Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

Ətraflı

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

Ətraflı

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

Ətraflı

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

Ətraflı

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu

Artıq 33 qaziyə son nəsil protezlər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründə həyata keçirilən dəstək tədbirləri çərçivəsində daha 50 qazimizin də son nəsil protezlərlə təminatı prosesinə başlanılıb. Onlardan 8-i bu gün yüksək texnologiyalı protezlərlə təmin olundu.
Beləliklə, artıq 33 qazi yüksək texnologiyalı protezlə təmin edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez- Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində protezlərlə təmin olunan 8 qazi ilə görüş olub, onların rəy və təəssüratları öyrənilib. Qazilərimiz –Samid Xudadlı, Ramiz Qasımov, Sərxan Quliyev, Elşən Həmidov, Asim Məmmədbəyov, Bəşir Məmişov, Hüseyn Sadıqov, Ceyhun Camalov müasir protezlərin rahat hərəkətə imkan verdiyini bildirib, göstərilən dəstəkdən razılıq ifadə ediblər.

Hazırda dövlət hesabına təqdim edilən protezlər dünyada bu sahədə ən qabaqcıl olan “Genium” sisteminin – yüksək aktivlik və funksionallıq dərəcəsi olan protezlərin istehsalı sisteminin standartları əsasında hazırlanır. Protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, köməkçi vasitələr olmadan sərbəst addımlamağa, qeyri-bərabər səth və panduslara uyğun və sabit, inamlı hərəkətə, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə imkan yaradır. Proqram təminatı ilə nizamlanan bu protezləri istifadə edən şəxs istədiyi rejimi seçərək onlarla rahat hərəkət imkanı qazanır.
Aşağı ətrafları amputasiya olunmuş qazilərlə yanaşı, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər davam etdirilir. Bu işlər yüksək texnologiyalı protezləşmə sahəsində ən qabaqcıl dünya təcrübəsinə malik olan İslandiyanın ÖSSUR şirkəti ilə əməkdaşlıq şəraitində aparılır. Şirkətin mütəxəssisləri tərəfindən təlimlər keçirilərək müvafiq sahədə ən müasir dünya təcrübəsi öyrənilib, həmçinin yuxarı ətrafları amputasiya olunmuş 32 nəfər qazimizdən müvafiq ölçülər götürülüb.

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu (FOTO) - Gallery Image

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu (FOTO) - Gallery Image

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu (FOTO) - Gallery Image

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu (FOTO) - Gallery Image

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu (FOTO) - Gallery Thumbnail

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu (FOTO) - Gallery Thumbnail

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 22.06.2021, 16:40

Cəbrayıl rayonu üzrə 2021-сi il üçün əkin sahələrinin uçotunun aparılması haqqında

• 22.06.2021, 16:33

Barama tədarükü və taxıl biçini haqqında

• 21.06.2021, 15:57

Şuşa rayonu üzrə 2021-ci ilin məhsulu üçün əkinlər yekunlaşmışdır

• 15.06.2021, 18:47

Müdafiə sənayesi sahəsində əlaqələrimiz fərqli şəkildə inkişaf edəcək – Ərdoğan

• 15.06.2021, 18:41

Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

• 15.06.2021, 18:39

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

• 15.06.2021, 18:36

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

• 15.06.2021, 18:34

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

• 15.06.2021, 18:31

Əliyev Ərdoğanla “Zəngəzur dəhlizi” ilə bağlı razılaşma əldə edildiyini bəyan etdi

• 15.06.2021, 18:10

İlham Əliyev və Ərdoğan Şuşa bəyannaməsini imzaladı

• 11.06.2021, 17:02

Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk Azərbaycan Prezidenti

• 11.06.2021, 16:59

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu

• 11.06.2021, 16:54

NATO sammitində Qarabağ müzakirəsi… – Ərdoğan

• 11.06.2021, 16:44

Rektor: “ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik”

• 11.06.2021, 16:41

Ermənilər Monteyə Moskvada xatirə gecəsi keçirir

• 11.06.2021, 16:34

Azərbaycan və Ermənistan münasibətləri sıfırdan necə qurmalıdırlar?

• 11.06.2021, 16:32

“Gallup”un sorğusunda Koçaryan Paşinyanı üstələdi

• 11.06.2021, 16:28

Müharibə əlilləri bu rüsumlardan azad ediləcək

• 11.06.2021, 16:19

Bayden və Makronun Ərdoğanla görüşünün SİRLƏRİ AÇILDI: Qarabağa dönüş və Rusiyanın…

• 11.06.2021, 16:16

Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı ÇIXDI

• 11.06.2021, 16:13

Ərdoğan: “Şuşada İlham Əliyevlə saziş imzalayacağıq”

• 11.06.2021, 16:11

“15 iyun Azərbaycan xalqına bəxş olunan Qurtuluş Günüdür” ŞURA SƏDRİ ŞƏRH ETDİ

• 11.06.2021, 14:41

Füzulinin Gecəgözlü kəndi

• 09.06.2021, 15:44

Ərdoğan Şuşaya səfər edəcəyini söylədi – VİDEO

• 31.05.2021, 11:03

Düşmən təxribatlarının qarşısının alınması məqsədilə qətiyyətli addımlar atılsın və çevik tədbirlər görülsün – Zakir Həsənov

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
İyun 2021
BE ÇA Ç CA C Ş B
« May    
 123456
78910111213
14151617181920
21222324252627
282930