Lavrov İkinci Qarabağ müharibəsindən sonra vəziyyətin normallaşması haqda
“Əldə olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsi bölgədəki vəziyyətin normallaşdırılmasında açar rolunu oynayır. Bu razılaşmalar hərbi əməliyyatların bərpasının qarşısının alınması, iqtisadi və rabitə əlaqələrinin açılması üçün bütün mexanizmləri təmin edir”.
Virtualaz.org bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, 2020-ci ilin noyabrında əldə olunmuş razılaşmalar vəziyyətin tənzimlənməsi üçün bütün zəruri şərtləri əhatə edir və regionda təxminən 30 il bağlı qalmış kommunikasiyaların bərpasına yönəlib: “Rusiya sülhməramlı kontingentinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarıq. Konkret planlar hazırlayan üçtərəfli işçi qrup əldə olunmuş razılaşmaların həyata keçirilməsinə mühüm töhfə verir”.