Paşinyan 7 milyon dollara izləmə sistemi alıb

Ətraflı

Rusiya sülhməramlıları Qarabağ üzərində “Terminator” qaldırdılar

Ətraflı

“İrandan Ermənistana yük daşımaları heç vaxt dayanmayacaq” – KRİTİK AÇIQLAMA

Ətraflı

Terrorçu qruplar yaratmalıyıq – Ayvazyan

Ətraflı

Rüstəm Muradov getdi, yerinə o gəlir…

Ekspertlər Aleksey Avdeyevdən nə gözləyirlər?

General Rüstəm Muradov Qarabağda Rusiya sülhməramlıları qüvvələrinin komandanı missiyasını başa vurub. Doğrudur, Rüstəm Muradovun necə biri olmasını tam anlamaq üçün onun yerinə gələcək generalın fəaliyyətini izləmək və bir az gözləmək ehtiyacı var. Amma yenə də Azərbaycan cəmiyyətinin onun fəaliyyətini dəyərləndirmək haqqı var. Çünki rusiyalı general 10 aylıq müddətdə məhz Azərbaycan ərazisində fəaliyyət göstərib.

Bu arada general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb. Yayılan məlumata görə, görüşdə Muradovu kimin əvəz edəcəyi açıqlanmayıb, ancaq hələ may ayında Aleksey Avdeyevin rus sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə xəbərlər yayılmışdı. Dünən isə belə bir təyinatın artıq rəsmiləşdiyi barədə xəbər yayılıb.

Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, Rüstəm Muradov Rusiya müdafiə nazirinə tabe olan generaldır və Rusiya Müdafiə Nazirliyinin, nazirin təlimatları ilə hərəkət etməyə borcludur. Rüstəm Muradova Moskvadan necə fəaliyyət göstərmək barədə göstərişlər, təlimatlar gəlibsə, yəqin ki, buna da uyğun fəaliyyət göstərib: “Onun fəaliyyətində daha çox yadda qalan məqamlardan biri əsir və girovların mübadiləsində, geri qaytarılmasında iştirak etməsi oldu.

ASAN Radio auf Twitter: "Millət vəkili Aydın Hüseynov ASAN Radiounun qonağı  oldu Qonaq "Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları"  mövzusunda danışdı #ASANradio #100FM #ASANxidmət… https://t.co/R5ZBEQXXYb"

Aydın Hüseynov 

Azərbaycan cəmiyyətində Rusiyanın məlum sülhməramlı qüvvələrinin fəaliyyətinə birmənalı münasibət olmadığı kimi, həmin kontingentin komandiri general Rüstəm Muradovun da bu müddətdə nümayiş etdirdiyi fəaliyyətə, davranışlarına birmənalı münasibət yoxdur. İlk vaxtlarda Muradovun ermənilərlə çox isti münasibətlərinin olduğunu göstərən fotolar, xəbərlər yayılmışdı.

Rüstəm Muradovu əvəz edəcək general bu gün Xankəndiyə gələcək

Azərbaycandan buna etirazlar oldu. Bundan sonra generalın neytrallığını mümkün qədər qorumağa çalışdığı bir müddət müşahidə edildi. Şübhəsiz ki, sülhməramlıların komandiri özündən yuxarı instansiyaların Ermənistana və separatçı ermənilərə xoş münasibətinin olduğunu gördüyü və bildiyi üçün buna uyğun davranırdı. Amma sonradan, dediyim kimi, Azərbaycan cəmiyyətinin narazılığı öz təsirini müəyyən qədər göstərə bildi. Rüstəm Muradovu ermənipərəst adlandırmaq da istəməzdim. Onun yerinə təyin olunan şəxsin ermənipərəst olmamasını istəyirik”.

