Bakı
0° C
Şuşa
0° C

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

Ətraflı

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

Ətraflı

Şuşada atəşfəşanlıq

Ətraflı

Şuşada yeni tikilən məscid belə olacaq

Ətraflı

Fransa portalı: Ermənistan minaların xəritəsini Azərbaycana verməkdən imtina edir

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın “Bayden, Makron və Qarabağın minalanmış ərazilərinin xəritəsi…” sərlövhəli məqaləsi Fransanın “musulmansenfrance.fr” xəbər portalında yayımlanıb.

 

Modern.az xəbər verir ki, məqalədə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra Qarabagda ermənilər tərəfindən minalanmış  ərazilərin xəritəsinin bu günədək təhvil verilməməsi faktına diqqət çəkilir, aprelin 24-də ABŞ prezidenti Co Baydenin genosid aciqlaması və Fransa prezidenti Emmanuel Makronun həmin tarixdə ermənilərə öz Tvitter səhifəsində verdiyi  dəstəyə toxunulur, həmçinin Ermənistanin minalanmış ərazilərin xəritəsini verməməklə beynəlxalq hüququ pozmaları qeyd olunur. 

 

Müəllif Prezident İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana telefon zəngini və ABŞ prezidentinin çıxışını tarixi bir səhv adlandırdığını xatırladaraq Vaşinqton bəyannaməsinə etiraz edən və Türkiyəyə dəstək verən ilk ölkənin Azərbaycan olduğunu bildirir. 

 

Müəllif bildirir ki, Azərbaycan çoxsaylı erməni hücumlarına məruz qalıb. 1988-ci ilin fevralından 1994-cü ilin mayına qədər Azərbaycan ərazisinin cənub-qərbində yerləşən Qarabağda baş verən Birinci Qarabağ müharibəsinin Ermənistan dövlətinin irredentist hərəkətlərinin nəticəsi olduğunu deyir.  27 sentyabr 2020-ci ildə hərbi əməliyyatların yenidən başlaması beynəlxalq qurumların diqqətsizliyini tamamilə nümayiş etdirdiyini vurğulayan jurnalist, nəhayət, Azərbaycan ordusunun 44 günlük müharibədəki qələbəsindən sonra 10 noyabr 2020-ci il tarixində İkinci Qarabağ müharibəsinin bitməsinə yönəlmiş üçtərəfli atəşkəs sazişinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyası Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinian tərəfindən imzalandığına diqqət çəkir. 

 

Müəllif vurğulayır ki, müharibədən bir neçə ay keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad edilmiş ərazilərdəki minaların xəritəsini verməkdən imtina edir. 2020-ci ilin noyabrından bu yana Qarabağda mina partlaması nəticəsində 20 azərbaycanlı mülki və hərbçi həlak olub, 85 nəfər yaralanıb. Bu münasibət müharibə cinayəti kimi dəyərləndirilməlidir.

 

Sonda jurnalist Ermənistanın 12 Avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasını, habelə Konvensiyanın İkinci Protokolunu ciddi şəkildə pozduğunu, həmçinin Birləşmiş Millətlər Təşkilatının 1999-cu il tarixli Konvensiyasının müddəalarını pozduğunu qeyd edir. Bildirilir ki, Konvensiyaya görə, münaqişə tərəfləri müharibə bitdikdən sonra minalardan təmizlənmiş ərazilərin xəritələrini təqdim etməyi və piyada əleyhinə minalardan istifadə etməməyi öhdələrinə götürürlər.

 

Sözügedən məqaləni aşağıdakı linkdən oxumaq olar:

 

https://musulmansenfrance.fr/biden-macron-et-les-territoires-mines-du-haut-karabakh/

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 16.05.2021, 11:09

Azərbaycan Ordusunun təlimləri başlayıb

• 16.05.2021, 11:06

“Azərbaycan əslində beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir…”

• 15.05.2021, 17:36

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

• 15.05.2021, 17:34

Zəngəzurda danışıqlar başladı: Muradov rəhbərlik edir

• 15.05.2021, 17:30

Udi xalqının çox böyük tarixi mirası var – İlham Əliyev

• 15.05.2021, 17:29

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

• 15.05.2021, 17:25

Operativ qərərgah məlumat YAYDI

• 15.05.2021, 16:20

“Rossiya 1” kanalında Rəşid Behbudova veriliş həsr edilib

• 15.05.2021, 16:09

“Metsamor”un fəaliyyəti DAYANDIRILDI

• 15.05.2021, 14:15

“Xarıbülbül” festivalı Fransa mətbuatında

• 15.05.2021, 14:12

Rusiya MN: Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb

• 15.05.2021, 14:11

Azərbaycanda “Bayraktar”ların təlim uçuşları

• 14.05.2021, 21:34

Mehriban Əliyeva Qarabağdan yeni görüntülər paylaşdı – FOTO/VİDEO

• 13.05.2021, 1:10

Şuşada atəşfəşanlıq

• 13.05.2021, 1:08

Şuşada yeni tikilən məscid belə olacaq

• 13.05.2021, 1:00

Azərbaycanda Ramazan bayramı qeyd olunur

• 11.05.2021, 18:47

Lavrov İkinci Qarabağ müharibəsindən sonra vəziyyətin normallaşması haqda

• 11.05.2021, 18:46

Ermənilər Köçəryanın fotosunu yumurta atəşinə tutdular

• 11.05.2021, 11:56

Dövlət başçısı Kanada və Fransa XİN-in bəyanatını kəskin tənqid etdi

• 11.05.2021, 11:54

Lavrov Əliyevə: “Sizin Putin ilə sazişlərinizi diqqətlə yerinə yetirəcəyik”

• 11.05.2021, 11:52

Görün Koçaryan nəylə öyündü – Ermənistanda pislə ən pis arasında seçim…

• 11.05.2021, 11:50

İrəvana imtiyazlar yaratmaq Moskva üçün yeni risklər yaradır – TƏHLİL

• 11.05.2021, 11:48

İlham Əliyevin Naxçıvandan verdiyi MESAJLAR…

• 11.05.2021, 11:46

Lavrov Şəhidlər Xiyabanını ziyarət etdi

• 10.05.2021, 15:41

Ümummilli lider bizə bu üç böyük miras qoyub

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2021
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 1234
567891011
12131415161718
19202122232425
2627282930