Şuşaya dəmir yolu xətti çəkiləcək

Ətraflı

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

Ətraflı

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

Ətraflı

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

Ətraflı

Qarabağın dirçəlməsinə hər cür dəstək verəcəyik – Türkiyənin nəqliyyat və infrastruktur naziri (ÖZƏL)

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Trend-ə özəl müsahibəsində Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyəti, COVİD-19 pandemiyasının Azərbaycan-Türkiyə ticarət dövriyyəsinə təsiri və Azərbaycana səfərindən danışıb.

Trend Adil Karaismailoğlu ilə müsahibəni təqdim edir.

Bakı-Tiflis -Qars (BTQ) dəmir yolu ilə bu günə qədər 30 milyon tondan çox yük daşınıb

2020-ci ilin əvvəlindən bu günə qədər davam edən pandemiya müddətində beynəlxalq yük daşımaları əsasən dəmir yolu ilə həyata keçirilib. 2020-ci ilin sonuna qədər Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu ilə daşınan yüklərin həcmi 34,1 milyon tona çatıb, bu isə əvvəlki illə müqayisədə 35% artım deməkdir. 2017-ci ildə istifadəyə verilən və Türkiyədən Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Rusiya, Qırğızıstan, Çin və Tacikistana yük daşımalarında önəmli rol oyanayan BTQ ilə 2021-ci ilin ilk beş ayının göstəricilərinə görə, 3899 konteynerlə 208 692 ton yük daşınıb.

Qarabağın dirçəlməsinə hər cür dətək verəcəyik, azad Qarabağ türk millətinin qürur mənbəyi oldu

Türkiyə Cümhuriyyəti olaraq sevimli və kədərli günlərdə, müharibədə və sülhdə yanında olduğumuz Azərbaycanın gözəl region olan Qarabağın dirçəldilməsinə və stabilliyə səmimi dəstəyi verəcəyik.
Bildiyiniz kimi , Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə 2021-ci il fevralın 17-də görüşümüz olub. Hörmətli həmkarımla görüşümüzdə nəqliyyat və rabitə sahəsindəki münasibətlərimizi müzakirə etmişik.

Eyni zamanda nümayəndə heyəti Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumunu da ziyarət etib, ölkəmizin informasiya və kommunikasiya məsələlərində təcrübə və biliklərini araşdırmaq üçün qarşılıqlı əməkdaşlıq proseslərinə başlayıb.

Bunun davamı olaraq 2021-ci il 18-19 fevral tarixlərində Türkiyədə Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının iclaslarını keçirdik.

Türkiyənin Vitse-prezidenti Fuat Oktay və Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi altında imzalanan protokollarla nazirliklər arasında əməkdaşlıq daha da dərinləşdi.

COVİD-19 pandemiyasının Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinə təsiri

COVİD-19 epidemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycanla ikitərəfli ticarətimiz 2020-ci ildə əvvəlki ilə nisbətən beş faiz artıb və enerji daxil olmaqla ticarət dövriyyəsi 4,6 milyard dollar olub. Hədəfimiz 2023-cü ildə 15 milyard dollarlıq ticarət həcminə çatmaqdır.

Azərbaycana səfərimiz çox məhsuldar idi

Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ilə və eyni zamanda, heyətlərarası toplantılar keçirildi. Daha sonra isə ölkə başçısı, Prezident İlham Əliyev tərəfindən qəbul edildik.

Azərbaycana ziyarətlərimiz zamanı işğaldan azad edilmiş ərazilərdə, Türkiyə podratçı şirkətlərinin çalışdığı Horadiz-Ağbənd dəmir yolunu, Əhmədbəyli-Horadiz-Mincivan –Ağbənd avtomobil yolunu və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihələri ilə tanış olduq.

Türkiyə olaraq, qardaş və dost ölkə olan Azərbaycana azad etdiyi Qarabağda həm mühəndislik, həm də texnologiya baxımından bütün gücümüzlə dəstək verəcəyik. İnşallah, bu birlik, qardaşlıq, dostluq əbədi davam edəcək.

Qarabağın bərpasına və qurulculuğa nə qədər çox töhfəmiz olsa, bu, bizim üçün bir o qədər sevindiricidir və Qarabağın yenidən qurulmasında qardaş Azərbaycanı dəstəkləməyə davam edəcəyik.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 26.07.2021, 14:45

2021-ci ilin yanvar-iyun aylarında Şuşa rayonunda Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 26.07.2021, 12:18

AKP ilə YAP arasında mükəmməl münasibət var – Numan Kurtulmuş

• 23.07.2021, 14:21

Azərbaycanda ermənicə hərbi sayt fəaliyyətə başladı

• 23.07.2021, 13:50

Xocavəndin ucqar dağ kəndlərinə hərəkət edən Azərbaycan yük maşınları

• 23.07.2021, 13:19

Şuşaya dəmir yolu xətti çəkiləcək

• 23.07.2021, 11:18

Prezidentin siyasətində uzaqgörənlik və məqsədyönlülük hər zaman ön plandadır

• 22.07.2021, 11:40

Azərbaycan KİV-nin müharibə və hərbi vəziyyət şəraitində işləmək bacarığı bütün dünya mediasına nümunə oldu – Səttar Möhbalıyev

• 22.07.2021, 11:01

Şuşa-Xankəndi yolundan XƏBƏR VAR

• 20.07.2021, 15:29

Əliyev-Putin görüşünün gündəmi: Moskva masasında nələr var?

• 20.07.2021, 15:24

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

• 20.07.2021, 14:57

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

• 20.07.2021, 14:54

Ərdoğan: “Bu məsələni İlham Əliyev qardaşımla müzakirə edirəm” – VİDEO

• 17.07.2021, 12:01

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

• 17.07.2021, 11:55

ABŞ Şuşa döyüşləri ilə bağlı BÜTÜN DETALLARI AÇDI: Yüzlərlə Azərbaycan hərbçisi… – VİDEO

• 17.07.2021, 11:29

Fuad Muradov German Zaxaryayevə medal verdi

• 17.07.2021, 11:26

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

• 17.07.2021, 11:24

Ombudsman Azərbaycan əsgərlərinə qarşı törədilən işgəncə faktlarına dair hesabat hazırlayıb

• 17.07.2021, 11:23

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib

• 17.07.2021, 11:19

Kəlbəcər, Tovuz və Naxçıvan istiqamətində atışmalar

• 16.07.2021, 12:02

Rəsmi Yerevanın Şuşa səfəri ilə bağlı bəyanatı klassik erməni həyasızlığının nümunəsidir – Ekspert

• 16.07.2021, 8:56

“Araik Rusiyanın məşhur kurort şəhəri – Jeleznovodskda otel aldı…”-FOTO

• 15.07.2021, 15:48

Paşinyan: Bakı bizi yenə blokadada saxlamaq istəyir

• 15.07.2021, 15:16

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana ZƏNG ETDİ

• 15.07.2021, 14:58

Paşinyanın ABŞ dövlət katibinin adından uydurma yaydığı üzə çıxdı

• 15.07.2021, 14:56

İranın yeni Prezidenti Qarabağın azad olunmasına görə İlham Əliyevi təbrik edib

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyul 2021
BE ÇA Ç CA C Ş B
« İyn    
 1234
567891011
12131415161718
19202122232425
262728293031