Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

Ətraflı

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

Ətraflı

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

Ətraflı

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

Ətraflı

18 il atasından xəbər tutmayan “HÖKMDAR”: Onun ürəyi Almaniyada dayandı – Bir dahi barədə bir neçə kəlmə

“Yadımdadı, atam 37-ci ilin 29 sentyabrında həbs edildi. 9 yaşım vardı onda. O, Laçın rayonunun birinci katibi idi. 1938-ci ilin 4 iyununda isə “troyka”nın qərarıyla onu güllələdilər. Biz onun güllələnməsindən bir də 18 il sonra, 56-cı ildə xəbər tutduq. Ona bəraət veriləndə”. 

 

Tahir Salahovun müsahibəsindəndi. SSRİ xalq rəssamı, bir çoxlarının “rənglər hökmdarı” adlandırdığı dahinin.  O dahi ki dünən 92 yaşında Almaniyada dünyasını

 dəyişdi. Bacısı deyir ki, iki gün əvvəl aparılmışdı Almaniyaya, Moskvadan. 

 

Hə, uzun illərdi ki, Moskvada yaşayırdı. 70 il əvvəl köçmüşdü sovetlərin paytaxtına. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirəndən sonra, nəinki keçmiş SSRİ-nin, dünyanın ən böyük incəsənət məktəblərindən olan Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olmuşdu. Və bununla da həyatı Rusiyaya bağlanmışdı. Amma həm özü, həm də yaradıcılığı birmənalı Azərbaycana bağlıydı… 

 

Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakıda anadan olub. Yuxarıda qeyd etdiyimiz kimi, atası Teymur Salahov həbs olunub güllələndikdən sonra evdar qadın olan anası Sona xanım beş uşaqla tək qalmışdı. Böyük qardaşı Sabirin 11, ortancıl qardaşı Mahirin 10, özünün 9, kiçik bacısı Zərifənin 5 yaşı vardı. Körpə Leyla isə cəmi 2 aylıq idi. 

 

1945-ci ildə Bakıda orta məktəbi bitirir. Əvvəl Əzimzadəyə daxil olur, oradan isə Surikova yollanır. 27 yaşında “Dalğa” və “Estakada”" adlı ilk əsərlərini çəkir. 1957-ci ildə diplom işi olan Bakı neftçilərinin həyatından bəhs edən “Növbədən qayıdanda” tablosu ona böyük şöhrət gətirir. 

 

 

"Növbədən qayıdanda"

 

Salahovun əsərlərində Bakı, Abşeron, qəhrəman neftçilərinin həyatı qırmızı xətlə keçir desək, yanılmarıq. Onun “Təmirçilər”, “Xəzər üzərində”, “Abşeron qadınları”,  “Nardaran kəndi” , “Dənizdə buruqlar”,  “Xəzərdə qayalar”,  “Xəzərdə axşam”, “Mərdəkan qalası”, “Nardaranda küçə” , “Xəzərdə sahil”  əsərləri bu qəbildəndi. Sonradan Salahov öz xatirələrində yazacaqdı: “Mən bir neçə ay Neft Daşlarında neftçilərlə eyni yataqxanada qalmışam. Məhz əməksevən obrazlarımı da elə orada tapmışam”. 

 

Onun haqqında bir dəfə belə demişdilər: “Görkəmli Azərbaycan rəssamı, qüdrətli fırça ustası kimi Tahir Salahovu bütün dünya tanıyır. Deməli, Tahir Salahovun sənəti vasitəsilə beynəlxalq aləm həm də Azərbaycanı bir daha tanımaq imkanı qazanır”. 

 

Mövzusundan, üslubundan, yanaşma tərzindən asılı olmayaraq, Tahir Salahovun əsərlərinin əksəriyyətində bir parça, bir ovuc, bir cizgi Abşeron rəngi, ovqatı mövcuddur. Rəssamın yaradıcılığında “Sənə, bəşəriyyət!” tablosu xüsusi yer tutur.

 

 

"Sənə bəşəriyyət"

 

Təsəvvür edin, bu əsər ilk dəfə 12 aprel 1961-ci ildə Bakıda təşkil edilmiş sərgisində nümayiş etdirilir. Həmin gün isə ilk insanın, Yuri Qaqarinin kosmosa uçduğu gün idi. Sonradan Salahov deyəcəkdi: “1959-cu ildə, insanın kosmosa uçuşundan iki il əvvəl gecənin bir vaxtı mən qəflətən yuxudan ayıldım və kosmik səmada yanar ulduzlar arasında uçan, antik çöhrəli kişi və qadın eskizi çəkdim. Az sonra mən həmin eskizi kətan üzərinə köçürdüm və məhz Yuri Qaqarin kosmosa uçan gün bu işi sərgidə nümayiş etdirdim”. 

 

Tahir Salahov əvvəl SSRİ məkanında və Azərbaycanda, sonra isə Qərbdə və dünyada “sərt stilin”  yaradıcısı hesab olunur. Mütəxəssislərin qənaətinə görə, Tahir Salahovun tənqidi realist rəssam olduğunu qeyri-rəsmi şəkildə olsa da, mütləq əksəriyyət həmişə qəbul edib. Görkəmli sovet rəssamlarından Pavel Nikonov, Viktor İvanov, Qeliy Korjev və başqaları da sərt üslubda orijinal rəsm əsərləri çəkiblər. Amma bütövlükdə rəssamlıqda İttifaq miqyasında sərt realizm sənət məktəbini yaratmaq Tahir Salahova məxsus mühüm xidmətdir. 

