Paşinyan 7 milyon dollara izləmə sistemi alıb

Ətraflı

Rusiya sülhməramlıları Qarabağ üzərində “Terminator” qaldırdılar

Ətraflı

“İrandan Ermənistana yük daşımaları heç vaxt dayanmayacaq” – KRİTİK AÇIQLAMA

Ətraflı

Terrorçu qruplar yaratmalıyıq – Ayvazyan

Ətraflı

Azad edilmiş bölgələrdəki əmlak – ARAŞDIRMA

Ötən ay Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Fərman imzalayıb.

 

Fərmanda Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində aparılmış inventarlaşdırmanın nəticələri əsasında işğaldan azad olunmuş ərazilərdə tikililərin mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər barədə məlumatların uçotunun aparılması, habelə tikililərin sökülməsi sahəsində dövlət orqanlarının (qurumlarının) çevik əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrini yaratsın.

 

Fərmana əsasən, reyestrin tərtibini və aparılmasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək.

 

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə əmlakın, eyni zamanda digər inventarların reyesteri aparılır:

 

“Bununla bağlı xüsusi göstəriş var. Bir tərəfdən, işğaldan əvvəlki dövrlərdə olan məlumatlara əsaslanaraq, yeraltı faydalı qazıntıların həcmi müəyyənləşir. Digər tərəfdən isə, invertarların həm dəyərinin hesablanması, həm reyesterinin aparılması prosesi həyata keçirilir. Məqsəd ondan ibarətdir ki, həmin ərazilərdə olan əmlakın həm reyester qiymətini müəyyənləşdirmək mümkün olsun, eyni zamanda rereyster qiymətinə uyğun olaraq da onların qeydiyyatı aparılsın. Məqsəd ondan ibarətdir ki, istər daşınar, istər daşınmaz əmlakın qeydiyyatı olsun və buna uyğun  olaraq da növbəti mərhələdə, xüsusilə də infrastrukturun formalaşması mərhələsində uyğun qərarların qəbul olunması həyata keçirilsin”.

 

 

Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin məlumatlarına görə, işğaldan azad olunmuş ərazilərdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın ilkin inventarlaşdırılması işinin təşkili məqsədilə Gəncədə və Füzuli rayonunun Horadiz qəsəbəsində yerli qərargahlar, o cümlədən inventarlaşdırma nəticəsində əldə ediləcək məlumatların kameral qaydada işlənilməsi üçün Bakı şəhərində mərkəzi qərargah yaradılıb.

 

İndiyədək işğaldan azad edilmiş rayonlardan 8-i üzrə ümumilikdə 8618 əmlakın (6911 daşınmaz əmlak və 1707 infrastruktur obyekti) çöl inventarlaşma işləri tamamlanıb, həmçinin infrastruktur obyektləri üzrə 299 km avtomobil yolunun, 115 km elektrik verilişi xəttinin, 35,8 km qaz təchizatı xəttinin, 3 km su təchizatı xəttinin, 31,3 km suvarma şəbəkəsinin və 171.653 ha torpaq sahəsinin inventarlaşdırılması işləri başa çatdırılıb.

 

8 rayon üzrə 102 yaşayış məntəqəsində işlər yekunlaşıb, 11 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir, 273 yaşayış məntəqəsinin isə tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib. 

 

P.S. Əminik ki, bu istiqamətlərdə işlərin sürətli aparılması bəzi neqativlərin qarşısının vaxtında alınmasına da mühüm rol oynayacaq.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 23.09.2021, 12:15

İƏT Daimi İnsan Hüquqları Komissiyası ermənilərin törətdiyi hüquq pozuntuları ilə bağlı hesabat hazırlayacaq

• 23.09.2021, 11:59

Beynəlxalq faktaraşdırıcı missiyanın üzvləri Azərbaycanda səfərdədir

• 22.09.2021, 16:04

İşçi Qrupunun Şuşa ilə bağlı növbəti iclası

• 22.09.2021, 16:01

Ermənilərə verilən qədim yurdumuz – Xəritə

• 22.09.2021, 15:22

Soçi görüşü öncəsi Putinlə Ərdoğan arasında GƏRGİNLİK

• 22.09.2021, 15:01

Paşinyan 7 milyon dollara izləmə sistemi alıb

• 21.09.2021, 16:41

Paşinyana etiraz edən hərbçi valideynləri zorla qovuldu

• 21.09.2021, 16:27

Rusiya sülhməramlıları Qarabağ üzərində “Terminator” qaldırdılar

• 21.09.2021, 16:01

Əzəli torpaqlarımıza qayıdışımız günbəgün yaxınlaşır – PA rəsmisi

• 21.09.2021, 15:59

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

• 21.09.2021, 9:48

Ombudsman beynəlxalq təşkilatlara Ermənistanla bağlı müraciət edib

• 20.09.2021, 16:05

Ermənistan Türkiyə ilə yüksək səviyyədə danışıqlara başlamağa hazırdır – Paşinyanın mətbuat katibi

• 20.09.2021, 10:15

Ceyhun Bayramov ABŞ-a yola düşüb

• 17.09.2021, 16:21

Qarabağda erməni hərbçi yaralandı

• 17.09.2021, 16:12

“Qarabağ” Avropada ən yaxşılar sırasında

• 17.09.2021, 16:10

“Qarabağ”da şok itki

• 17.09.2021, 16:08

“Qarabağ” mövqeyini qorudu

• 17.09.2021, 16:04

Ermənistan Azərbaycanla Moskvada gizli sülh danışıqları aparır?

• 17.09.2021, 16:02

“İrandan Ermənistana yük daşımaları heç vaxt dayanmayacaq” – KRİTİK AÇIQLAMA

• 17.09.2021, 16:00

Ermənistan ordusunda yeni təyinat olub

• 17.09.2021, 14:58

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”na namizəddir

• 17.09.2021, 9:48

Azərbaycan Ermənistanı məsuliyyətə cəlb etmək üçün beynəlxalq məhkəməyə müraciət edəcək – XİN

• 16.09.2021, 18:37

İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri MÜZAKİRƏ OLUNDU

• 16.09.2021, 18:34

Gorus-Qafan yoluna alternativ çəkiləcək – 1 milyard dollar ayrıldı

• 16.09.2021, 18:23

Füzulidə daha bir erməni hərbçisinin meyiti tapıldı

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
« Avq    
 12345
6789101112
13141516171819
20212223242526
27282930