Bakı
0° C
Şuşa
0° C

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

Ətraflı

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

Ətraflı

Şuşada atəşfəşanlıq

Ətraflı

Şuşada yeni tikilən məscid belə olacaq

Ətraflı

Azərbaycan dilinin dövlət dili kimi inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır – Fəlsəfə doktoru

Azərbaycan dilinin dövlət dili kimi inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bunu Trend-ə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şahlar Məmmədov deyib.

O qeyd edib ki, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına böyük qayğı göstərən böyük öndər Heydər Əliyevin 1960-cı illərin sonundan başlayaraq sistemli, ardıcıl milli dil siyasəti aparıb. Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul plenumunda respublikanın rəhbəri seçilən Heydər Əliyevin gündəlik fəaliyyətində, ümummilli siyasi xəttində Azərbaycan dilinə qayğı mühüm yer tuturdu:

“70-ci illərin ikinci yarısında Azərbaycan SSR-in Konstitusiyası (Əsas Qanunu) hazırlanarkən, respublika rəhbəri Heydər Əliyev özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə, Konstitusiyada 73-cü maddə – “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi təsdiq olundu.

Məhz aparılan gərgin, sistemli mübarizənin nəticəsi olaraq ötən əsrin 70-ci illəri Azərbaycan dili və milli dilçilik elmimizlə bağlı itirilənlərin bərpası, səhvlərin, saxtakarlıqların düzəlişi dövrü oldu. 70-ci illərdə Bakı yenidən dünya türkologiya elminin mərkəzinə çevrildi. Böyük öndər Heydər Əliyev bunu yüksək qiymətləndirərək deyirdi: “Azərbaycanda türkologiya da şox inkişaf edibdir… Təsadüfi deyildir ki, Sovetlər İttifaqında buraxılan yeganə “Türkologiya” jurnalı Azərbaycanda nəşr edilirdi.”

Ş.Məmmədov vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət mükafatı verilməsi Azərbaycan dilinə böyük qayğının parlaq təzahürü idi:

“Müstəqillik illərində də böyük öndər Heydər Əliyev Azərbaycan dilinə, ədəbiyyatına, mədəniyyətinə böyük qayğı göstərirdi. 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında (21-ci maddə) Azərbaycan dili dövlət dili kimi təsbit olundu.

Bu gün çox böyük daxili inamla demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir.

Dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdırsa, bu siyasətin yaradıcılıqla davam etdirilməsi missiyası Prezident İlham Əliyevə məxsusdur. Ölkə rəhbərinin Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri ailəsi, ümumilikdə, Azərbaycan ziyalıları tərəfindən minnətdarlıqla qarşılanır”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lenti

• 16.05.2021, 11:09

Azərbaycan Ordusunun təlimləri başlayıb

• 16.05.2021, 11:06

“Azərbaycan əslində beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir…”

• 15.05.2021, 17:36

Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır

• 15.05.2021, 17:34

Zəngəzurda danışıqlar başladı: Muradov rəhbərlik edir

• 15.05.2021, 17:30

Udi xalqının çox böyük tarixi mirası var – İlham Əliyev

• 15.05.2021, 17:29

Erməni müxalifəti Qaragöl şousunu ifşa etdi: Nikolun hədəfi…

• 15.05.2021, 17:25

Operativ qərərgah məlumat YAYDI

• 15.05.2021, 16:20

“Rossiya 1” kanalında Rəşid Behbudova veriliş həsr edilib

• 15.05.2021, 16:09

“Metsamor”un fəaliyyəti DAYANDIRILDI

• 15.05.2021, 14:15

“Xarıbülbül” festivalı Fransa mətbuatında

• 15.05.2021, 14:12

Rusiya MN: Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb

• 15.05.2021, 14:11

Azərbaycanda “Bayraktar”ların təlim uçuşları

• 14.05.2021, 21:34

Mehriban Əliyeva Qarabağdan yeni görüntülər paylaşdı – FOTO/VİDEO

• 13.05.2021, 1:10

Şuşada atəşfəşanlıq

• 13.05.2021, 1:08

Şuşada yeni tikilən məscid belə olacaq

• 13.05.2021, 1:00

Azərbaycanda Ramazan bayramı qeyd olunur

• 11.05.2021, 18:47

Lavrov İkinci Qarabağ müharibəsindən sonra vəziyyətin normallaşması haqda

• 11.05.2021, 18:46

Ermənilər Köçəryanın fotosunu yumurta atəşinə tutdular

• 11.05.2021, 11:56

Dövlət başçısı Kanada və Fransa XİN-in bəyanatını kəskin tənqid etdi

• 11.05.2021, 11:54

Lavrov Əliyevə: “Sizin Putin ilə sazişlərinizi diqqətlə yerinə yetirəcəyik”

• 11.05.2021, 11:52

Görün Koçaryan nəylə öyündü – Ermənistanda pislə ən pis arasında seçim…

• 11.05.2021, 11:50

İrəvana imtiyazlar yaratmaq Moskva üçün yeni risklər yaradır – TƏHLİL

• 11.05.2021, 11:48

İlham Əliyevin Naxçıvandan verdiyi MESAJLAR…

• 11.05.2021, 11:46

Lavrov Şəhidlər Xiyabanını ziyarət etdi

• 10.05.2021, 15:41

Ümummilli lider bizə bu üç böyük miras qoyub

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Aprel 2021
BE ÇA Ç CA C Ş B
« Mar   May »
 1234
567891011
12131415161718
19202122232425
2627282930