Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Peru mətbuatı: Azərbaycan azad edilmiş ərazilərinin bərpası və məcburi köçkünlərin geri qayıdışı üçün səylərini artırır (FOTO)

Bakı. Trend:

Perunun ən nüfuzlu KİV-lərindən olan “La Razón” qəzetində 44 günlük Vətən müharibəsinin yekunları, regionda münaqişə sonrası yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərin erməni vandalizminə məruz qalması, azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtması üçün mövcud maneələr və ölkəmiz tərəfindən burada aparılan yenidənqurma işləri haqda bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi dərc olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, müsahibədə 44 günlük müharibənin yekununda Azərbaycanın 30 ilə yaxın erməni işğalında olan ərazilərinin böyük hissəsini azad etdiyi, 10 noyabr tarixli üçtərəfli bəyanatla Ermənistan silahlı qüvvələrinin digər ərazilərimizdən çıxarıldığı, bölgədə Rusiya-Türkiyə birgə montorinq mərkəzinin yaradıldığı və Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi məlumat verilib.

Hazırda Azərbaycanın başlıca hədəfinin işğal dövründə Ermənistan tərəfindən qovulmuş 1 milyona yaxın məcburi köçkünümüzün geri qaytarılması olduğu və bu məqsədlə geniş miqyaslı yenidənqurma işlərinin aparıldığı, ancaq bu məqsədin həyata keçirilməsi üçün bir sıra maneələrin mövcud olduğu, bu xüsusda azad edilmiş şəhər və qəsəbələrdə yaşayış infrastrukturunun ermənilər tərəfindən tamamilə dağıdıldığı, ölkəmizə aid tarixi-mədəni irsin məhvinə cəhd edildiyi, burada geniş sahələrin kütləvi qaydada minalandığı, Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi və mülkü vətəndaşların təhlükəsizliyini təmin etmək üçün beynəlxalq ictimaiyyətin bu məsələyə ciddi münasibət bildirməsi gərəkdiyi qeyd olunub.

Bölgədə sabitliyin bərqərar olmasına qarşı digər bir təhlükənin Ermənistanda münaqişənin bitdiyini qəbul etməyən, yeni hərbi qarşıdurmaların yaranmasını təşviq edən qisasçı və radikal milliyətçi qüvvələrin meydana çıxması olduğu bildirilib və regionda davamlı sülhün təmin edilməsi üçün Ermənistanın bu kimi yanaşmalardan, ərazi iddialarından və təcavüzkar siyasətindən əl çəkməli olduğu söylənilib.

Sonda Azərbaycanın onilliklərlə davam edən işğal vəziyyətinə rəğmən əldə etdiyi iqtisadi uğurlar, bölgədə Türkiyə və Gürcüstanın da iştirakı ilə reallaşdırdığı iri miqyaslı enerji və infrastruktur layihələri haqda məlumat verilib, bu günə qədər ölkəmiz tərəfindən bu sahədə həyata keçirilmiş uğurlu təşəbbüslərin regionun münaqişədən sonrakı inkişafına öz töhfəsini verəcəyi bildirilib, habelə pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən tədbirlər və cari ildən etibarən aparılan peyvəndləmə prosesi haqda danışılıb.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31