Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

Ətraflı

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

Ətraflı

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

Ətraflı

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

Ətraflı

2021-ci ilin yanvar-mart aylarında Cəbrayıl rayonunun sosial-iqtisadi inkişafı haqqında

          Ümumi daxili məhsul. 2021-ci ilin yanvar-mart aylarında Cəbrayıl rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, tikinti-quraşdırma işləri, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə)  məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artaraq  4635,6 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin  hər nəfərinə düşən dəyəri 56,3 manat təşkil etmişdir.

          Rayonda istehsalın ümumi həcminin artmasının əsas səbəbi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı sahəsində istehsalın 2,2 faiz, sənaye sahəsində 1,1 faiz, tikinti sahəsində 18,5 faiz, rabitə sahəsində 4,3 faiz artmasıdır.  

          Məhsulun 382,7 min manatı sənayedə,  3777,1 min manatı kənd təsərrüfatında, 425,5 min manatı tikintidə, 11,2 min manatı nəqliyyat və anbar təsərrüfatında, 39,1 min manatı isə informasiya və rabitə sahələrində olmuşdur.

 

          Demoqrafik göstəricilər. Cəbrayıl rayonunun ərazisi 1,05 min kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 78 nəfər təşkil edir.

          2021-ci ilin  01 aprel vəziyyətinə rayonun əhalisi 82,3 min nəfər olmuş                (o cümlədən şəhər yeri 13,6 min nəfər, kənd yeri 68,7 min nəfər) və 2021-ci ilin əvvəlindən 112 nəfər, yaxud 0,1 faiz artmışdır. Rayon əhalisinin ümumi sayından 49,0 faizini kişilər (40,4 min nəfər),  51,0 faizini qadınlar (41,9 min nəfər) təşkil edir. Əhalinin 22,0 faizi 0-14 yaşda (18,1 min nəfər), 71,2 faizi 15-64 yaşda (58,6 min nəfər), 6,8 faizi (5,6 min nəfər) 65 və yuxarı yaşda olanlardır. Əhalinin 23,3 faizini (19,2 min nəfər) 14-29 yaşda olan yeniyetmələr və gənclər təşkil edir.

2021-ci ilin yanvar-mart aylarında Cəbrayıl rayonunda 225 doğulan, 112 nəfər ölən qeydə alınmışdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə doğulanların sayı 24 nəfər  və ya 11,9 faiz artmışdır. İlin əvvəlindən ölənlərin sayı  isə 112 nəfər olmuşdur. 2020-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı  48 nəfər və ya 75,0 faiz artmışdır.

          2021-ci ilin yanvar-mart aylarında rayonda 37 nikah bağlanmış və                        14 boşanma faktı qeydə alınmışdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı  8,8 faiz artmış, boşanma faktlarının sayı isə 17,6 faiz azalmışdır.

         2021-ci ilin yanvar-mart aylarında rayon ərazisinə daimi yaşamaq üçün gələn olmamışdır. Rayon üzrə miqrasiyanın mənfi saldosu 1 nəfər olmuşdur.

 

Əmək. İşləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhali Cəbrayıl rayonunda    01 aprel 2021-ci il tarixə 40,6 min nəfər olmuş, 15 və yuxarı yaşda olan əmək qabiliyyətli rayon əhalisinin 76,2 faizini təşkil etmişdir. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi  93,2 faiz olmuşdur.

2021-ci ilin yanvar-mart aylarında  rayonda  15 vahid yeni iş yeri –                         o cümlədən 5 mövcud müəssisələrdə, 10 vahid yeni yaradılmış müəssisədə açılmışdır.

2021-ci ilin yanvar-mart aylarında  rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 493,2 manat təşkil etmişdir. Ötən ilin müvafiq dövründə isə orta aylıq əmək haqqı 492,4 manat təşkil etmişdir.  Bu rəqəmləri müqayisə etsək görərik ki, baxılan dövrdə bir işçiyə düşən orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən  100,2 faiz təşkil edir.  

