Bakının AĞILLI PLANI: Ermənistan ərazi bütövlüyümüzü tanıyacaq – VİDEO
Video əlavə olunub.
xxx
Sərhəddə gərginlik, ardınca demarkasiya ilə bağlı yeni sənədin qəbul edilməsi məsələsinin gündəmə gəlməsinin Azərbaycanın maraqları baxımından üç vacib detalı var.
Birincisi: Qarabağ məsələsi gündəmdən çıxarıldı və gərginlik Xankəndidən sərhədə köçürüldü;
İkincisi: Sərhəd məsələsinin Minsk qrupu həmsədrlərinin münaqişəni yenidən diriltmək istəkləri ərəfəsində gündəmə gəlməsi təsadüfi deyildi və bu cəhdlər arxa plana keçirildi;
Üçüncüsü və ən vacibi: sərhədlərin demarkasiya və delimitasiyasıyla bağlı sənədin imzalanması ilə Azərbaycan və Ermənistan bir-birinin dövlət sərhədini tanıyacaq. Beləliklə, yeni sənədin imzalanmasından sonra Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi rəsmən tanımış olacaq, Qarabağdakı erməni qoşunları da çıxarılacaq;
Proseslərdə bütün tərəflərin öz maraqları, öz oyunları var, amma oyunu quranlardan biri də Bakıdır.
Asif Nərimanlı