İrəvan biolaboratoriyaları etiraf etdi: “Yalnız ermənilər çalışır”

Ətraflı

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

Ətraflı

Əliyev, Putin və Paşinyan görüşə bilər

Ətraflı

“Euronews” Şuşada keçirilmiş musiqi festivalına reportaj həsr edib – VİDEO

Ətraflı

Əfqanıstan azərbaycanlıları – Əfşarlar və Qızılbaşlar…

Hazırda dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır. Belə ölkələrdən biri də Asiyanın mərkəzində yerləşən Əfqanıstandır. YUNESKO-nun məlumatına görə, indi dünyanın ən “qaynar nöqtə”si olan Əfqanıstanda 500 minə yaxın azərbaycanlı yaşayır.

Əfqanıstan azərbaycanlıları iki qrupa bölünür: qızılbaşlar və əfşarlar. Bu ölkədə onları bəzən şahsevənlər və şiələr də adlandırırlar. Qeyd etmək lazımdır ki, adı çəkilən ölkədə türk soyundan olan, lakin türk dillərində danışmayan xeyli etnik xalq yaşayır ki, azərbaycanlılar da bu sıraya aid edilir. 


Tarixi qaynaqlarda Azərbaycan türklərinin Əfqanıstana gəlməsinə dair müxtəlif məlumatlar var. Yeri gəlmişkən, paytaxt Kabil yaxınlığında soydaşlarımızın yaşadağı Qarabağlılar adlı məhəllə də yerləşir.

Əfşarlar

Əfşarların Əfqanıstana ilk gəlişi 11-12-ci əsrlərdə türkmən səlcuqlarla birlikdə olub. Daha sonra, 18-ci əsrdə özü də əfşar olan Nadir şah tərəfindən Güney Azərbaycanın Urmiya və Həmədan bölgələrindən xeyli azərbaycanlı (həm əfşarlar, həm də qızılbaşlar) Əfqanıstana köçürülüb. Onlar Əfqansıtanın Kabil və Herat şəhərlərində, Kabil və Qəndəhar şəhərlərinin ətraf bölgələrində yerləşdiriliblər. Əfşarlar bugünkü Əfqanıstanda azərbaycanca danışan tək etnik qrupdur. Onların özləri danışdıqları dili əfşari adlandırırlar. Tarixçi alimlər L.Ligetti və M.Fuat Bozkurt əfşarinin əslində Azərbaycan türkçəsi olduğunu sübut ediblər. İsbat olunub ki, əfşari İran, Azərbaycan, İraq, Türkiyə, Suriya, İordaniyada yaşayan Azərbaycan türklərinin danışdığı dillə eynidir. Qeyd edilməlidir ki, Əfqanıstan azərbaycancası zaman-zaman fars dilinin təsirinə məruz qalıb. Bu səbəbdən də Əfqanıstanın Kabilətrafı ərazilərində yaşayan əfşarların əksəriyyəti demək olar ki, doğma dillərini unudublar.

Əfşarların hamısı zaman-zaman şiəliyə yaxınlaşsalar da, tarixən ələvi (Qızılbaş) məzhəbindəndirlər. Kabilin şərqində, Konar çayının sahilində, Pakistanla sərhəddə yaxın Əsədabad adlı bir kənd yerləşir. Əfqanlar məşhur qiyamçı panislamist Seyid Cəmaləddinin həmin kənddən olduğunu bildirirlər. 19-cu əsrdə bu bölgədə ələvi-qızılbaş məzhəbli əfşarlar yaşayırdılar.


Əfqanıstan azərbaycanlıları barədə məlumat bütün dünyaya 1990-cı illərdən sonra yayılıb ki, bu da onların qətliama məruz qalması üzündən baş verib. Əfqanıstan paytaxtı Kabilin daha çox qərb tərəfi əfşar məhəllələri kimi tanınır. 1993-cü ilin 11-12 fevralında əfşar məhəllələrində gerçəkləşdirilən qətliamlar zamanı 1000 nəfərədək insan həlak olub. Qeyd edək ki, keçmiş SSRİ dövləti Kabil Politexnik İnstitutunu məhz həmin bölgədə yaratmışdı.

Əfşarların sayının təxminən 10 minə yaxın olduğu bildirilir.