 

Sənaye. Cəbrayıl rayonu ərazisində 2021-ci ilin yanvar-mart aylarında mövcud olan aşağıdakı sənaye müəssisələri – Cəbrayıl rayon kənd içməli su təchizatı müəssisəsi, Cəbrayıl Rayon Paylayıcı Elektrik şəbəkəsinin rayon sahəsi, “Azərxalça” ASC-nin Cəbrayıl filialı fəaliyyət göstərir.

          2021-ci  ilin yanvar-mart aylarında istehsal olunmuş mallar, yerinə yetirilmiş iş və  xidmətlər 382,7  min manat olmuşdur. Ötən ilin müvafiq dövründə bu göstərici 378,7  min  manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsal olunmuş mallar, yerinə yetirilmiş iş və xidmətlər 1,1 faiz artmışdır.

Sənaye fəaliyyəti ilə məşğul olan müəssisələr üzrə 2021-ci ilin yanvar-mart aylarında hesablanmış əmək haqqı fondu 253,2 min  manat olmuşdur. Ötən ilin müvafiq dövründə bu göstərici 222,0 min  manat olmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çox deməkdir.     

          Bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 2021-ci ilin yanvar-mart aylarında 402,0 manat, ötən ilin müvafiq dövründə bu göstərici 359,2 manat olmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə  müqayisədə 11,9 faiz  çoxdur.

                                                        

         Əsaslı tikinti və investisiya. Rayon üzrə tikinti təşkilatlarının 2021-ci ilin yanvar-mart aylarında öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin dəyəri 425,5 min manat olmuşdur. Görülən işlərin hamısı cari təmir işləridir.

          Ötən ilin müvafiq dövründə yerinə yetirilmiş podrat işlərinin  dəyəri 359,1 min manat olmuşdur. Baxılan dövrdə yerinə yetirilmiş podrat işlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən  18,5 faiz çox olmuşdur.  

          Tikinti təşkilatlarında ilin əvvəlindən 95 nəfər çalışmışdır. Onlara 138,6 min manat əmək haqqı hesablanmışdır. Ötən ilin müvafiq dövründə tikinti təşkilatlarında çalışanların sayı sabit qalmış və onlara  134,4  min manat əmək haqqı hesablanmışdır. Bir işçiyə düşən orta aylıq əmək haqqı 486,2 manat olmuşdur. Bu rəqəmləri müqayisə etsək görərik ki, baxılan dövrdə bir işçiyə düşən orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən  103,1 faiz təşkil edir.  

         Cəbrayıl rayonu üzrə 01 aprel 2021-ci il tarixə yazlıq əkinlərin cəmi 355,0 hektar təşkil etmişdir. Keçən ilin müvafiq dövründə isə 79,8 hektar olmuşdur. Keçən il yazlıq əkinlərin 8 ha texniki bitki olan şəkər çuğunduru,  18,2 ha tərəvəz, 31,6 ha kartof olmuşdur. Bu il isə 10 ha texniki bitki olan şəkər çuğunduru,  21,0 ha  tərəvəz,  32,0 ha kartof  və 12,0 ha yazlıq yonca bitkisi əkilmişdir. Beləliklə, keçən ilin müvafiq dövrünə nisbətən yazlıq bitkilərin əkini 4,4 dəfə artmışdır.  

01 aprel 2021-ci il tarixə heyvandarlıq sahəsində qənaətbəxş vəziyyət olmuşdur. Belə ki, qeyd edilən dövrdə rayon üzrə 10970  baş iri buynuzlu mal-qara, o cümlədən  4305 baş inək və camış, 100386  baş qoyun və keçi mövcud olmuşdur.

         01 aprel 2021-ci il tarixə mövcud olan mal-qaranın sayını ötən ilin müvafiq dövrü ilə müqayisə etsək görərik ki, iri buynuzlu mal-qara 192 baş, o, cümlədən inək və camış 113 baş, qoyun və keçilərin sayı isə 333 baş artmışdır.  

