Qarabağın dirçəlişi uğrunda həmrəyliyin və ianəçiliyin təbliğinin əhəmiyyətindən danışılıb.

 

Tədbir iştirakçıları müzakirələr zamanı işğaldan azad edilən ərazilərimizdə tezliklə yenidən məskunlaşma, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası, ümumi iqtisadi fəallığın təmin edilməsi, işğaldan azad edilən ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpası kimi məsələlərə xüsusi diqqət ayırıb.

 

Çıxışlardan sonra Fondun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədovanın moderatorluğu ilə sual-cavab sessiyası keçirilib. Rəhman Hacıyev iştirakçıların səsləndirdiyi çoxsaylı sual və təklifləri cavablandırıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930