“Qarabağda yaşayan erməniləri işlə təmin etməyə hazırıq…”

Ətraflı

Bərxudarov Şuşanın Bayraq meydanında bayrağımızı qaldırdı

Ətraflı

İlham Əliyev məcburi köçkünlərdən danışarkən kövrəldi – VİDEO

Ətraflı

Prezidentdən İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə REAKSİYA: “Niyə indi..?”

Ətraflı

Sevgisinə görə Amerikanı satan diplomat xanım

Bütün ölkələrdə xüsusi xidmət orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biri də qarşı tərəf haqqında informasiyalar toplamaq olub ki, bu məqsədlə onlar əsasən “verbovka” metodundan istifadə ediblər.

 Yəni, xarici ölkə vətəndaşları fərqli üsullarla əməkdaşlığa cəlb olunublar. SSRİ-də DTK (“NKVD”, DTN) bu üsuldan geniş istifadə edib.

1946-cı ildə Annabel Byukar ABŞ-ın SSRİ-dəki səfirliyinə katib təyin ediləndə diplomat xanım sovet kəşfiyyatçılarının hədəfinə düşüb. Məsələnin “maraqlı” tərəfi ondan ibarət olub ki, Annabel Byukar bu vəzifəyə qədər ABŞ-ın Strateji Xidmətlər İdarəsində (sonralar Mərkəzi Kəşfiyyat İdarəsi) xidmət edib.

Annabel Byukar səfirlikdə informasiya təminatı sahəsinə cavabdehlik daşıyıb. SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşları bütün vasitələrə əl ataraq cazibədar xanımı əməkdaşlığa cəlb etməyə cəhd ediblər. Nəhayət, bu cəhdlərin biri uğurlu alınıb.

SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin 2-ci Baş İdarəsinin rəis müavini general-leytenant Leonid Rayxman amerikalı diplomatı “ələ keçirmək” üçün çox “incə” tələ qurub. O, bu məqsədlə mövcud dövrün tanınmış sənətkarı, Moskva Opera Teatrının solisti, görkəmcə çox yaraşıqlı olan Konstantin Lapşini bu işə cəlb edib. Konstantin Lapşin hələ 1940-cı ildən, “NKVD” dövründən xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.

Beləliklə, əvvəlcə Annabel Byukarın hansı məkanlarda istirahət etdiyi, əyləndiyi yerlər müəyyənləşdirilib. Məlum olub ki, amerikalı diplomat daha çox “Metropol” mehmanxanasının restoranında olur. Konstantin Lapşin işindən bir müddət ayrılaraq həmin restorana “ezam” edilib və restoranın solisti qismində çalışıb.

Bir neçə gündən sonra Lapşin Annabel Byukarın diqqətini cəlb edib. Daha dəqiq ifadə etsək, solist xanım diplomatın ürəyini ələ almağı bacarıb. Çox keçməmiş münasibətlər o qədər ciddiləşib ki, Annabel Byukar diplomatik statusunu unuduraq sovet vətəndaşı ilə ailə qurmağa qərar verib.

Artıq 1947-ci ildə Annabel Byukar vəzifəsindən azad olunmaq üçün yuxarı instansiyalara müraciət etdikdən sonra Lapşinlə rəsmi nikaha girib və SSRİ-dən siyasi sığınacaq alıb.  Sözsüz ki, bu nikah ABŞ rəsmiləri üçün gözlənilməz olub və onlarda böyük narahatlıq yaradıb.

Nikahdan sonra Annabel Byukara xüsusi xidmət orqanları ilə əməkdaşlıq təklif edilib. O, öz sevgisi naminə bu təklifi dərhal qəbul edib.

Qısa bir zamanda Annabel Byukar kommunist təbliğatının silahına çevrilib. O, SSRİ-nin ABŞ və İngiltərə üçün hazırladığı radioproqramların diktoru kimi fəaliyyət göstərib. Onun səsi ilə yayılan mətnlərin arasında aşağıdakı ifadələr qarşı tərəfin qıcığına daha çox səbəb olub:

“SSRİ-də dünyanın sülh atmosferi hökm sürür. Başqa dövlətlər silahlandığı, hərbi gərginlik yaratdığı halda Sovet İttifaqındakı sakitlik, sosial rifah insanları xoşbəxt gələcəyə səsləyir. Bu ölkədə hamı bərabərdir, hamı eyni hüquqa malikdir. Dünyanın gələcəyi SSRİ ilə bağlıdır…”

1949-cu ildə “Literaturnaya qazeta”nın nəşriyyatında Annabel Byukarın “Amerika diplomatları haqqında həqiqət”, adlı kitabı işıq üzü görüb. Kitab bir neçə dilə tərcümə olunaraq Avropa ölkələrində də çap olunub. Kitabda ABŞ-ın SSRİ-dəki səfirliyinin əməkdaşları haqqında yazılar daha çox yer alıb, müəllif onları antisovet fəaliyyətdə ittiham edərək iyrənc məxluqlara bənzədib. Sonralar öz açıqlamalarında Annabel Byukar kitabın DTK əməkdaşları tərəfindən yazıldığını, onun adı ilə təqdim olunduğunu bildirib.

