Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Karabakh.Center” layihəsi əsasında fotosərgi keçirilib – FOTO

Qarabağ Dirçəliş Fondu 27 iyul 2021-ci il tarixində uzun müddət ərzində davam edən erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş “Karabakh.Center” layihəsində yer alan fotoşəkillərdən ibarət sərgi təşkil edib.

 

Xatırladaq ki, bir müddət öncə ictimaiyyətə təqdim olunan “Karabakh.Center” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb.

 

“Karabakh.Center” internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.

 

Bu layihədə işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və videogörüntüləri yer alır. Bütün fotoşəkillər və videolar saytın "Urbisid" bölməsində yerləşdirilib. Bölmədə həmçinin memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə də tanış olmaq mümkündür.

 

Tədbirdə QDF-in Müşahidə Şurasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırımla yanaşı, ölkədə ictimai rəyin formalaşmasında, 44 günlük müharibə ərzində Qarabağ mövzusunun daha geniş kütləyə çatdırılmasında rolu olan bir çox tanınmış ictimai simalar və KİV nümayəndələri iştirak edib.

 

Tədbiri açılış nitqi ilə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev açıb.

 

Sözlərinə Qarabağ Dirçəliş Fondunun yaradılması, məqsəd və vəzifələri, hazırkı fəaliyyət istiqamətləri barədə məlumat verərək başlayan R.Hacıyev, daha sonra tədbir iştirakçılarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan "Karabakh.Center" layihəsi haqqında geniş məlumat verib. O, Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasına xidmət etdən bu internet resursunun yaradılmasının təşəbbüskarı olan hörmətli Mehriban xanım Əliyevaya göstərdiyi etimada, hörmətli Müşahidə Şurasının üzvlərinə isə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

 

“Biz artıq qalib ölkənin vətəndaşlarıyıq. Hər birimiz Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərə dəstək olmalı, bu mühüm vəzifə ətrafında güclərimizi birləşdirməliyik” deyən sədr, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə onu bu şərəfli və məsuliyyətli vəzifəyə layiq gördüyü üçün öz dərin minnətdarlığını ifadə edərək, bu etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini də xüsusi vurğulayıb.

 

Rəhman Hacıyev erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş fotosərginin əhəmiyyətindən danışaraq, bu formada tədbirlərin mütəmadi şəkildə keçiriləcəyini bildirib.

 

O, həmçinin işğaldan azad edilmiş ərazilərdə çəkilmiş foto və videoların böyük bazasına çıxışı təmin edən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-yə (AZTV) təşəkkür edib.

 

Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım çıxışı zamanı ermənilər tərəfindən Azərbaycan ərazilərində bütün infrasturkturun, sosial, iqtisadi, mədəni obyektlərin, tarixi və dini abidələrin tamamilə məhv edilməsi faktlarının öz əksini tapdığı “Karabakh.Center” portalının və Qarabağ həqiqətlərinin daha geniş kütləyə çatdırılmasında belə tədbirlərin önəmindən danışıb.

 

Fatma Yıldırım hər kəsi Azərbaycan dövlətinin qarşısında duran bərpa-yenidənqurma işlərində fəal iştirak etməyə və bu istiqamətdə görülən işlərə bu və ya digər formada dəstək olmağa dəvət edib.  Erməni işğalı nəticəsində ərazilərimizə dəyən zərərin miqyasından danışan millət vəkili postkonflikt dövrünün bərpasının böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən bir proses olduğunu vurğulayaraq, bu dövrdə dövlət – özəl sektor əməkdaşlığının, vətəndaşların səylərinin Qarabağın dirçəlişinə böyük töhfə verə biləcəyini deyib.

 

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin rəhbəri Aybəniz İsmayılova abidələrin zənginliyi ilə seçilən, mədəniyyətimizin beşiyi hesab olunan Qarabağ bölgəsinin Ermənistanın işğalı nəticəsində orada  olan bütün muzeylərin, məscidlərin, abidələrin dağıdılması barədə danışarkən, xalqımızın Qarabağ savaşında torpaqalarımızı itirməklə yanaşı böyük bir sosioloji apokalipsis yaşadığını da xüsusilə vurğulayıb. O qeyd edib ki, biz bu sosioloji kollapsı yalnız otuz ildən sonra, saysız ənənələrimiz, bizi biz edən etnik özəlliklərimiz, bölgəsəl yaşam tərzimiz əlimizdən çıxandan sonra görə bildik. Bu isə bir milyona yaxın insanın gündəlik, ənənəvi həyat tərzinin itirilməsi idi.  

 

Aybəniz İsmayılova Ermənistanın ərazilərimizi işğal etməsinin nəticəsi olaraq, azərbaycanlıların bütün mülkiyyətlərindən və həyat tərzlərindən məhrum olması, məhz bu işğal nəticəsində insanların evini, ocağını tərk etməyə məcbur olması, otuz ilə yaxın bir müddətdə doğma torpaqlarından ayrı düşməsini qeyd edərkən, bu gün qalib ölkənin nümayəndələri kimi hər şeyi daha gözəl formada bərpa etmək iqtidarında olmağımızdan danışıb.  O, keçmişi unutmamaqla gözəl gələcək qurmaq üçün hər bir azərbaycanlını səfərbər olmağa çağırıb.

 

Qarabağ Dirçəliş Fondunun PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova bu mühüm vəzifədə Qarabağ Dirçəliş Fonduna ianə edərək dəstək olmaq, bərpa və quruculuq  prosesinin iştirakçısına çevrilmək istəyən şəxslərin rahatlıqla ödəniş edə bilməsi üçün “İanə et” funksiyasının əlavə olunduğu platformalar haqqında məlumat verib. İanə prosesini asanlaşdırmaq və bütün mümkün platformalara bu funksiyanı əlavə etmək istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdıran Pərvin Məmmədovanın sözlərinə görə, yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu bu işdə səylərin birləşdirilməsi üçün vahid və əlçatan platformadır.

 

Tədbirdə fotosərgi ilə yanaş dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film və saytın təqdimat videosu nümayiş olunub.

 

 

 

 

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyul 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031