Bakı
0° C
Şuşa
0° C

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

Ətraflı

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

Ətraflı

Şuşada atəşfəşanlıq

Ətraflı

Şuşada yeni tikilən məscid belə olacaq

Ətraflı

Böyük qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir – Deputat

İşğaldan azad olunmuş ərazilərdə böyük qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva vurğulayıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfərində ən çox diqqət çəkən məqamlardan biri də azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesinin sürətlə davam etdirilməsidir: "Cəbrayıl rayonunun girişindəki lövhənin orijinal üslubunun qorunaraq bərpa olunmasını xüsusi qeyd etmək istərdim. 28 ildən sonra Cəbrayıla qayıdan soydaşlarımız üçün bu abidənin mənəvi baxımdan əhəmiyyəti böyükdür. Biz bütün tarixi ərazilərimizi bərpa edəcəyik. Bu torpaqların əsl sahibləri qayıdıb".

Deputat bildirib ki, azad olunmuş ərazilərdə, həmçinin infrastruktur layihələrinin icrası da uğurla davam etdirilir: "Ən vacib məqam ondan ibarətdir ki, bu ərazilərdə aparılan quruculuq prosesi ən müasir texnologiyalara əsaslanır. Ümumiyyətlə, hər dəfə dövlət başçısının bu ərazilərə səfəri zamanı yeni sosial obyektlərin təməli qoyulur. Böyük qayıdışın birinci addımı isə Zəngilan rayonunun Ağalı kəndində ilk “ağıllı kənd” layihəsinin icrası ilə başladı. Layihənin əsas üstünlüklərindən biri müxtəlif komponentləri özündə birləşdirməsidir. Belə ki, yaşayış, istehsal, sosial xidmətlər, ağıllı kənd təsərrüfatı və alternativ enerji sahələrini əhatə edən layihənin icrası burada əlverişli imkanlar yaradacaq. Dövlət başçısı ilə görüş zamanı kənd sakinlərinin təəssüratlarından bir daha aydın oldu ki, hər kəs tezliklə öz doğma yurduna qayıtmaq arzusundadır".

K.Nurullayeva vurğulayıb ki, təməli qoyulan və azad olunmuş ərazilərdə sayca 2-ci olan Hava Limanının istifadəyə verilməsi ilə Zəngilanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi perspektivi yaranır: "Məlumdur ki, Füzuli, Zəngilan və Laçın rayonlarında inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcəkdir.

İşğaldan azad olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması prosesinə də start verilib. Azərbaycan-İran sərhədinin, 132 kilometrlik sərhəd xəttinin tam bərpa edilməsi, sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işlərinin görülməsi və hərbi hissənin fəaliyyətə başlaması bərpa prosesinin bariz nümunəsidir. İşğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədinin bərpası prosesi, sərhəd boyunca isə bütün lazımi infrastruktur işləri aparılır. Sərhəddə təbii ki, təhlükəsizlik tədbirləri də ən yüksək səviyyədə həyata keçirilir. Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı Prezident İlham Əliyevin sonuncu xəbərdarlığı bir daha təsdiqlədi ki, qarşı tərəf bu çirkin əməllərdən əl çəkməsə, daha ağır nəticələr olacaq. Ermənistan bu sonuncu xəbərdalıqdan nəticə çıxarmağa məcburdur".

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 16.05.2021, 11:09

Azərbaycan Ordusunun təlimləri başlayıb

• 16.05.2021, 11:06

“Azərbaycan əslində beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir…”

• 15.05.2021, 17:36

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

• 15.05.2021, 17:34

Zəngəzurda danışıqlar başladı: Muradov rəhbərlik edir

• 15.05.2021, 17:30

Udi xalqının çox böyük tarixi mirası var – İlham Əliyev

• 15.05.2021, 17:29

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

• 15.05.2021, 17:25

Operativ qərərgah məlumat YAYDI

• 15.05.2021, 16:20

“Rossiya 1” kanalında Rəşid Behbudova veriliş həsr edilib

• 15.05.2021, 16:09

“Metsamor”un fəaliyyəti DAYANDIRILDI

• 15.05.2021, 14:15

“Xarıbülbül” festivalı Fransa mətbuatında

• 15.05.2021, 14:12

Rusiya MN: Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb

• 15.05.2021, 14:11

Azərbaycanda “Bayraktar”ların təlim uçuşları

• 14.05.2021, 21:34

Mehriban Əliyeva Qarabağdan yeni görüntülər paylaşdı – FOTO/VİDEO

• 13.05.2021, 1:10

Şuşada atəşfəşanlıq

• 13.05.2021, 1:08

Şuşada yeni tikilən məscid belə olacaq

• 13.05.2021, 1:00

Azərbaycanda Ramazan bayramı qeyd olunur

• 11.05.2021, 18:47

Lavrov İkinci Qarabağ müharibəsindən sonra vəziyyətin normallaşması haqda

• 11.05.2021, 18:46

Ermənilər Köçəryanın fotosunu yumurta atəşinə tutdular

• 11.05.2021, 11:56

Dövlət başçısı Kanada və Fransa XİN-in bəyanatını kəskin tənqid etdi

• 11.05.2021, 11:54

Lavrov Əliyevə: “Sizin Putin ilə sazişlərinizi diqqətlə yerinə yetirəcəyik”

• 11.05.2021, 11:52

Görün Koçaryan nəylə öyündü – Ermənistanda pislə ən pis arasında seçim…

• 11.05.2021, 11:50

İrəvana imtiyazlar yaratmaq Moskva üçün yeni risklər yaradır – TƏHLİL

• 11.05.2021, 11:48

İlham Əliyevin Naxçıvandan verdiyi MESAJLAR…

• 11.05.2021, 11:46

Lavrov Şəhidlər Xiyabanını ziyarət etdi

• 10.05.2021, 15:41

Ümummilli lider bizə bu üç böyük miras qoyub

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2021
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 1234
567891011
12131415161718
19202122232425
2627282930