“Qarabağda yaşayan erməniləri işlə təmin etməyə hazırıq…”

Ətraflı

Bərxudarov Şuşanın Bayraq meydanında bayrağımızı qaldırdı

Ətraflı

İlham Əliyev məcburi köçkünlərdən danışarkən kövrəldi – VİDEO

Ətraflı

Prezidentdən İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə REAKSİYA: “Niyə indi..?”

Ətraflı

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs türk tarixinin ən tanınmış simalarından biridir.

Ələkbər bəy Tufan (Əli Əkbər Tufan) – azərbaycanlı əsilli türk siyasətçi, İğdır Milli Cümhuriyyətinin başçısı.

Ələkbər bəy 1870-ci il yanvarın 14-də o zaman İrəvan quberniyasının tərkibində olan İğdırın Mələkli kəndində anadan olub. Dövründə İğdırda Ramazanoğlu soyadıyla tanınan böyük və nüfuzlu ailənin üzvü olub.

Ələkbər bəy İrəvan Rus Gimnaziyasını bitirib.

Türklərin təşkilatlanması

Müsavat Partiyasından Rus İmperiyası Çar Dumasının son dövr İrəvan, eyni zamanda həmin partiyanın I çağırış İğdır millət vəkili olub. Difai Təşkilatı və İttihadi İslam Türk Birlik Cəmiyyətinin İğdır təmsilçisi və Müsavat Partiyasının İrəvandakı nümayəndəsi vəzifələrini icra edib.

Birinci Dünya Müharibəsi dövründə Xeyriyyə Cəmiyyətinin (Cəmiyyəti Xeyriyyə) İğdır nümayəndəsi olaraq Balkan müharibəsi və Sarıqamış əməliyyatlarında Qafqazda türk ordusu üçün maddi yardım kampaniyası təşkil edib və həyata keçirib.

Çar Rusiyasının dağılmasından sonra yaranmış siyasi boşluq səbəbindən doğulduğu İğdıra qayıdıb və gələcəkdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olacaq Məhəmməd Əmin Rəsulazadə ilə birlikdə eyni vaxtda fəaliyyətə başlayıb. Həmin dövrdə türk ordusunun İğdıra çatmasını təmin etmək məqsədilə müsəlmanları təşkilatlandıraraq İğdır İcraiyyə Komitəsini qurub. Komitə iki il – 1915-1917-ci illərdə fəaliyyət göstərib. Ermənilərin də qatıldığı, rəhbəri türk olmaq şərtilə beş erməni və beş türkdən ibarət olan komitənin rəhbər səlahiyyətlərini üzərinə götürüb.

İğdır Cümhuriyyətinin qurulması

Ermənilər Bakıya hücum etdikdən sonra iğdırlı ermənilər rəhbərlikdən istefa verdilər. Bundan sonra İğdırın mərkəzində olan hökumət binası 4 min nəfər əhalisi olan Mələkliyə köçürüldü və İğdır, Duzluca, Aralıq, Şərur, Şərqi Bəyazid, Vedibasar və Sərdarabadı əhatə edən İğdır Milli Cümhuriyyəti elan edildi. Cümhuriyyətin paytaxtı Mələkli seçildi. Ələkbər bəyin rəhbər seçildiyi cümhuriyyət Zaqafqaziya Seymi tərəfindən tanınmışdı. Bir sıra mənbələrə görə, bu, tarixdə tanınmış ilk müstəqil türk respublikası idi. Cümhuriyyət 1918-1920-ci illərdə – iki il mövcud olub.

Qafqazda türkləri silahlandırmaq məqsədi ilə keçirilən gizli Tiflis Türk Konqresinə qatılan Ələkbər bəy İğdır Milli Hökumət birliklərini daşnak dəstələrinə qarşı özünü müdafiə edə biləcək gücə çevirən silah təminatını Məhəmməd Əmin Rəsulzadənin köməyi ilə tədarük etmişdi.

“Vilson prinsipləri” adı altında bölgəyə gələn ABŞ baş qərargah rəisi, general Ceyms Harbord Ələkbər bəylə bölgəni gəzərək, Müttəfiq Dövlətlərə “Böyük Ermənistan” adlanan yerdə heç bir erməni görmədim” qeydi olan hesabatı göndərmişdi. Bu, Lozanna sülh müqaviləsi qüvvədə olduğu dövrə qədər İğdırın Türkiyə sərhədləri içində qalması üçün atılmış addım oldu.

General Dronun məğlubiyyəti

Ələkbər bəy Tufan Erməni İnqilab Federasiyasının (Daşnaksütyun) lideri, İrəvan Gimnaziyasından və İğdırdan uşaqlıq dostu general Drastamat Kanayanla (“General Dro”) savaşan iki xalqın lideri olaraq üz-üzə gəldi. General Dro Mələkli-Kirələr döyüşündə Ələkbər bəyə məğlub oldu.