1951-ci ildə tanınmış sovet rejissoru Aleksandr Dovjenko Kreml tərəfindən təcili göstəriş alıb. Göstərişə görə o, “Amerika diplomatları haqqında həqiqət” kitabının əsasında “Əlvida, Amerika” filmini çəkməyə başlayıb. Ancaq filmin çəkilişi  sona çatmayıb. Şəxsən Stalinin göstərişi ilə çəkilişlər dayandırılıb. Sovet liderinin hansı səbəbdən bu addımı atdığı bu günə qədər də tam məlum deyil. Bəzi versiyalara görə ABŞ-la SSRİ arasında münasibətlərin daha da gərginləşməməsi üçün filmin istehsalı dayandırılıb. Həmin film yalnız 1996-cı ildə bərpa olunaraq kütləvi nümayişə buraxılıb.

Annabel Byukara ABŞ-dan dəfələrlə geri dönmək təklifi gəlib. O, bu təkliflərin hamısını rədd edib. Xüsusilə cütlüyün 1948-ci ildə oğul övladları dünyaya gəldikdən sonra amerikalı diplomat Moskvada qalmağa birdəfəlik qərar verib.

Ömrünün son illərini Annabel Byukar ağrılar içərisində yaşayıb. 1990-cı ildə oğlu avtomobil qəzasında ölüb. Çox keçməmiş həyat yoldaşı da vəfat edib.

1996-cı ildə “Əlvida, Amerika” filmi nümayişə buraxılanda Annabel Byukara buna ciddi şəkildə etirazını bildirib və ilk dəfə SSRİ-də qalmağında böyük səhvə yol verdiyini etiraf edib. Bu etiraflar isə gecikmiş etiraflar olub.

Beləliklə, bir sevginin sayəsində Amerikanın sirlərini sovet xüsusi xidmət orqanlarına satan diplomat xanım ömrünün son illərində hər şeyi itirib, həyat yoldaşını da, oğlunu da, vətənini də. O, 1998-ci ildə Moskvada vəfat edib.

İlham Cəmiloğlu

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 28.09.2021, 16:34

Anım günü hər bir azərbaycanlı üçün müqəddəs gündür – Kamaləddin Qafarov

• 28.09.2021, 16:32

Vətən müharibəsində Azərbaycan Ermənistana layiqli cavab verdi – Livanlı ekspert

• 28.09.2021, 15:25

“Araik Azərbaycan hərbçilərinin tələbini yerinə yetirməyə məcbur oldu…”

• 28.09.2021, 15:23

Rusiya XİN Qarabağ razılaşmalarının əsas nəticəsini açıqlayıb: “Hazırda vəziyyət sabitdir”

• 28.09.2021, 12:09

Azərbaycanın qələbəsində həlledici rolu Prezident İlham Əliyevin hazırladığı və reallaşdırdığı düzgün strategiya və taktika oynayıb – Tatyana Poloskova

• 27.09.2021, 16:55

“Qarabağda yaşayan erməniləri işlə təmin etməyə hazırıq…”

• 27.09.2021, 15:43

Bərxudarov Şuşanın Bayraq meydanında bayrağımızı qaldırdı

• 27.09.2021, 15:38

İlham Əliyev məcburi köçkünlərdən danışarkən kövrəldi – VİDEO

• 27.09.2021, 15:34

Şuşada türk dünyasının mədəniyyəti ilə bağlı tədbirlər keçiriləcək

• 27.09.2021, 15:32

Gürcüstandan Bakı və Yerevana “Qafqaz platforması” TƏKLİFİ

• 27.09.2021, 15:29

Prezidentdən İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə REAKSİYA: “Niyə indi..?”

• 27.09.2021, 15:27

İlham Əliyev Gorus-Qafan yolunda saxlanılan İran TIR-larından danışdı: “O qədər çirkin bir iş gördülər ki…”

• 27.09.2021, 15:25

Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu

• 27.09.2021, 15:22

Prezident və birinci xanım yürüşdə iştirak etdi – FOTOLAR

• 27.09.2021, 15:20

Vətən müharibəsinin başlamasından BİR İL KEÇİR

• 24.09.2021, 15:01

Rəhman Hacıyev QHT nümayəndələri ilə görüşüb

• 24.09.2021, 14:16

Azərbaycanda Rusiyaya münasibət… – Prezident

• 24.09.2021, 14:13

Aşotyan: Əliyev hər kəsi başa saldı ki, bununla barışmalısınız

• 24.09.2021, 14:10

Qriqoryan: Türkiyə ilə münasibətləri nizamlamağa hazırıq

• 24.09.2021, 14:02

Zəngilanlılar bu ilin sonunadək öz evlərinə qayıda bilər – Prezident

• 24.09.2021, 13:54

Şuşanı azad edəndən sonra Putin mənə zəng vurdu… – İlham Əliyev

• 24.09.2021, 13:48

İlham Əliyev şuşalıların öz evlərinə qayıdacağı tarixi AÇIQLADI

• 24.09.2021, 10:38

Prezident İlham Əliyev dünya ölkələrini “Dağlıq Qarabağ” adından istifadə etməməyə çağırıb

• 24.09.2021, 10:30

Prezident İlham Əliyev: Pandemiya ilə mübarizədə Azərbaycanın müfəssəl səyləri beynəlxalq səviyyədə qəbul edilib

• 23.09.2021, 12:15

İƏT Daimi İnsan Hüquqları Komissiyası ermənilərin törətdiyi hüquq pozuntuları ilə bağlı hesabat hazırlayacaq

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyul 2021
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 1234
567891011
12131415161718
19202122232425
262728293031