Akif Nağı Süleymaninin qətlini pislədi » Şəfəqə Doğru

Akif Nağı 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Rüstəm Muradov bir Rusiya generalıdır, öz dövlətinə  xidmət edir. Sülhməramlıların başında da rus siyasətinə, bizə yaramayan bir siyasətə xidmət etdi: “Rusiya tarixində ruslaşmış etniklər adətən daha çox rus şovinistərinə çevrilirlər. Putin onu komandan təyin etməklə Azərbaycanı və Türkiyəni müsəlman amili ilə razı salmağa çalışmışdı. Bu, müəyyən qədər özünü doğrultdu, amma obyektiv proseslər üçün elə bir əhəmiyyəti olmadı. Konkret göstəricilərə baxaq. Laçın dəhlizi  erməni terrorçuları üçün qapanmadı, sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində erməni silahlı dəstələri yaradıldı, fəaliyyət göstərdilər, erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasına dair 10 noyabr razılaşmasının şərtləri yerinə yetirilmədi, rus sülhməramlıları öz missiyalarından daha çox, erməniləri himayə funksiyasını yerinə yetirdi. Bu siyahını genişləndirmək də olardı. Amma aydın görünür ki, Muradovun komandanlığını müsbət dəyərləndirə bilmərik. Yuxarıda sadaladığımız hallara görə o, məsuliyyət daşıyır. Lakin hər ziyanda bir xeyir də var. Muradovun fəaliyyəti rus sülhməramlılarının həqiqi simasını göstərməklə onların regionu daha tez tərk etməsini zəruri etdi. Yeni gələndən də yaxşı bir şey gözləmirik. Bizim onlara heç bir ehtiyacımız yoxdur, çıxıb gedə bilərlər”.

Oxu.az - Elxan Şahinoğlu: “Ermənilərlə toqquşma olacaq, ordumuz antiterror  əməliyyatı keçirəcək” - VİDEO

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu da bildirib ki, önəmli olan “sülhməramlılara” komandanlıq edənin harada doğulduğu və isminin Rüstəm olması deyil. Rüstəmlər, Alekseylər Moskvanın təlimatı əsasında hərəkət edirlər, müdafiə nazirliklərinin tapşırıqlarını yerinə yetirirlər: “Əgər Moskvadan ”erməni separatçılarının lideri ilə təmasda olun", “Qarabağdakı ermənilərin sosial problemlərinin həllində fəal olun, infrastuktur çalışmalarında yer alın” təlimatlarını alırlarsa, bu əmrləri yerinə yetirməlidirlər. Ona görə də yeni təyin olunanın Rüstəmdən fərqli olacağını, Azərbaycanın iradlarını nəzərə alacağını söyləmək mümkün deyil. Biz öz işimizi görməliyik.

Rusiyanın Qarabag?dakı sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovun yerinə Cənub Hərbi Dairə komandanının müavini Aleksey Avdeyev təyin olunub. Rüstəm Muradov Dağıstan doğumlu idi, Aleksey Avdeyev də müsəlmanların əhatəsində böyüyüb, 1967-ci ildə Daşkənddə anadan olub. Bu, Rusiyanın ənənəvi siyasətidir, yerlərdə elə təmsilçilər təyin edir ki, ixtilaf doğurmasın".

Bəs Aleksey Avdeyev kimdir?  Avdeyev 17 may 1967-ci ildə Daşkənddə anadan olub. 1984-cü ildə Sverdlovskda Suvorov Hərbi Məktəbini bitirib. Ali hərbi təhsili 1988-ci ildə Daşkənd Ali Komandirlər Məktəbində alıb. Hərbi məktəbi bitirdikdən sonra, 1988-1996-cı illərdə Şimali Qafqaz Hərbi Dairəsində müxtəlif vəzifələrdə xidmət edib.

1999-cu ildə Rusiya Silahlı Qüvvələrinin, 2008-ci ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi akademiyalarını bitirib. Baş Qərargahın Hərbi Akademiyasını bitirdikdən sonra Sibir Hərbi Dairəsinin motoatıcı diviziyasının komandiri təyin edilib.

2010-cu ilin ortalarında Sibir Hərbi Dairəsinin təşkilati və səfərbərlik işləri üzrə qərargah rəisinin müavini təyin olunub. 2011-ci ilin yanvarında Rusiya prezidentinin fərmanı ilə 41-ci ümumqoşun ordusunun komandir müavini vəzifəsinə yüksəlib.

2012-ci ildə Sankt-Peterburq 6-cı ümumuqoşun ordusunun Baş Qərargah rəisi,  Qərb Hərbi Dairəsi komandanının birinci müavini təyin edilib. 2012-ci ilin dekabrında general-mayor hərbi rütbəsi verilib.

