Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

2021-ci ilin yanvar-iyun aylarında Cəbrayıl rayonunun sosial-iqtisadi inkişafı haqqında

 

         Ümumi məhsul buraxılışı. 2021-ci ilin yanvar-iyun aylarında Cəbrayıl rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, tikinti-quraşdırma işləri, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə) məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 dəfə artaraq 39668,0 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 480 manat təşkil etmişdir.

          2021-ci ilin birinci yarısında rayon üzrə məhsul buraxılışının ümumi həcminin  2020-ci ilin müvafiq dövrünə nisbətən artması sənaye və tikinti sahələrinin  hesabına olmuşdur.  

          Məhsulun 21552,0 min manatı tikintidə, 15759,8 min manatı kənd təsərrüfatında,  2253,3 min manatı sənayedə, 83,5 min manatı informasiya və rabitə sahələrində, 19,4 min manatı isə nəqliyyat və anbar təsərrüfatı sahələrində istehsal olmuşdur.

          Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı nəqliyyat və anbar təsərrüfatı sahəsində 10,6 faiz azalmış, kənd təsərrüfatında 34,6  faiz, sənayedə  2,4 dəfə, tikintidə 19,5 dəfə, informasiya və rabitədə sahələrində isə 13,3 faiz artmışdır.

Ərazisi və əhalisi.  Cəbrayıl rayonunun ərazisi 1,05 min kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 78 nəfər təşkil edir.

          2021-ci ilin  01 iyul vəziyyətinə rayonun əhalisi 82,5 min nəfər olmuş                  (o, cümlədən şəhər yeri 13,6 min nəfər, kənd yeri 68,9 min nəfər) və 2021-ci ilin əvvəlindən 262 nəfər, yaxud 0,3 faiz artmışdır. Rayon əhalisinin ümumi sayından 49,0 faizini kişilər (40,5 min nəfər), 51,0 faizini qadınlar (42,0 min nəfər) təşkil edir. Əhalinin 22,0 faizi 0-14 yaşda (18,2 min nəfər), 71,2 faizi 15-64 yaşda (58,7 min nəfər), 6,8 faizi (5,6 min nəfər) 65 və yuxarı yaşda olanlardır. Əhalinin 23,3 faizini (19,2 min nəfər) 14-29 yaşda olan yeniyetmələr və gənclər təşkil edir.

           2021-ci ilin yanvar-iyun aylarında Cəbrayıl rayonunda 484 doğulan, 221 nəfər ölən qeydə alınmışdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə hesabı ilə doğulanların sayı 0,5 faiz azalmışdır. İlin əvvəlindən ölənlərin sayı  221 nəfər olmuşdur. 2020-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə ölənlərin sayı 0,2 faiz artmışdır.

2021-ci ilin yanvar-iyun aylarında rayonda 98 nikah bağlanmış və 50 boşanma faktı qeydə alınmışdır. Əhalinin hər min nəfərinə hesabı ilə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı  demək olar ki, sabit qalmış, boşanma faktlarının sayı isə 0,2 faiz azalmışdır.

           2021-ci ilin yanvar-iyun aylarında rayon ərazisinə daimi yaşamaq üçün gələn olmamış, 1 nəfər isə qeydiyyatdan çıxan olmuşdur. Rayon üzrə miqrasiyanın mənfi saldosu 1 nəfər olmuşdur.

Əmək. İşləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhali 01 iyul 2021-ci il tarixinə 40592 nəfər olmuş, 15 və yuxarı yaşda olan əmək qabiliyyətli rayon əhalisinin 76,8 faizini təşkil etmişdir. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi  92,3 faiz olmuşdur.

 

Yeni iş yerləri. 2021-ci ilin yanvar-iyun aylarında  rayonda  23 vahid yeni iş yeri açılmışdır ki, onlardan hamısı daimi yeni iş yeri olmuşdur. Açılan yeni iş yerlərindən 9 vahid mövcud müəssisə və təşkilatların, 14 vahid isə yeni açılmış müəssisə və təşkilatların payına düşür.

2021-ci ilin yanvar-iyun aylarında  rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 496,1 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövründə isə orta aylıq nominal əməkhaqqı 489,0  manat təşkil etmişdir. Orta aylıq əməkhaqqı ötən ilin altı ayı ilə müqayisədə 1,5 faiz artmışdır.

 

Sənaye. 2021-ci ilin yanvar-iyun aylarında mövcud olan 3 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. Cəbrayıl rayon kənd içməli su təchizatı müəssisəsi, Cəbrayıl Rayon Paylayıcı Elektrik şəbəkəsi, və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl rayon filialı fəaliyyət göstərir.

          2021-ci  ilin yanvar-iyun aylarında istehsal olunmuş mallar, yerinə yetirilmiş iş və xidmətlər 2253,3 min manat olmuşdur. Ötən ilin müvafiq dövründə bu göstərici 954,6 min  manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsal olunmuş mallar, yerinə yetirilmiş iş və xidmətlər 1298,7 min manat və ya  2,4 dəfə artmışdır.

          Sənaye fəaliyyəti ilə məşğul olan müəssisələr üzrə 2021-ci ilin yanvar-iyun aylarında hesablanmış əməkhaqqı fondu 481,5 min  manat,  ötən ilin müvafiq dövründə 415,9 min  manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməkhaqqı fondu 115,8 faiz təşkil etmişdir.   

          Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 2021-ci ilin yanvar-iyun aylarında 388,0 manat, ötən ilin müvafiq dövründə 335,2 manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə  müqayisədə nominal əməkhaqqı 15,8 faiz çox olmuşdur.

         Əsaslı tikinti və investisiya. Rayon üzrə tikinti təşkilatlarının 2021-ci ilin yanvar-iyun  aylarında öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin dəyəri 21549,0 min manat olmuşdur. Tikinti işlərinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kəskin artmasının əsas səbəbi Cəbrayıl rayon Yol İstismar İdarəsinin  işğaldan azad edilmiş ərazilərdə yeni salınmış yolların çəkilişində gördüyü işlərin hesabına olmuşdur. Belə ki, tikinti podrat işləri yeni salınmış yolların çəkilişində əsaslı  yenidənqurma, genişləndirmə işləri  18708,0 min manat, əsaslı təmir işləri 2281,0 min manat, cari təmir işləri isə 560,0 min manat təşkil edir.  

          Ötən ilin müvafiq dövründə yerinə yetirilmiş podrat işlərinin  dəyəri 1105,1 min manat olmuşdur. Baxılan dövrdə yerinə yetirilmiş podrat işlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən  21549,0 min manat və ya 19,5 dəfə çox olmuşdur.  

          Tikinti təşkilatlarında hesabat dövrünə işçilərin sayı .98 nəfər olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz azdır. Onlara 292,6 min manat əməkhaqqı fondu hesablanmışdır. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 496,8 manat olmuşdur. Ötən ilin müvafiq dövründə isə tikinti təşkilatlarında 103 nəfər calışmış, onlara  280,0 min manat əməkhaqqı fondu hesablanmışdır. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 451,7 manat olmuşdur. Hesabat dövründə bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən  110,0  faiz təşkil etmişdir.  

        Kənd təsərrüfatı. Cəbrayıl rayonu üzrə 2020-ci ildə kənd təsərrüfatı  məhsullarının istehsalı 3494,0 hektar əkin sahəsindən götürülmüşdürsə, 2021-ci ilin kənd təsərrüfatı məhsullarının istehsalı isə 7076,1 hektar əkin sahəsindən gözlənilir. Bu əkin sahələrinin 3286,1 hektarı ailə kəndli  təsərrüfatlarının payına, 3790,0 hektarı isə özəl sektorun  payına düşür. Taxıl sahəsinin keçən ilin müvafiq dövrü ilə müqayisədə artmasının əsas səbəbi özəl kənd təsərrüfatı müəssisələrinin işğaldan azad  edilmiş əkinə yararlı torpaqlarda 3370,0 hektar taxıl məhsulunun əkilməsidir. Belə ki, həmin ərazilərdə 3050,0 hektar buğda, 320,0 hektar isə arpa məhsulu əkilmişdir.                                        

          Əkin sahələrinin 4500,0 hektarını buğda, 1090,0 hektarını arpa, 17,1 hektarını şəkər çuğunduru, 32,0  hektarını kartof, 65,0 hektarını tərəvəz, 1,0 hektarını bostan, 132,0 hektarını cari ilin yazlıq çoxillik otları(yonca), 1239,0 hektarını keçmiş illərin çoxillik ot bitkiləri(yonca) təşkil edir.

            01 iyul 2021-ci il vəziyyətinə əkin altında olan sahələrdən 16350 ton dənli                     (o cümlədən 13238 ton buğda, 3112 ton arpa), 550 ton kartof, 288,4 ton tərəvəz istehsal olunmuşdur.     

        01 iyul 2021-ci il vəziyyətinə rayon üzrə  5607 kq barama istehsal olunmuşdur. Keçən ilin müvafiq dövründə bu göstərici 1767 kq olmuşdur. Rayon üzrə barama istehsalı ötən illə müqayisədə 3,2 dəfə və ya 3840 kq artmışdır.            

         01 iyul 2021-ci il tarixinə heyvandarlıq sahəsində qənaətbəxş vəziyyət olmuşdur. Belə ki, qeyd edilən dövrdə rayon üzrə bütün  təsərrüfat kateqoriyalarında  10987 baş iri buynuzlu mal-qara, o cümlədən 4310 baş inək və camış, 100405 baş qoyun və keçi mövcud olmuşdur.

         01 iyul 2021-ci il tarixinə mövcud olan mal-qaranın sayını ötən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qara  198 baş, o, cümlədən inək və camış 113 baş,  qoyun və keçilər isə 272 baş artmışdır.                                                 

         Baxılan dövrdə rayon üzrə ət istehsalı 1036,0 ton (dirı çəkidə), süd istehsalı 4428,0 ton, yumurta istehsalı 2845,0 min ədəd, yun istehsalı isə  168,0 ton olmuşdur. 01 iyul 2021-ci il tarixinə heyvandarlıq məhsullarının istehsalını ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 22,0 ton, yun istehsalı 4,0 ton, süd istehsalı 83,0 ton, yumurta istehsalı 110,0  min ədəd  artmışdır.                                                  

           Nəqliyyat və rabitə.  Rayon üzrə  2021-ci ilin yanvar-iyun aylarında dövlət rabitə və nəqliyyat müəssisələrində göstərilmiş rabitə və nəqliyyat xidmətlərinin həcmi 102,9 min manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,9  faiz çox olmuşdur.

 

Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi

Sahib Süleymanov

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Avqust 2021
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031