Ələkbər bəy milli mübarizə zamanı bölgədə qurulan Araz Türk Cümhuriyyəti, Cənub-Qərbi Qafqaz Hökuməti, Zaqafqaziya Seymi və Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları arasında yer alıb. Cənub-Qərbi Qafqaz Hökumətini dağıtmaq üçün bölgəyə gələn Anzak qoşunları ilə döyüşərək, onları bölgədən uzaqlaşdırıb.

1920-ci ilin iyununda şiddətlənən erməni hücumlarına qarşı Ərhacı bölgəsinə çəkilmək qərarı verən Ələkbər bəy 1920-ci il noyabrın 12-də bölgəyə çatan Kazım Qarabəkir Paşanın komandanlığındakı türk ordusuna 10 mindən çox hərbi qüvvə ilə dəstək verərək, Araz çayı boyunca yerləşən erməni qüvvələrinə qarşı hücum təşkil edib.

Müharibədən sonra

Ağır müharibə günlərində müxtəlif səbəblərdən valideynləri və qızını itirən Ələkbər bəy Türkiyə Cümhuriyyətinin qurulmasından sonra Sürməlidə Türk Ocağının başına keçib. Eyni zamanda, İğdıra köç edən insanların problemlərinin həlli ilə məşğul olub, bələdiyyə sahəsində fəaliyyət göstərib və bir çox siyasi partiyanın qurulmasına öncüllük edib.

1970-ci il noyabrın 13-də həyata gözlərini yuman Ələkbər bəyin ölümü Güney Azərbaycan, Türkiyə və Azərbaycanda kədərlə qarşılanıb. Cənazəsi Mələkli-Çaybaşı ailə qəbiristanlığında dəfn edilib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 28.09.2021, 16:34

Anım günü hər bir azərbaycanlı üçün müqəddəs gündür – Kamaləddin Qafarov

• 28.09.2021, 16:32

Vətən müharibəsində Azərbaycan Ermənistana layiqli cavab verdi – Livanlı ekspert

• 28.09.2021, 15:25

“Araik Azərbaycan hərbçilərinin tələbini yerinə yetirməyə məcbur oldu…”

• 28.09.2021, 15:23

Rusiya XİN Qarabağ razılaşmalarının əsas nəticəsini açıqlayıb: “Hazırda vəziyyət sabitdir”

• 28.09.2021, 12:09

Azərbaycanın qələbəsində həlledici rolu Prezident İlham Əliyevin hazırladığı və reallaşdırdığı düzgün strategiya və taktika oynayıb – Tatyana Poloskova

• 27.09.2021, 16:55

“Qarabağda yaşayan erməniləri işlə təmin etməyə hazırıq…”

• 27.09.2021, 15:43

Bərxudarov Şuşanın Bayraq meydanında bayrağımızı qaldırdı

• 27.09.2021, 15:38

İlham Əliyev məcburi köçkünlərdən danışarkən kövrəldi – VİDEO

• 27.09.2021, 15:34

Şuşada türk dünyasının mədəniyyəti ilə bağlı tədbirlər keçiriləcək

• 27.09.2021, 15:32

Gürcüstandan Bakı və Yerevana “Qafqaz platforması” TƏKLİFİ

• 27.09.2021, 15:29

Prezidentdən İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə REAKSİYA: “Niyə indi..?”

• 27.09.2021, 15:27

İlham Əliyev Gorus-Qafan yolunda saxlanılan İran TIR-larından danışdı: “O qədər çirkin bir iş gördülər ki…”

• 27.09.2021, 15:25

Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu

• 27.09.2021, 15:22

Prezident və birinci xanım yürüşdə iştirak etdi – FOTOLAR

• 27.09.2021, 15:20

Vətən müharibəsinin başlamasından BİR İL KEÇİR

• 24.09.2021, 15:01

Rəhman Hacıyev QHT nümayəndələri ilə görüşüb

• 24.09.2021, 14:16

Azərbaycanda Rusiyaya münasibət… – Prezident

• 24.09.2021, 14:13

Aşotyan: Əliyev hər kəsi başa saldı ki, bununla barışmalısınız

• 24.09.2021, 14:10

Qriqoryan: Türkiyə ilə münasibətləri nizamlamağa hazırıq

• 24.09.2021, 14:02

Zəngilanlılar bu ilin sonunadək öz evlərinə qayıda bilər – Prezident

• 24.09.2021, 13:54

Şuşanı azad edəndən sonra Putin mənə zəng vurdu… – İlham Əliyev

• 24.09.2021, 13:48

İlham Əliyev şuşalıların öz evlərinə qayıdacağı tarixi AÇIQLADI

• 24.09.2021, 10:38

Prezident İlham Əliyev dünya ölkələrini “Dağlıq Qarabağ” adından istifadə etməməyə çağırıb

• 24.09.2021, 10:30

Prezident İlham Əliyev: Pandemiya ilə mübarizədə Azərbaycanın müfəssəl səyləri beynəlxalq səviyyədə qəbul edilib

• 23.09.2021, 12:15

İƏT Daimi İnsan Hüquqları Komissiyası ermənilərin törətdiyi hüquq pozuntuları ilə bağlı hesabat hazırlayacaq

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyul 2021
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 1234
567891011
12131415161718
19202122232425
262728293031