Paşinyan 7 milyon dollara izləmə sistemi alıb

Ətraflı

Rusiya sülhməramlıları Qarabağ üzərində “Terminator” qaldırdılar

Ətraflı

“İrandan Ermənistana yük daşımaları heç vaxt dayanmayacaq” – KRİTİK AÇIQLAMA

Ətraflı

Terrorçu qruplar yaratmalıyıq – Ayvazyan

Ətraflı

Prezidentin siyasətində uzaqgörənlik və məqsədyönlülük hər zaman ön plandadır

Cənab Prezidentin Azərbaycan Dövlət Televiziyasına verdiyi son müsahibədə toxunduğu bütün məqamlar, göstərdiyi bütün hədəflər bir daha sübut edir ki, yürüdülən siyasətdə sistemlilik, uzaqgörənlik və məqsədyönlülük hər zaman olduğu kimi yenə ön plandadır və qələbələrimiz, uğurlarımız bundan sonra da davamlı olacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Azərbaycanın nüfuzu günbəgün artmaqdadır: “Dövlət başçısının son Rusiya səfərində əldə olunan uğurlar da, Rusiya Prezidenti ilə aparılan faydalı danışıqlar da, daha öncə Avropa İttifaqı rəhbərinin Bakıya gəlişində verilən mesajlar da əyani şəkildə onun göstəricisidir ki, ölkəmizin mövqeyi hər kəs üçün qəbul edilən, eyni zamanda mütərəqqi hesab ediləndir.

Biz 44 günlük Vətən Müharibəsində də qələbəni məhz həmin mütərəqqi mövqeyimizə, düz, haqlı, güclü olmağımıza görə qazanmışıq. Məlum həqiqəti Ermənistan da anlamalıdır, eyni zamanda Ermənistan dərk etməlidir ki, hazırda diktə edən, güclü olan, haqlı olan, qalib olan tərəf Azərbaycandır. Ermənistan anlamalıdır ki, Azərbaycana qarşı heç bir təxribat effekt verə bilməz, bu təxribatlarla heç yerə varıla bilməz.

İlk öncə Zəngəzur dəhlizi açılmalıdır. Daha dəqiqi, bu dəhliz bütün hallarda açılacaq! Mütləq açılacaq. Ermənistan dərk etməlidir ki, sülh həm də onun özünə lazımdır. Zamanında onların ağlı olsaydı işğal olunmuş torpaqlardan öz iradələri ilə əl çəkərdilər, beynəlxalq layihələrdən, kommunikasiyalardan kənarda qalmazdılar. Amma ağılları olmadı və kənar qaldılar. Bundan sonra da yanlış yolda olsalar daha rəzil günə qalacaqlar”.

Deputat vurğulayıb ki, Azərbaycan hər gün daha da inkişaf edir: “Hazırda bir tək işğaldan azad olunan torpaqlarımızda deyil, Azərbaycanın bütün regionlarında quruculuq işləri aparılır, əhalinin sosial müdafiəsi gücləndirilir, xüsusən də həssas qruplar böyük qayğı ilə əhatə olunur. Cənab Prezidentin Daşkəsən, Goranboy və Naftalana səfəri zamanı müşahidə olunan müsbət və qürurverici məqamlar, bu şəhərlərdə görülən böyük işlər də dediyimin sübutudur.

Pandemiya dövründə də istisadiyyatımızda, inkişafda ləngimə, axsama olmadı, sosial layihələrin heç biri təxirə salınmadı, iqtisadi, siyasi uğurlarımız davam etdi, bütün göstəricilər müsbət dinamika üzərindən artdı. Bundan sonra da belə olacaq. Azərbaycan daxili siyasətdə də, xarici siyasətdə də yalnız xoş müjdələrlə, xəbərlərlə əhatə olunacaq.

Bu gün dövlət başçımız İlham Əliyevin yürütdüyü müdrik siyasət, sərgilədiyi qətiyyət Azərbaycanı nicata və gözəl gələcəyə aparan əsas səbəbdir. Həmin uzaqgörən siyasətin sayəsində bundan sonra da regionun lideri olmağa davam edəcəyik, növbəti qələbələrə doğru irəliləyəcəyik, daha güclü olacayıq”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 23.09.2021, 12:15

İƏT Daimi İnsan Hüquqları Komissiyası ermənilərin törətdiyi hüquq pozuntuları ilə bağlı hesabat hazırlayacaq

• 23.09.2021, 11:59

Beynəlxalq faktaraşdırıcı missiyanın üzvləri Azərbaycanda səfərdədir

• 22.09.2021, 16:04

İşçi Qrupunun Şuşa ilə bağlı növbəti iclası

• 22.09.2021, 16:01

Ermənilərə verilən qədim yurdumuz – Xəritə

• 22.09.2021, 15:22

Soçi görüşü öncəsi Putinlə Ərdoğan arasında GƏRGİNLİK

• 22.09.2021, 15:01

Paşinyan 7 milyon dollara izləmə sistemi alıb

• 21.09.2021, 16:41

Paşinyana etiraz edən hərbçi valideynləri zorla qovuldu

• 21.09.2021, 16:27

Rusiya sülhməramlıları Qarabağ üzərində “Terminator” qaldırdılar

• 21.09.2021, 16:01

Əzəli torpaqlarımıza qayıdışımız günbəgün yaxınlaşır – PA rəsmisi

• 21.09.2021, 15:59

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

• 21.09.2021, 9:48

Ombudsman beynəlxalq təşkilatlara Ermənistanla bağlı müraciət edib

• 20.09.2021, 16:05

Ermənistan Türkiyə ilə yüksək səviyyədə danışıqlara başlamağa hazırdır – Paşinyanın mətbuat katibi

• 20.09.2021, 10:15

Ceyhun Bayramov ABŞ-a yola düşüb

• 17.09.2021, 16:21

Qarabağda erməni hərbçi yaralandı

• 17.09.2021, 16:12

“Qarabağ” Avropada ən yaxşılar sırasında

• 17.09.2021, 16:10

“Qarabağ”da şok itki

• 17.09.2021, 16:08

“Qarabağ” mövqeyini qorudu

• 17.09.2021, 16:04

Ermənistan Azərbaycanla Moskvada gizli sülh danışıqları aparır?

• 17.09.2021, 16:02

“İrandan Ermənistana yük daşımaları heç vaxt dayanmayacaq” – KRİTİK AÇIQLAMA

• 17.09.2021, 16:00

Ermənistan ordusunda yeni təyinat olub

• 17.09.2021, 14:58

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”na namizəddir

• 17.09.2021, 9:48

Azərbaycan Ermənistanı məsuliyyətə cəlb etmək üçün beynəlxalq məhkəməyə müraciət edəcək – XİN

• 16.09.2021, 18:37

İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işləri MÜZAKİRƏ OLUNDU

• 16.09.2021, 18:34

Gorus-Qafan yoluna alternativ çəkiləcək – 1 milyard dollar ayrıldı

• 16.09.2021, 18:23

Füzulidə daha bir erməni hərbçisinin meyiti tapıldı

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyul 2021
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 1234
567891011
12131415161718
19202122232425
262728293031