Şuşaya dəmir yolu xətti çəkiləcək

Ətraflı

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

Ətraflı

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

Ətraflı

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

Ətraflı

Cəbrayıl rayonu üzrə 2021-сi il üçün əkin sahələrinin uçotunun aparılması haqqında

Cəbrayıl rayon ərazisi işğaldan azad olunduqdan sonra rayon üzrə əkin sahələri daha da genişləndirilmişdir. Belə ki, işğaldan azad olunmuş kəndlərin ərazisində qeyri-dövlət müəssisələri tərəfindən 3370 hektar taxıl əkilmişdir. Bunun da 3050 hektarı buğdanın (2770 hektar payızlıq və 280 hektar yazlıq), 320 hektarı isə yazlıq arpanın payına düşür.

Cəbrayıl rayon əhalisi məcburi köçkün olaraq respublikanın müxtəlif rayon və şəhərlərində məskunlaşmış və həmin ərazilərdə bu və ya digər formada torpaqdan istifadə etməklə müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkinini aparmışlar.

          Bu əkinlər əsasən Biləsuvar rayonu ərazisində  cəbrayıllı məcburi köçkünlər üçün salınmış 11 qəsəbədə yaşayan məcburi köçkün ailələr tərəfindən əkilmişdir. Belə ki,  1-6 saylı qəsəbələrdə hər bir ailə üçün  əkin yeri 0,71 hektar (0,12 ha həyətyanı sahə və 0,59 ha əkin sahəsi), 7-11 saylı qəsəbələrdə isə hər bir ailə üçün 0,52 hektar (0,12 ha həyətyanı sahə və 0,40 ha əkin sahəsi) torpaq sahəsinin ayrılması hesabına olmuşdur.

Rayonda mövcud olan 23 inzibati ərazi dairələrinin hamısında ayrı-ayrı ailə kəndli təsərrüfatları və qeyri-dövlət müəssisələri payızlıq və yazlıq əkin aparmışdılar.

2021-ci ilin məhsulu üçün əkin sahələri 5678,8  hektar təşkil etmişdir ki, bu da  əvvəlki illə müqayisədə  2184,8  hektar və ya 62,5 faiz çox olmuşdur. Əkin sahələrinin artmasının əsas səbəbi rayon ərazisinin işğaldan azad edilməsi hesabına olmuşdur.

Əsas ərzaq məhsulu olan payızlıq və yazlıq dənli və dənli paxlalıların əkin sahəsi 5590,0  hektar olmuşdur. 2021-ci ildə  tərəvəzlərin əkin sahəsi cəmi 65,0 hektar olmuşdur ki, bu da əvvəlki illə nisbətən 1 hektar  və ya 1,6 faiz çox deməkdir. Əkilmiş tərəvəz sahələrindən 32,2 hektar pomidor, 18,1 hektar baş soğan, 4,8 hektar xiyar, 1,0 hektar kələm, 1,7 hektar sarımsaq, 0,4 hektar xörək çuğunduru, 0,3 xörək üçün yerkökü və 6,5 hektar sair tərəvəzlərin payına düşür. Ərzaq üçün bostan bitkilərinin cəmi 1,0 hektar olmuşdur ki, bununda 0,8 hektarını qarpız və 0,2 hektarını isə yemiş təşkil edir.                    

Kartofun əkin sahəsi keçən illə nisbətən 0,4 hektar artırılaraq  32,0 hektar təşkil etmişdir. Cari ildə şəkər çuğunduru 22,8 hektar olmuşdur ki, bu da keçən ilki göstəriciyə nisbətən 14,8 hektar çox olmuşdur.

Yem bitkilərinin əkin sahəsi 1371,0 hektar olmuşdur ki, bununda 132,0 hektar cari ilin,   1239,0 hektarı isə  əvvəlki illərdə əkilmiş çoxillik ot olan yonca bitkisinin payına düşür. Yem bitkilərinin əkin sahəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,5 faiz və ya 96 hektar artıq olmuşdur. 2022-ci ildə rayon ərazisi tamamilə işğaldan azad olduğuna və əkin sahələri minalardan tam  təmizləndikdən sonra əkin sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulur.

 

 

 

Cəbrayıl Rayon statistika İdarəsinin rəisi 

Sahib Süleymanov

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 26.07.2021, 14:45

2021-ci ilin yanvar-iyun aylarında Şuşa rayonunda Ümumi daxili məhsul istehsalı və onun istifadəsi haqqında

• 26.07.2021, 12:18

AKP ilə YAP arasında mükəmməl münasibət var – Numan Kurtulmuş

• 23.07.2021, 14:21

Azərbaycanda ermənicə hərbi sayt fəaliyyətə başladı

• 23.07.2021, 13:50

Xocavəndin ucqar dağ kəndlərinə hərəkət edən Azərbaycan yük maşınları

• 23.07.2021, 13:19

Şuşaya dəmir yolu xətti çəkiləcək

• 23.07.2021, 11:18

Prezidentin siyasətində uzaqgörənlik və məqsədyönlülük hər zaman ön plandadır

• 22.07.2021, 11:40

Azərbaycan KİV-nin müharibə və hərbi vəziyyət şəraitində işləmək bacarığı bütün dünya mediasına nümunə oldu – Səttar Möhbalıyev

• 22.07.2021, 11:01

Şuşa-Xankəndi yolundan XƏBƏR VAR

• 20.07.2021, 15:29

Əliyev-Putin görüşünün gündəmi: Moskva masasında nələr var?

• 20.07.2021, 15:24

Türkiyənin pilotsuz qırıcısı: “Baykar” konseptual dizayn görüntülərini yaydı

• 20.07.2021, 14:57

Ermənistan Rusiyaya etiraz notası verdi?.. – Pah atonnan!..

• 20.07.2021, 14:54

Ərdoğan: “Bu məsələni İlham Əliyev qardaşımla müzakirə edirəm” – VİDEO

• 17.07.2021, 12:01

Erməni generalla dost olan azərbaycanlı siyasətçi: Əlaqə savaşdan sonra pozuldu

• 17.07.2021, 11:55

ABŞ Şuşa döyüşləri ilə bağlı BÜTÜN DETALLARI AÇDI: Yüzlərlə Azərbaycan hərbçisi… – VİDEO

• 17.07.2021, 11:29

Fuad Muradov German Zaxaryayevə medal verdi

• 17.07.2021, 11:26

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

• 17.07.2021, 11:24

Ombudsman Azərbaycan əsgərlərinə qarşı törədilən işgəncə faktlarına dair hesabat hazırlayıb

• 17.07.2021, 11:23

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib

• 17.07.2021, 11:19

Kəlbəcər, Tovuz və Naxçıvan istiqamətində atışmalar

• 16.07.2021, 12:02

Rəsmi Yerevanın Şuşa səfəri ilə bağlı bəyanatı klassik erməni həyasızlığının nümunəsidir – Ekspert

• 16.07.2021, 8:56

“Araik Rusiyanın məşhur kurort şəhəri – Jeleznovodskda otel aldı…”-FOTO

• 15.07.2021, 15:48

Paşinyan: Bakı bizi yenə blokadada saxlamaq istəyir

• 15.07.2021, 15:16

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana ZƏNG ETDİ

• 15.07.2021, 14:58

Paşinyanın ABŞ dövlət katibinin adından uydurma yaydığı üzə çıxdı

• 15.07.2021, 14:56

İranın yeni Prezidenti Qarabağın azad olunmasına görə İlham Əliyevi təbrik edib

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyun 2021
BE ÇA Ç CA C Ş B
« May   İyl »
 123456
78910111213
14151617181920
21222324252627
282930