Qızılbaşlar

Qızılbaşlar (azərbaycanlılar) Əfqanıstana 1737-ci ildən sonra Nadir şah və Abdallı Əhməd xan Durrani tərəfindən köçürülüblər. Vaxtilə onlar həm saray işlərində çalışıb, həm də tacir, hərbçi kimi fəaliyyət göstəriblər. Vaxtilə Nadir şahın mühafizəçisi olan, sonralar Əfqanıstan dövlətini quran Əhməd xan Durraninin sarayında qızılbaşlar saylarına mütənasib olmayan çox böyük güc və nüfuz qazanıblarmış. Bu isə Əfqanıstandakı hakim Puştunlar arasında rahatsızlığa səbəb olmuşdu. İllər keçdikcə, xüsusilə I İngilis-Əfqan savaşında (1832-1842) qızılbaşların açıq şəkildə ingilislərlə itttifaqa girməsi onların Puştun əmiri Əbdürrəhmanın qəzəbinə tüş gəlmələrilə nəticələndi. 1891-1893-cü illərdə qızılbaşlar puştunların təqib və təzyiqlərinə məruz qaldılar.

Bu gün Əfqanıstanda yaşayan qızılbaşlar vaxtilə İrandan köçüb gələn azərbaycanlıların nəslindəndirlər. İndiki qızılbaşlar Əfqanıstanın ən savadlı tayfalarından sayılır. Qızılbaşların sayının 400 minə yaxın olduğu bildirilir. Lakin onların dəqiq sayı barədə məlumat yoxdur. Dini ayrı-seçkilik və siyasi təzyiqlərdən qoxduqları üçün qızılbaşların bir çoxu özlərini qorumaq məqsədilə sünni tacik kimi qələmə verirlər. Etnik mənşəcə əfşarlarla eyni olan qızılbaşların böyük əksəriyyəti Azərbaycan türkcəsini unudaraq Dəri (fars) və Tacik dillərində danışırlar.

Qızılbaşların tarixi məzhəbləri adlarından da göründüyü kimi Ələvidir. Bəzi qaynaqlar indiki qızılbaşların bütünlüklə şiəliyi qəbul etdiyini yazır.

Müasir Əfqanıstan azərbaycanlıları demək olar ki, dünyadan qopmuş vəziyyətdə yaşayırlar. Müharibələr, qardaş qırğınları, səfalət, ölkədə gedən ictimai, siyasi və hərbi proseslər onların da həyatına mənfi təsir göstərib. 

Onların dünya azərbaycanlıları ilə əlaqələri zəifdir. Yaşı 35-dən az olan Əfqanıstan azərbaycanlılarının heç biri doğma dilini bilmir.



Əfqanıstan azərbaycanlılarından Qarabağa dəstək

Əfqanıstanın qərbində yerləşən Herat vilayətində Səfəvi zamanı Gəncədən Mərv şəhərinə, oradan da 1785-ci ildə Herata köçmüş soydaşlarımız yaşayır. Burada onlara axırıncı köç yerləri Mərv şəhəri olduğuna görə “mərvi” deyirlər.

 

Soydaşlarımız burada Zindəcan rayonunun Şəkiban, Məmizak və Bərnabad kəndlərində və Herat şəhərinin özündə yaşayırlar. Azərbaycanın qayğısından və diqqətindən uzaqda, ana dilində təhsildən məhrum qalsalar da, ürəkləri ana vətəndən iraq deyil.

 

Burada mərvi adı ilə bilinən soydaşlarımız ötən il Qarabağdakı döyüşlərin getdiyi günlərdə ata yurdlarına arxa durmağı özlərinə vəzifə biliblər. Özlərinin çətin vəziyyətdə olmalarına, Azərbaycandan heç kimin gedib onlarla maraqlanmamasına baxmayaraq, onlar üçün “Azərbaycan” adı gələndə, necə deyərlər, axan sular durur.

2020-ci ildə Herat şəhərində dəfələrlə  #KarabakhisAzerbaijan devizi ilə yığıncaqlar keçirilmiş, şəhidlərimizin ruhuna Quran oxunmuş və Qarabağın tezliklə Azərbaycanın nəzarətinə qaytarılmasının gərəkliliyi vurğulanmışdı. 