 

“O inanılmaz rəssam, görkəmli pedaqoq, çox gözəl oğuldur. Mən onun öz doğmalarına münasibətini, yanaşmasını görmüşəm. Öz anasına, mənim anama, qızlarına, nəvələrinə, mənə. İstənilən adam ondan bir xahiş eləsə, o heç vaxt həmin adamı qırmaz, çalışar ki, ona kömək etsin. O, çox gözəl yemək hazırlamağı bacarır. Şəxsən mənə bu işi Tahir öyrədib. Ümumiyyətlə, mən ondan çox şey öyrənmişəm. O mənim üçün təkcə dost, sevimli həyat yoldaşı deyil, həm də müəllimdir”. Həyat yoldaşı Varvara Salahova deyir bu sözləri.

 

 

Tahir Salahov və həyat yoldaşı Varvara Salohova

 

Sənətinə dövlət qayğısı göstərilən böyük sənətkar saysız-hesabsız mükafatlara sahibdir. O, Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci və üçüncü dərəcəli ordeninə, müstəqil Azərbaycanın ali mükafatı olan “İstiqlal”və “Heydər Əliyev” ordenlərinə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin təltiflərinə, müxtəlif medallarına və mükafatlarına sahibdi. 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə və dünya təsviri sənət xəzinəsinə layiqli töhfələrinə görə, “Heydər Əliyev” mükafatına layiq görülüb. 

Tahir Salahov neçə il idi ki, ürəyindən müalicə olunurdu. Bu məqsədlə ildə iki dəfə Almaniyaya gedirdi. Bu, son gediş oldu. Onun böyük ürəyi də məhz Almaniyada dayandı…(lent.az)

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 21.06.2021, 15:57

Şuşa rayonu üzrə 2021-ci ilin məhsulu üçün əkinlər yekunlaşmışdır

• 15.06.2021, 18:47

Müdafiə sənayesi sahəsində əlaqələrimiz fərqli şəkildə inkişaf edəcək – Ərdoğan

• 15.06.2021, 18:41

Şuşadan dünyaya verəcəyimiz mesajlar çox önəmlidir – Ərdoğan

• 15.06.2021, 18:39

Prezidentlər Şuşada “Xan qızı” BULAĞINDA

• 15.06.2021, 18:36

Ərdoğan: “Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq”

• 15.06.2021, 18:34

İlham Əliyev Şuşa bəyannaməsinin əhəmiyyətindən danışdı

• 15.06.2021, 18:31

Əliyev Ərdoğanla “Zəngəzur dəhlizi” ilə bağlı razılaşma əldə edildiyini bəyan etdi

• 15.06.2021, 18:10

İlham Əliyev və Ərdoğan Şuşa bəyannaməsini imzaladı

• 11.06.2021, 17:02

Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk Azərbaycan Prezidenti

• 11.06.2021, 16:59

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olundu

• 11.06.2021, 16:54

NATO sammitində Qarabağ müzakirəsi… – Ərdoğan

• 11.06.2021, 16:44

Rektor: “ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik”

• 11.06.2021, 16:41

Ermənilər Monteyə Moskvada xatirə gecəsi keçirir

• 11.06.2021, 16:34

Azərbaycan və Ermənistan münasibətləri sıfırdan necə qurmalıdırlar?

• 11.06.2021, 16:32

“Gallup”un sorğusunda Koçaryan Paşinyanı üstələdi

• 11.06.2021, 16:28

Müharibə əlilləri bu rüsumlardan azad ediləcək

• 11.06.2021, 16:19

Bayden və Makronun Ərdoğanla görüşünün SİRLƏRİ AÇILDI: Qarabağa dönüş və Rusiyanın…

• 11.06.2021, 16:16

Ermənistan Ukraynanın ərazi bütövlüyünə qarşı ÇIXDI

• 11.06.2021, 16:13

Ərdoğan: “Şuşada İlham Əliyevlə saziş imzalayacağıq”

• 11.06.2021, 16:11

“15 iyun Azərbaycan xalqına bəxş olunan Qurtuluş Günüdür” ŞURA SƏDRİ ŞƏRH ETDİ

• 11.06.2021, 14:41

Füzulinin Gecəgözlü kəndi

• 09.06.2021, 15:44

Ərdoğan Şuşaya səfər edəcəyini söylədi – VİDEO

• 31.05.2021, 11:03

Düşmən təxribatlarının qarşısının alınması məqsədilə qətiyyətli addımlar atılsın və çevik tədbirlər görülsün – Zakir Həsənov

• 31.05.2021, 10:44

Zəngilanda erməni təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi xəbərləri həqiqəti əks etdirmir – DSX

• 27.05.2021, 11:45

28 May – Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
May 2021
BE ÇA Ç CA C Ş B
« Apr   İyn »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31