2014-cü ilin iyulundan 2017-ci ilin aprelinədək – 29-cu ümumqoşun ordusunun komandanı vəzifəsini tutub. 2016-cı ildə general-leytenant hərbi rütbəsi alıb. 2017-ci ilin aprelindən 2018-ci ilin aprelinə qədər – Qərbi Hərbi Dairənin 1-ci tankı qoşunları komandanı işləyib.

2018-ci ilin aprelindən 2019-cu ilədək – Rusiya Ümumqoşun Hərbi Akademiyasının rəhbəri olub.  2019-cu ildən isə Cənub Hərbi Dairəsinin  komandan müavinidir.

Onun “Şimali Qafqazda döyüş əməliyyatlarının iştirakçısı” olduğu yazılıb, amma dəqiq hansı bölgələrdə olduğu dəqiqləşdirilməyib.

СМИ: Новым командующим миротворцами РФ в Карабахе станет генерал Михаил  Кособоков - MINVAL.AZ

P.S. Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Mixail Kosobokov ola da bilər. “Sputnik Armenia” saytı yazır ki, onun bu vəzifədə general-mayor Rüstəm Muradovu əvəz edəcəyi gözlənilir.


“Yeni Müsavat”

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 23.09.2021, 12:15

İƏT Daimi İnsan Hüquqları Komissiyası ermənilərin törətdiyi hüquq pozuntuları ilə bağlı hesabat hazırlayacaq

• 23.09.2021, 11:59

Beynəlxalq faktaraşdırıcı missiyanın üzvləri Azərbaycanda səfərdədir

• 22.09.2021, 16:04

İşçi Qrupunun Şuşa ilə bağlı növbəti iclası

• 22.09.2021, 16:01

Ermənilərə verilən qədim yurdumuz – Xəritə

• 22.09.2021, 15:22

Soçi görüşü öncəsi Putinlə Ərdoğan arasında GƏRGİNLİK

• 22.09.2021, 15:01

Paşinyan 7 milyon dollara izləmə sistemi alıb

• 21.09.2021, 16:41

Paşinyana etiraz edən hərbçi valideynləri zorla qovuldu

• 21.09.2021, 16:27

Rusiya sülhməramlıları Qarabağ üzərində “Terminator” qaldırdılar

• 21.09.2021, 16:01

Əzəli torpaqlarımıza qayıdışımız günbəgün yaxınlaşır – PA rəsmisi

• 21.09.2021, 15:59

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

• 21.09.2021, 9:48

Ombudsman beynəlxalq təşkilatlara Ermənistanla bağlı müraciət edib

• 20.09.2021, 16:05

Ermənistan Türkiyə ilə yüksək səviyyədə danışıqlara başlamağa hazırdır – Paşinyanın mətbuat katibi

• 20.09.2021, 10:15

Ceyhun Bayramov ABŞ-a yola düşüb

• 17.09.2021, 16:21

Qarabağda erməni hərbçi yaralandı

• 17.09.2021, 16:12

“Qarabağ” Avropada ən yaxşılar sırasında

• 17.09.2021, 16:10

“Qarabağ”da şok itki

• 17.09.2021, 16:08

“Qarabağ” mövqeyini qorudu

• 17.09.2021, 16:04

Ermənistan Azərbaycanla Moskvada gizli sülh danışıqları aparır?

• 17.09.2021, 16:02

“İrandan Ermənistana yük daşımaları heç vaxt dayanmayacaq” – KRİTİK AÇIQLAMA

• 17.09.2021, 16:00

Ermənistan ordusunda yeni təyinat olub

• 17.09.2021, 14:58

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”na namizəddir

• 17.09.2021, 9:48

Azərbaycan Ermənistanı məsuliyyətə cəlb etmək üçün beynəlxalq məhkəməyə müraciət edəcək – XİN

• 16.09.2021, 18:37

İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri MÜZAKİRƏ OLUNDU

• 16.09.2021, 18:34

Gorus-Qafan yoluna alternativ çəkiləcək – 1 milyard dollar ayrıldı

• 16.09.2021, 18:23

Füzulidə daha bir erməni hərbçisinin meyiti tapıldı

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
« Avq    
 12345
6789101112
13141516171819
20212223242526
27282930