Onlardan bəziləri sosial şəbəkələrdə profilinə Azərbaycan bayrağını və “Karabakh is Azerbaijan” yazılarını qoyur, hər şəkildə, hər vəchlə Azərbaycan türkü olduqlarını, Heratın qəlbində “Kiçik Azərbaycan” olduqlarını vurğulamağa çalışırlar. 1.8 milyon əhalisi olan Herat vilayətində soydaşlarımız 10 min nəfər sayla kiçik bir azlıq olsalar da, təhsilə diqqətlərinə, açıq dünyagörüşlərinə, fərasətlərinə görə orada hörmət-izzət sahibidirlər və saylarından qat-qat artıq təsirə malikdirlər. Heratda onlar bir çox sahələrdə təmsil olunurlar. Özləri həmişə bunu vurğulamağı sevirlər: “Biz burada başqaları kimi deyilik, təhsil bizim üçün birinci yerdə gəlir, bizim 2 min nəfər ali təhsillimiz var”.

Cəmi 10 min nəfərlik toplumda memarından tutmuş siyasətçisinədək, futbolçusundan şairinədək, həkiminədək hər məsləkdən fəxr edə biləcəyimiz soydaşımız tapılır. 

A.Qorxmaz

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 19.05.2022, 16:18

İrəvan biolaboratoriyaları etiraf etdi: “Yalnız ermənilər çalışır”

• 19.05.2022, 15:34

Ermənipərəst müğənninin Bakı konserti LƏĞV OUNDU

• 19.05.2022, 14:27

KTMT PA-nın İrəvan toplantısının vaxtı elan olundu

• 19.05.2022, 14:24

Azərbaycanda Milli Müdafiə Universiteti yaradıldı – EKSKLÜZİV

• 19.05.2022, 14:20

QHT nümyəndə heyəti Ərdoğanla görüşdü

• 18.05.2022, 16:26

“Ermənistanla sülh sazişi imzalamaq istəyirik” – İlham Əliyev

• 18.05.2022, 16:24

Şuşada iki günlük beynəlxalq konfrans keçiriləcək

• 18.05.2022, 16:21

Erməni deputat: “Ermənistanda 2500-dən çox telegram kanalı narkotik dövriyyəsi ilə məşğuldur”

• 18.05.2022, 14:46

İrəvanda gərgin anlar: Etirazçılar metronu BAĞLADI

• 18.05.2022, 14:43

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

• 17.05.2022, 16:43

Azərbaycan Laçın dəhlizinin yanında işıq dirəkləri qoyur – Ermənilər təşvişdə

• 17.05.2022, 16:41

“Azərbaycana mübarizəsində hər zaman dəstək vermişik, bundan sonra da dəstəkləyəcəyik”

• 17.05.2022, 16:38

İrəvanda etiraz aksiyaları zamanı saxlanılanların sayı 414 nəfərə çatıb

• 17.05.2022, 16:34

Əliyev, Putin və Paşinyan görüşə bilər

• 17.05.2022, 16:06

İctimai Şuranın növbəti iclası keçirilib

• 17.05.2022, 16:02

Rusiya XİN: Ermənistandakı hadisələrə qarışmırıq

• 17.05.2022, 16:00

Anar Xəlilov: “Bəziləri karyerasını düşünərək ictimai şuralara üzv olmaq istəyir”

• 17.05.2022, 15:57

“Euronews” Şuşada keçirilmiş musiqi festivalına reportaj həsr edib – VİDEO

• 16.05.2022, 14:04

Rizedə Türk rüzgarı, Şuşa Bəyannaməsi və dünyaya ünvanlı “Biz hər zaman bir yerdəyik” icmarıcı

• 16.05.2022, 14:01

Paşinyan Moskvadadır – Putinlə görüşəcək

• 16.05.2022, 13:59

“Qarabağ” əsrin rekorduna imza atdı

• 16.05.2022, 13:58

Litva prezidenti Əliyev və Paşinyanla görüşəcək

• 16.05.2022, 13:55

“Oğluma dedim ki, əsir düşsən özünü öldür” – Şəhid anasından ürək dağlayan SÖZLƏR – VİDEO

• 16.05.2022, 13:53

Emin Həsənli Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu Komandanı ilə görüşüb

• 11.05.2022, 16:31

Karapetyan cinayəti: Ordumuz Xankəndiyə girə bilər

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Avqust 2021
BE ÇA Ç CA C Ş B
« İyl   Sen »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031