Baxılan dövrdə rayon üzrə ət istehsalı 488 ton (dirı çəkidə), süd istehsalı 1962 ton, yumurta istehsalı 1280 min ədəd olmuşdur.  Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə  ət istehsalı 10 ton və ya 2,1 faiz, süd istehsalı 57 ton və ya 3,0 faiz, yumurta istehsalı isə 32 min ədəd və ya 2,6 faiz artmışdır.    

            

         Nəqliyyat və rabitə.  Rayon üzrə  2021-ci ilin yanvar-mart aylarında dövlət rabitə müəssisələrində göstərilmiş rabitə xidmətlərinin həcmi 39,1 min manat, başqa sözlə keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çox olmuşdur.

          Rayon üzrə 3 avtomat telefon stansiyası vardır. ATS üzrə ümumi tutum 1232 nömrədir.   Baxılan dövrdə istifadə olunan telefon şəbəkələrinin sayı 1198 nömrə olmuşdur. Bu telefon şəbəkələrinin hamısı elektron sistemlidir.

ADSL və HDSL avadanlıqlarının tutumu 960-dır. ADSL və HDSL avadanlıqlarından istifadə edən abunəçilərin sayı isə 964 abunəçidir.

 

 

Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi

Sahib Süleymanov                 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 21.06.2021, 15:57

Şuşa rayonu üzrə 2021-ci ilin məhsulu üçün əkinlər yekunlaşmışdır

• 15.06.2021, 18:47

Müdafiə sənayesi sahəsində əlaqələrimiz fərqli şəkildə inkişaf edəcək – Ərdoğan

• 15.06.2021, 18:41

Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

• 15.06.2021, 18:39

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

• 15.06.2021, 18:36

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

• 15.06.2021, 18:34

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

• 15.06.2021, 18:31

Əliyev Ərdoğanla “Zəngəzur dəhlizi” ilə bağlı razılaşma əldə edildiyini bəyan etdi

• 15.06.2021, 18:10

İlham Əliyev və Ərdoğan Şuşa bəyannaməsini imzaladı

• 11.06.2021, 17:02

Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk Azərbaycan Prezidenti

• 11.06.2021, 16:59

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu

• 11.06.2021, 16:54

NATO sammitində Qarabağ müzakirəsi… – Ərdoğan

• 11.06.2021, 16:44

Rektor: “ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik”

• 11.06.2021, 16:41

Ermənilər Monteyə Moskvada xatirə gecəsi keçirir

• 11.06.2021, 16:34

Azərbaycan və Ermənistan münasibətləri sıfırdan necə qurmalıdırlar?

• 11.06.2021, 16:32

“Gallup”un sorğusunda Koçaryan Paşinyanı üstələdi

• 11.06.2021, 16:28

Müharibə əlilləri bu rüsumlardan azad ediləcək

• 11.06.2021, 16:19

Bayden və Makronun Ərdoğanla görüşünün SİRLƏRİ AÇILDI: Qarabağa dönüş və Rusiyanın…

• 11.06.2021, 16:16

Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı ÇIXDI

• 11.06.2021, 16:13

Ərdoğan: “Şuşada İlham Əliyevlə saziş imzalayacağıq”

• 11.06.2021, 16:11

“15 iyun Azərbaycan xalqına bəxş olunan Qurtuluş Günüdür” ŞURA SƏDRİ ŞƏRH ETDİ

• 11.06.2021, 14:41

Füzulinin Gecəgözlü kəndi

• 09.06.2021, 15:44

Ərdoğan Şuşaya səfər edəcəyini söylədi – VİDEO

• 31.05.2021, 11:03

Düşmən təxribatlarının qarşısının alınması məqsədilə qətiyyətli addımlar atılsın və çevik tədbirlər görülsün – Zakir Həsənov

• 31.05.2021, 10:44

Zəngilanda erməni təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi xəbərləri həqiqəti əks etdirmir – DSX

• 27.05.2021, 11:45

28 May – Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
May 2021
BE ÇA Ç CA C Ş B
« Apr   İyn »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31