2020-ci ildə Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında
2020-ci il ərzində Şuşa rayonunun əhalisinin sayı 244 nəfər və yaxud 0.7 faiz artaraq 01.01.2021-ci il tarixə 34923 nəfərə çatmışdır. Hazırda rayonda əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər təşkil edir. Əhalinin 72.55 faizi şəhərdə, 27.45 faizi isə kənd yerlərində yaşayır.
Rayon əhalisinin 48.3 faizini, yəni 16867 nəfərini kişilər, 51.7 faizini, yəni 18056 nəfərini qadınlar təşkil edir və hər 1000 kişiyə 1065.1 nəfər qadın düşür.
Əhalinin 8.0 min nəfəri 0-14 yaşda, 22.7 min nəfəri 15-64 yaşda, 4.2 min nəfəri isə 65 və yuxarı yaşda olanlardır. Rayon əhalisinin 8.3 min nəfərini 14-29 yaşda olan gənclər təşkil edir.
2020-ci il ərzində rayonda 442 nəfər, gündə təxminən 2 körpə doğulmuşdur ki, onların da 54.52 faizini oğlanlar, 45.48 faizini isə qızlar təşkil edir. 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 2.6 azalaraq 2020-ci ildə 12.7 olmuşdur.
2020-ci il ərzində rayonda 244 ölüm, onlardan 124 nəfəri kişi, 120 nəfəri qadın, 123 nikah və 60 boşanma halları qeydə alınmışdır. 2019-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 4.4-dən artaraq 7.2 olmuşdur, nikahların sayı 5.9-dan 3.7-ə qədər azalmış, boşanmaların sayı 1.7-dən 1.8-ə qədər artmışdır.
2020-ci il ərzində Şuşa rayonuna daimi yaşamaq üçün gələnlərin sayı 58 nəfər olmuşdur ki, ondan 11 nəfəri kişi, 47 nəfəri qadındır. Şuşa rayonundan gedənlərin sayı 12 nəfər olmuşdur ki, onlardan 4 nəfəri kişi, 8 nəfəri qadındır.
Şuşa Rayon Statistika İdarəsinin rəisi
Anar Xəlilov